“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Azərbaycanın diri mal-qoyun idxalı 2,5 dəfə artıb - Statistika

Tarix 21.03.25, 23:24

Font ölçüsü : - / +
bitmap-img6

 
Azərbaycan 2025-ci ilin yanvar ayında xaricdən diri ətlik heyvan idxalını kəskin artırıb.

AzFakt.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəmizə 7646 baş diri iribuynuzlu ətlik heyvan idxal olunub.

Bu idxal üçün xaricə çıxarılan vəsaitin həcmi isə 6 milyon 506,85 min dollara bərabər olub.

Ötən ilin ilk ayında xaricdən 2 milyon 646,92 min dollar dəyərində 3128 baş ətlik iribuynuzlu heyvan gətirildiyini nəzərə alsaq, bu il idxalın dəyər baxımından 2,5 dəfə, say baxımından isə 2,4 dəfə artdığını görərik.

İribuynuzlu heyvanların 4967 başı Rusiyadan, 1790 başı Qazaxıstandan, 889 başı Gürcüstandan alınıb.

Rəsmi statistikadan o da aydın olur ki, ötən ilin yanvarında xaricdən diri qoyun idxalı qeydə alınmamışdısa, bu il 368,33 min dollar dəyərində 3665 baş diri qoyun alınıb. Bu qoyunların 2745 başı Rusiyadan, qalanı Gürcüstandan idxal edilib.

Bu ilin 1 yanvarına Azərbaycanda olan inək və camışların sayı illik ifadədə 12 min baş azalaraq 1 milyon 235,1 min başdan 1 milyon 223,1 min başa, qoyun və keçilərin sayı isə 210,4 min baş azalaraq 7 milyon 60,6 min başdan 6 milyon 850,2 min başa düşüb.




Xəbərin oxunma sayı : 592




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap