![]() |
|














Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin ilginc təfərrüatı
Tarix 26.03.25, 16:57 |
|

Qaydasız döyüş növü (MMA) üzrə məşqçi Orxan Hacıyevin qətlinin ilginc təfərrüatı üzə çıxıb.
AzFakt.com Musavat.com-a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, Orxan Hacıyev qan davasının qurbanı olub. Orxan Hacıyevi kriminal aləmdə "Ruslan Şamaxılı" kimi tanınan Ruslan Surxayevin qardaşı Amil Surxayev odlu silahdan açdığı atəşlə qətlə yetirib.
Bu cinayət 2020-ci ildə Şamaxı rayonunda, "Yeddi günbəz" qəbiristanlığında baş vermiş digər cinayətin davamıdır. Beş il öncə, fevralın 1-də, o zaman 29 yaşı olan Orxan Hacıyev həmyerlisi 25 yaşlı Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq zərbəsi alan Ruslan Surxayev hadisə yerində ölüb.
Hadisə baş verərkən Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsi olub. O, 5-9 dekabr 2019-cu il tarixində Bakıda keçirilən Budo Dünya Kubokunda ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyirmiş.
Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub. O, son zamanlar idmanla məşğul olmayıb və kriminal aləmə yaxınlığı ilə diqqət çəkib.
"Yeddi günbəz" qəbiristanlığındakı qətldən sonra Orxan Hacıyev həbs olunub, barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bir neçə ay davam edən istintaq yekunlaşaraq cinayət dosyesi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəməsində ifadə verən Orxan Hacıyev ittiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmədəki ifadəsində istəmədən qətl törətdiyini açıqlayıb. Məlum olub ki, 2020-ci il yanvarın ortasında Ruslan Surxayev ona zəng edib. Hər şey də bundan sonra başlayıb.
Orxan Hacıyevin 2020-ci ildə keçirilən məhkəmə prosesində dediklərindən:
"Həmin vaxta qədər Ruslanın nömrəsini bilmirdim. Özü ilə də şəxsi tanışlığım yox idi, sadəcə adını eşitmişdim. Mənə telefonda - "Orxan necəsən?" - deyə soruşdu, mən də yaxşı olduğumu bildirdim. O, güləşçi olduğunu, mənimlə görüşmək istədiyini dedi. Univermağın yanına çağırdı. Mən də deyilən ünvana getdim. Həmin yerdə Ruslan mənim də tanıdığım Fərhad adlı şəxslə idi. Onlara yaxınlaşdım. Ruslan bir yerdə oturub söhbət etmək istədiyini dedi. Mənim də əvvəlcədən Fərhadla qız söhbətim olmuşdu. Mənim istədiyim qızı Fərhad da istəyib. Bu səbəbdən aramızda söz-söhbət olub. Ruslan və Fərhadla birlikdə "Qədim Şamaxı" çay evinə getdik. Orada Ruslan mənə düz hərəkət eləmədiyimi, gücümə güvənib qızı Fərhadın əlindən aldığımı bildirdi. Mən də Ruslana Fərhadın söhbəti düz danışmadığını sübut etdim. Ruslan da söhbətin bağlandığını elan etdi və Fərhada bir də o qızın yaxınlığına getməyi qadağan etdi".
Orxan Hacıyev məhkəmədə deyib ki, təxminən bir həftə və ya 10 gün sonra Fərhad ona mesaj yazaraq əsgərliyə gedəcəyini bildirib və "Qədim Şamaxı" çay evinə gəlib, çay içməyi təklif edib:
"Mən Fərhada işim olduğunu, həmçinin dərsə tələsdiyimi dedim. Lakin bildirdim ki, gec də olsa, gəlib dəyəcəyəm. Fərhad mənə qrup yoldaşlarının da orada olduğunu və yeyib-içdiklərini söylədi. Bir neçə saatdan sonra həmin çay evinə gəldim. Fərhad məni qarşıladı. Bu vaxt Ruslan çölə çıxıb salamsız-kəlamsız mənə - "bura gəl, Orxan, səninlə işim var", - dedi. Həmin vaxt dalağım sancdı və yenə də nəsə baş verdiyini fikirləşdim. Otaqda Ruslandan əlavə üç nəfərin də olduğunu gördüm, həmin şəxsləri tanımadım. Ruslan mənə - "bu nə hərəkətdir, bilirsən ki, bu oğlan da həmin qızı istəyir, durub ona acıq edirsən, qızla əl-ələ yapışıb gəzirsən", - dedi. Mən Ruslana burada tanımadığım şəxslərin olduğunu dedim və çölə çıxmağı təklif etdim. Ruslan bakaldakı viskisini içib və "gəl dalımca", - dedi. Ruslanla avtomobilə mindik. Bu vaxt Fərhad və digərləri də gəlib maşına oturdu. Həmin vaxt Ruslan jarqon ifadələrlə danışmağa başladı, mənə - "qaqaş, deyəsən, sən bizi başa düşmədin, biz qardaşımızı yemə buraxmarıq", - dedi. Ruslan yolda qəbiristanlığa getməyi təklif etdi, mən isə qəbiristanlıqda nə işimizin olduğunu soruşdum. Ruslan - "sən idman müəllimi deyilsən, mən səninlə döyüşmək istəyirəm", - dedi. Mən isə döşəkdə döyüşdüyümü bildirdim. Ruslan maşını "taxıllıq" deyilən yerdə saxladı. Aşağı düşdük. Ruslan məni qırağa çəkdi. Üstümə bıçaq çıxararaq - "mən sənə görə qardaşımı "fuflo" çıxarmışam, mən sənə görə qardaşımı "obijat" eləmişəm", - dedi. Sözünü bitirən kimi məni yerə yıxaraq üzümə yumruqla zərbələr vurdu. Sonra bıçağı çıxarıb boğazıma dirədi. Ruslan 200 manat pul lazım olduğunu deyərək həmin pulu məndən tələb etdi. Mən də pulumun olmadığını ona çatdırdım. Sonra Ruslan - "sən müəllim deyilsən?" - deyib, iki dəfə məni vurdu və alnım şişdi. Ruslan bıçağı boğazıma dirəyib "şram" qoyacağını söylədi, buna görə mən pulu verəcəyimə razı oldum. Sabah axşama qədər pulu çatdırmağı tapşırdı. Dost-tanışdan yalvar-yaxar 200 manatı tapıb verdim. Ruslan söhbətin bağlandığını dedi".
Orxan Hacıyev məhkəmədəki ifadəsində deyib ki, bu söhbətin üstündən bir-iki gün keçmiş Ruslan yenidən ona zəng edib və qardaşlarına pul lazım olduğunu deyib:
"Məndən 100 manat pul istədi. Ayın sonu olduğu üçün pulumun olmadığını bildirdim. O isə üstü güllü mətbəx bıçağını göstərib - "həmin hərəkət təkrarlanmasın", - dedi. Bibim oğlu Əli Məmmədovdan 100 manat alıb Ruslana verdim. Yenə də məndən əl çəkmədilər. Telefonuma zəng vururdular açmırdım. Bir gün tanışım Məsimin nömrəsi ilə zəng gəldi. Telefonu açanda Ruslan dedi ki, mənimlə işi var. Həmin vaxt evdə uzanıqlı olduğumu dedim. Ruslan evimizin yanında olduğunu, mənimlə 5 dəqiqə söhbət edəcəyini dedi. Ev paltarımla çölə çıxdım. Çölə çıxmamışdan qabaq evdən bıçaq götürmüşdüm. Çünki Ruslanın yenə mənə hədə-qorxu gələcəyini düşünürdüm. Çölə çıxanda Ruslan maşında oturmağımı təklif etdi. Ona evdəkilərin narahat olacağını bildirərək, nə söhbəti varsa, elə evin qarşısında eləməyi təklif etdim. Lakin məni avtomobilə mindirdilər. Ruslanın yanında Məsim də var idi. Yolda Ruslan - "sən Məsimi necə oğlan kimi tanıyırsan?" - deyə soruşdu. Mən isə - "şükür Allaha, məhəllə uşağımdır, yaxşı oğlandır", - cavabını verdim. Sonra Ruslan - "məni necə oğlan kimi tanıyırsan?" - sualını verdi. Duruxdum, bu zaman Ruslan çönüb mənə şillə vurdu. Ruslan sabaha təcili pul lazım olduğunu bildirdi. Mən pul tapa bilməyəcəyimi bildirdim. Ruslan məni başa salacağını deyərək, qəbiristanlığa apardı. Ruslana qorxduğumu və buna ehtiyac olmadığını söyləsəm də, Ruslan qəbiristanlığa gizlənpaç oynamağa getdiklərini bildirdi. Ruslan maşını sürərək bizi "Yeddi günbəz" qəbiristanlığına gətirdi. Mən yolda and-aman edərək Ruslandan evə qayıtmağı xahiş etdim. Bu vaxt qardaşım da zəng edirdi, ona tezliklə evə gələcəyimi bildirdim. Qəbiristanlığa çatanda Ruslan məni maşından düşürdü. İki yumruq vuraraq məni yerə yıxdı. Daha sonra Ruslanın telefonuna kimsə zəng elədi. Sonra Ruslan danışdığı şəxsə - "gör, səninlə kim danışmaq istəyir?" - deyib telefonu mənim qulağıma qoydu. Sonra dəstəyi götürüb telefondakına MMA müəllimi Orxan olduğunu dedi. Ruslan telefonu yenidən mənə verib - "Nurlan bizim böyük qardaşımızdır", - deməyimi istədi. Mən də bir neçə dəfə bunu təkrarladım. Sonra - "Ruslan da bizim böyük qardaşımızdır", - deməyə məni məcbur elədi. Mən maşına tərəf gedəndə Ruslan məni təpiklə vurdu və maşına mindirdi. Bu vaxt həmin yerə başqa maşın gəldi. Maşından Nurlan, Yadigar və Elmar adlı uşaqlar düşdülər. Həmin şəxslər Ruslandan maşında kimin olduğunu soruşdular. Bu vaxt Ruslan - "Orxandır da, sizin MMA müəllimi", - dedi. Bu vaxt Yadigar - "onu düşürdün, görüm", - deyə bildirdi.
Bu vaxt Yadigar mənə yaxınlaşıb - "sən Orxan deyilsən, MMA müəllimi, sən bizim böyük qardaşımıza qarşı çaşa bilərsən?" - deyib iki şillə vurdu. Bu vaxt Ruslan da yaxınlaşıb əlinin içi ilə iki dəfə alnımın ortasından vurdu və mənə - "sən başa düşdün?" - dedi. Yadigar mənə - "Orxan, biz səni yaxşı tanıyırıq, sən belə oğlan deyilsən", - deyə bildirdi. Həmin vaxt Ruslan - "Yadigarın vurduğu kəllədən kim ayılıb ki, Orxan da ayıla", - dedi. Anidən Yadigar kəllə vurdu, mən həmin vaxt diz qapaqlarımın yerə dəydiyini hiss elədim. Mən yerə yıxılandan sonra Ruslan da yerdə məni təpikləməyə başladı. Digərləri də üstümə düşərək məni vurmağa başladılar. Hesab etdim ki, artıq axırımdır və buradan sağ çıxmayacağam. Birdən gözümə xırda ulduzlar göründü və qulağıma uğultulu səslər gəldi. Bundan sonra aldığım zərbələrin təsirindən nə baş verdiyini xatırlamadım. Özümə gələndə "Niva" maşınının yanında olduğumu gördüm. Kimsə - "ay Orxan, ay Orxan", - dedi. Çönüb baxanda Nurlan mənə Ruslanı öldürdüyümü bildirdi. Mən belimə qoyduğum bıçağı necə çıxardığımı, Ruslanı necə vurduğumu bilmədim. Nurlana maşını polis şöbəsinə sürməsini xahiş etdim. Mən şöbəyə girərək Ruslanı vurduğumu, lakin ölüb-ölmədiyini bilmədiyimi dedim. Sonradan polislərdən soruşanda Ruslanın öldüyünü eşitdim".
2020-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov hadisənin başvermə səbəblərini nəzərə alaraq Orxan Hacıyev barəsindəki ittihamı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsindən 122-ci (güclü ruhi həyəcan vəziyyətində adam öldürməyə görə) maddəsinə tövsif edib və o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
O zaman Ruslan Surxayevin yaxınlarının şikayətçi olmadıqları da hökm çıxarılarkən nəzərə alınıb.
Orxan Hacıyevi odlu silahdan açılan atəşlə qətlə yetirən isə Ruslan Surxayevin qardaşı Amil Surxayevdir.
Amil Surxayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbərin oxunma sayı : 796
Kriminal
Xəbərlər
-
“Melissa Group”un rəhbərinə verilən ittiham məlum olub - 7 ilədək həbs edilə bilər
-
İlon Maskdan Azərbaycanla bağlı paylaşım - FOTO
-
Prezident Şəfiqə Məmmədovanı “İstiqlal” ordeni ilə təltif etdi - FOTOLAR
-
Tələbə dəm qazından zəhərlənərək ölüb - Naxçıvanda
-
Məhkəmə harın sahibkarı həbbsə göndərdi - Qalib Məmmədov barədə həbs qətimkan tədbiri seçildi
-
26° isti olacaq -Bayram gününün havası
-
Bakıda həbsdən çıxmış şəxs viski oğurladı - yenidən saxlanıldı
-
Mask ABŞ-nin baş kəşfiyyatçısı ilə görüşəcək - SƏBƏB
-
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
31 minə aldığı ev başqasının çıxdı... - VİDEO
-
Azərbaycan hava limanlarında yaz-yay mövsümü - Cədvəl
-
Starlink Azərbaycanda - Rəsmən açıqlandı
-
Prezidentdən Şəfiqə Məmmədova ilə bağlı - Sərəncam
-
Ötən il Azərbaycana ən çox pul köçürən ölkələr - SİYAHI
-
Myanmada zəlzələdə ölənlərin sayı 1000-ə çatdı - 2400 yaralı
-
“Bu, İran üçün pis olacaq” -Donald Tramp
-
Şuşa və Xankəndidə Ramazan günlərində iftar çadırları qurulub - Fotolar
-
“Ən yaxşı məsləhətçim həyat yoldaşımdır” - Zelenski
-
Arıqlama dərmanı adı altında satılan təhlükəli preparatlar - SİYAHI
-
Baxçada işləyənlər sertifikasiyaya cəlb olunacaq - VİDEO
-
“Səhnə mənim məbədimdir“ - Aybəniz Haşımova/b>
-
Dünya çempionatına vəsiqə qazandı, amma oynamaya bilər – İranı nə gözləyir?
-
Bakıda həbsdən çıxmış şəxs viski oğurladı - yenidən saxlanıldı
-
Ukrayna ABŞ-nin hərbi yardımını borc kimi tanımayacaq - Zelenski
-
Dağıdılan evin sakinlərinin aqibəti necə olacaq? - VİDEO
-
Bank kartlarınız cinayət işlərində istifadə oluna bilər - VİDEO
-
“Ana müxalifət artıq Qərbə yalvarır“ - Ərdoğan
-
Kredit faizlərinin ən yüksək olduğu rayonlar - SİYAHI
-
“Minsk Qrupunun artıq heç bir rolu qalmayıb” - Metyu Brayza
-
Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı
-
“ Avropa İttifaqı ABŞ-la tarif danışıqları üçün güzəştlərin siyahısını hazırlayır“ - Bloomberg
-
“İsrailin Beyruta endirdiyi zərbələr atəşkəsi pozur“ - Makron
-
Quzu ətindən baha olan quzuqarnı: “Qiyməti 60 manatdır“VİDEO
-
Azərbaycanda şok hadisə: Kişi 11 yaşlı qardaşı qızını zorlayıb
-
“Yeni Klinika“nın direktoru həkimlərə “şərəfsiz“ dedi, sərt cavablar aldı - “Səhiyyə makleri”
-
Saç boyaları sonsuzluğa səbəb olur? - VİDEO
-
Aİ-nin “müşahidə missiyası” binoklla ərazilərimizə baxdı - VİDEO
-
Uşağını itələyən şəxsə görə toya dava saldı - “Dan ulduzu”nda hadisə
-
Nizaminin icra başçısından “bayram fürsəti” - Məktəb ərazisindəki qanunsuz tikinti nədən “görməzliyə vurulur”?
-
Ayaqqabı sexinin işçisi, menecer və... - KTN-də bu şəxslərə yüksək vəzifələr verildi
-
Evində su qızdırıcısı partlamışdı - 13 gün sonra öldü
-
“Melissa Group”un daha bir özbaşınalığı üzə çıxdı - VİDEO
-
Vurğun evlənmək adı ilə tanış olduğu xanımı aldatdı - Özünü “Akınsoy” kimi təqdim edib
-
Azərbaycan “Avroviziya“da nə vaxt çıxış edəcək? - SİYAHI
-
Prezident Azərbaycan xalqını təbrik etdi
-
Dəhşətli zəlzələdə turistlər belə xilas edildi - VIDEO
-
Təkcə eşşəklərin sayı azalmayıb - İqtisadçı ekspert
-
Azərbaycan Suriyada kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edib - Fotolar
-
Sənədsiz evlər probleminin həlli niyə gecikir? - Açıqlama
-
“Ər-Riyaddakı danışıqlar o qədər də səmərəli olmayıb“ - Karasin
-
Dövlətə xəyanətdə təqsirləndirilən Rəsulovlara hökm oxundu - 15 il
-
“Azərbaycanda dövlət maliyyələşdirməsi dayanıqlılığını qoruyur“ - ING
-
“Fərhad Əhmədov mənə bir milyon dollar bağışlayıb“ - Hacı Qalib
-
“Trampın məktubunda təhdidlər var” - İran XİN
-
Bakıda 19, rayonlarda 24 dərəcə isti olacaq - Sabahın havası
-
Evi başına uçurdulan vətəndaş şirkətdən 2 milyon manat istəyib? - Açıqlama
-
Ərdoğanla Putin telefonda danışdı - Suriyə və Ukrayna məsələləri müzakirə edilib
-
Bayram namazının vaxtı açıqlandı - 30 mart
-
Azərbaycan üçün 173 milyon dollarlıq layihə - Dünya Bankı təsdiqlədi
-
Rusiya ilə yüksəksəviyyəli danışıqlar üçün hələ tezdir - Marko Rubio
-
“Melissa Group”un səhifəsi bağlandı – Şirkətdən açıqlama
-
Azərbaycanda daha 2 min eşşək “yoxa çıxdı“ - Rayonlar üzrə rəqəmlər
-
Qiymət və keyfiyyət baxımından ən yaxşı avtomobillər - Siyahı
-
Rusiya NATO-nun Arktikadakı hərbi fəaliyyətinə reaksiya verəcək - Putin
-
Alatavada dağıdılan evin sakini: “Ağrılarımız çoxdur, ancaq ədalətə inanırıq“
-
İş saatı artırılacaq, yalnız elektrikli avtobuslar işləyəcək - Naxçıvanda yenilik
-
“O ünsürlər buna layiq deyillər” - Prezident
-
Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edir - FOTOLAR
-
Yasamalda zibil qutularının yerində obyekt tikilir - İcra hakimiyyəti isə qanunsuz tikintini “görmür”
-
Fırıldaqçıların yeni oyunu: “Bank kartını icarəyə ver, 5000 manat qazan“
-
Tramp səmimi şəkildə Ukraynadakı münaqişəyə son qoymaq istəyir - Putin
-
Yeniyetmə qız bıçaqlandı - Şübhəli atasıdır
-
“Melissa Group” şirkətinin sahibi saxlanıldı - DİN təsdiq etdi
-
Abşeron rayonunda əmlak bazarında canlanma yarandı - VİDEO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
İngiltərədə ən çox maaş alan məşqçi kimdir? - SİYAHI
-
Bakıda evi dağıdan tikinti şirkətinin nümayəndəsi açıqlama verdi - VİDEO
-
Sabunçu rayonunda göl daşıb, həyətləri su basıb - VİDEO
-
Fitrə zəkatını kimlər və nə qədər VERMƏLİDİR...
-
Bakıda dairə ləğv edilir, məşhur restoran sökülür - VİDEO
-
Qaqauziyanın rəhbəri Putindən dəstək istəyib - Saxlanılmasına görə
-
Vətəndaşın evini başına uçuran "Melissa"nın sahibi Qalib Məmmədov kimdir? - DOSYE
-
Rusiya ilə danışıqlar masasında Avropanı Britaniya və Fransa təmsil edəcək - Zelenski
-
Prezident Ağdam səfərindən paylaşım etdi - VİDEO
-
Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR
-
Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
-
Pensiyalarla bağlı mühüm açıqlama: Son 6 ildə 900 min...
-
“ABŞ-a bütün qapılar bağlanmayıb“ - Xameneinin müşaviri
-
Laçının özünəməxsus bitkisi: “Sağlamlıq, mədə-bağırsaq üçün faydalıdır, vitaminlərlə zəngindir“
-
Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
-
Azərbaycanda fantastik qiymətə avtomobil satılır - FOTOLAR
-
Yasamal rayonunda ağacları “Avant Group” kəsibmiş - VİDEO
-
Bakıda sahibsiz itlər iki nəfəri dişlədi - VİDEO
-
Hamı evini satıb bu əraziyə köçür - Mənzillər su qiymətinə satılır
-
Goranboyda həkimin başına açılan sensasion oyun: “Xəstən ölüb” deyib 20 min alıblar
-
“Rusiya Sumı və Xarkov üzərinə yeni hücuma hazırlaşır“ - Zelenski
-
“Ermənilərin həyata keçirdikləri kütləvi qırğınların tarixi işğal dövrü ilə məhdudlaşmır“ - Adəm İsmayıl
-
Yasamalda evi uçurdulan qadın danışdı - VİDEO
-
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
“Bax, biz belə şəhər qururuq!” - Prezident
-
İçkili halda metroya girdi, söyüş söydü - Məhkəmə qərarı
-
Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı - Cinayət işi açıldı
-
Xaçmazda yataqxanada yanğın - Sakinlər təxliyə edildi
-
Prezident və birinci xanım Şuşada - FOTOLAR
-
“Qarabağ” təsdiqlədi - Nərimana təklif gəlib
-
Yasamalda vətəndaşın evi qanunsuz olaraq sökülüb - RƏSMİ
-
Ağdamın Kəngərli və Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub - Prezident
-
Agentliyin sədrinə yeni müavin təyin edildi - FOTO
-
Broyler toyuqları sağalmaz xəstəliyə, sonsuzluğa, cinsi zəifliyə səbəb olur? - VİDEO
-
Tikinti şirkəti sakinlər evdə ola-ola evi dağıtdı - Anbaan video
-
Prezident və birinci xanım Ağdamda - FOTOLAR
-
Qaqauzların rəhbəri Ərdoğandan kömək istədi - “Dəstəyinizə arxalanırıq“
-
Emin Əmrullayev xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşdü - FOTO
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası
-
Arvadını asmaqda şübhəli bilinən şəxs həbs edildi - FOTO
-
“Ermənistan Aİİ və Aİ arasında seçim etməli olacaq“ - Overçuk
-
Mirvari Qəhrəmanlı da prokurorluğa çağırıldı - “QHT İşi”
-
“Atəşkəsə razılaşdıq ki, Putinin sülh istəmədiyini göstərək” - Zelenski
-
Beyləqanın mərkəzi yollarının təmiri davam edir - Fotolar
-
Ərəblər bu ulduza görə hərəkətə keçdi: İllik 100 milyon maaş
TOP 10
ARXİV