“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

28 May qəsəbəsində evləri su basdı - Rəsmi açıqlama - Video

Tarix 20.03.25, 17:34

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonu, 28 May qəsəbəsində evləri su basıb.

AzFakt.com Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb yaxınlıqdakı Daşagil gölünün daşması olub.

Sakinlərin sözlərinə görə, əvvəllər göldən su tez-tez çəkilirdi, hazırda çəkilmədiyinə görə Novruz bayramı ərəfəsində daşaraq yaşayış sahələrinə dolub.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, mövcud qanunvericiliyə, o cümlədən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən, göstərilən məsələ FHN-in deyil, yerli icra hakimiyyət strukturları, o cümlədən su-kanalizasiya təchizatı qurumlarının vəzifələrinə aiddir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd edilib ki, həmin ərazidə sözügedən qurumun mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil: “Bu səbəblə ərazidə formalaşan tullantı suları Abşeron rayonunda Daşagil gölündə suyun səviyyəsinin artmasına səbəb olur. Xidmət tərəfindən göldə suyun səviyyəsinin tənzimlənməsi məqsədilə nasoslar quraşdırılır, bu da suların ətrafa daşmasının qarşısını almaq məqsədi daşıyır. Bu işlər dəfələrlə görülüb, amma problemin köklü şəkildə həlli üçün mərkəzləşmiş şəbəkə qurulmalıdır. Bunun üçün isə sakinlər qaydalara uyğun olaraq tələb edilən sənədlərə malik olmalıdırlar.

Xüsusilə diqqətə çatdıraq ki, fevral ayından su və kanalizasiya təchizatına qoşulmaq üçün yeni qaydalar tətbiq edilir. Bu qaydalara uyğun olaraq təchizat sisteminə qoşulmaq istəyən vətəndaşlar müvafiq sənədlərlə (qaydalarda öz əksini tapan) “ASAN xidmət”, “ASAN kommunal” mərkəzlərinə müraciət etməlidirlər”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Abşeron rayonu, 28 May qəsəbəsində evləri basan suyun çəkilməsi, Daşagil gölünün səviyyəsinin aşağı salınması ilə bağlı işlər görülür: “Qeyd olunan ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Ona görə də ərazidə yerləşən Daşagil gölünün ətrafında məskunlaşmış sakinlər kanalizasiya sularını bu gölə axıdırlar. Xüsusilə vurğulamaq yerinə düşər ki, Daşagil gölünə nəinki Aşağı Güzdək qəsəbəsinin, o cümlədən qonşu rayonların kənd və yaşayış massivlərindən də kanalizasiya xətləri axır. Son günlər yağışlı və küləkli hava şəraitinin hökm sürməsi səbəbindən adıçəkilən gölün su səviyyəsi normadan artıq qalxıb.

Qeyd edək ki, martın 19-dan etibarən Abşeron Rayon İcra Hakimiyyətinin, Aşağı Güzdək və Hökməli bələdiyyələrinin və Su Ehtiyatları Agentliyinin yerli qurumlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, daşqının nəticələrinin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb, mövcud nasosxana təmizlənilib, əlavə su nasosları quraşdırılıb. Hazırda həyətlərdən suyun çəkilməsi, gölün səviyyəsinin aşağı salınması ilə bağlı işlər görülür”.






Xəbərin oxunma sayı : 490




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap