Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq - VİDEO

Tarix 14.10.25, 8:15

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur.

Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik təklif edilib.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, hazırda ölkədə minlərlə vətəndaş moped və kiçik mühərrikli nəqliyyat vasitələrindən istifadə edir. Amma onların əksəriyyətinin nə sürücülük vəsiqəsi, nə də qeydiyyat sənədi var.

Yeni qanun layihəsinə əsasən, 3 aydan sonra moped idarə etmək istəyənlər A1 kateqoriyalı sürücülük vəsiqəsi almalı olacaq.

Həmçinin bu nəqliyyat vasitələri dövlət qeydiyyatına götürüləcək.

Motosiklet və mopedlərlə yük daşınmasına da məhdudiyyətlər qoyulur. Yəni nəqliyyat vasitəsinin uzunluğunu və ya enini 0,5 metrdən artıq keçən yük daşımaq qadağan ediləcək.

Nəqliyyat eksperti yasin Mustafayevin  sözlərinə görə, bu qərar həm də təhlükəsizlik baxımından vacib addımdır. Çünki bir çox hallarda moped sürücüləri nə öz, nə də digərlərinin təhlükəsizliyini nəzərə alır.

Ekspertin sözlərinə görə, qayda pozuntuları, əks yola çıxma halları və yüklərin normadan artıq daşınması tez-tez baş verir. Yeni yanaşma bu problemlərin qarşısını almağa hesablanıb.

Beləliklə, yeni qaydalar həm təhlükəsizlik, həm də intizam baxımından mühüm yeniliklər gətirəcək.

Qanun layihəsi təsdiqlənsə, 2026-cı ilin əvvəlindən moped idarə etmək artıq vəsiqəsiz mümkün olmayacaq.





Xəbərin oxunma sayı : 343




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap