“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Qaqauzların rəhbəri Ərdoğandan kömək istədi - “Dəstəyinizə arxalanırıq“

Tarix 27.03.25, 13:54

Font ölçüsü : - / +
bitmap-img6


Moldovada korrupsiya ittihamı ilə saxlanılan Qaqauzun rəhbəri Yevgeniya Qutsul Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana onun saxlanması ilə bağlı yaranmış vəziyyətdə dəstək üçün müraciət edib.

TASS xəbər verir ki, o, həmçinin qaqauz xalqının qanuni hüquqlarının müdafiəsinə ümid etdiyini bildirib: "Əminəm ki, qaqauz xalqının öz muxtariyyətini, kimliyini və gələcəyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bu kritik anda siz, cənab Prezident, bütün qardaş türk xalqı biganə qalmayacaq. Biz sizin səsinizə, nüfuzunuza, beynəlxalq dəstəyinizə arxalanırıq".
Qutsul müraciətini vəkilləri vasitəsilə aşıqlayıb, mətn onun Telegram kanalında dərc olunub.
Qaqauzun rəhbəri onun həbsinin uydurma ittihamlarla bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, Moldovanın 30 il əvvəl Türkiyənin birbaşa vasitəçiliyi ilə Qaqauz ilə Moldova arasında bağlanmış sosial müqaviləni məhv etməyə yönəlmiş sistemli siyasətinin məntiqi davamıdır:

"Qaqauzun Türkiyəyə ehtiyacı var - uzun illər əvvəl Ankaranın səsi sülhün və ədalətin qorunmasına kömək edib. Bu gün biz yenə də Qaqauz xalqının qanuni hüquqlarının qorunması üçün müdaxilənizə ümid edirik".

O qeyd edib ki, Moldova hakimiyyəti beynəlxalq hüququn prinsiplərini və qaqauz xalqı ilə əvvəlki razılaşmaları pozaraq onları siyasi və ideoloji təzyiqlərə məruz qoyur, Türkiyə, Rusiya və digər strateji tərəfdaşlarla dostluq və mehriban qonşuluq tərəfdarı olanları da təqib edir.
Qeyd edək ki, bundan əvvəl Qutsul analoji müraciəti Rusiya prezidenti Vladimir Putinə ünvanlayıb.



Xəbərin oxunma sayı : 817




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap