Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Sabirabadda Zəfər Gününə həsr olunmuş silsilə bayram tədbirləri keçirilib - Fotolar

Tarix 07.11.25, 17:18

Font ölçüsü : - / +
bitmap-img6


Sabirabad rayon Mədəniyyət Mərkəzində Sabirabad Rayon İcra Hakimiyyətinin və Mil- Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunan “Zəfər nəğmələri” adlı konsert proqramı keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivi, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və iştirakçıları, mədəniyyət, təhsil işçiləri, eləcə də rayon ictimaiyyətinin və gənclərin nümayəndələri iştirak
ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Daha sonra “8 Noyabr – Zəfər Günü” münasibətilə Sabirabad şəhərinin mərkəzi meydanında məktəblilərin iştirakı ilə təşkil olunmuş fleşmobun videoçarxı nümayiş olunub. Rəsmi hissədə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbədən, ordumuzun qəhrəmanlığından və xalqımızın
birliyindən bəhs edib. Rayon rəhbəri şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, dövlət səviyyəsində onların ailələrinə və qazilərə göstərilən diqqət və qayğının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi önəm daşıdığını vurğulayıb.

Bədii hissə ilə davam edən tədbirdə regionda fəaliyyət göstərən uşaq musiqi və
incəsənət məktəblərinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar, muğam və təsniflər səsləndirilib. Konsert proqramında “Qarabağ”, “Azərbaycan”, “Heyratı ritmik muğamı”, “Qarabağ şikəstəsi”, “Ey əziz anam Azərbaycan”, “Sən qalibsən”, “Xudayar təsnifi” və “Azadlıq marşı” kimi ifalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsert “Yaşa
mənim xalqım” adlı kompozisiyanın səsləndirilməsi ilə yekunlaşıb.

Tədbirin rəsmi hissəsindən sonra 8 Noyabr - Zəfər Günü münasibətilə Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Bulaqlı kəndi ərazisindən keçən hissəsində yol kənarlarında ağacəkmə aksiyası keçirilib. 1,8 hektar ərazini əhatə edən sahədə 2 mindən çox müxtəlif növdə - alyandra, evkalipt, xan çinarı, zeytun, Ağdaş rayonundan gətirilmiş heyva və Göyçay rayonundan gətirilmiş nar ağaclarından
ibarət yaşıllıq zolağı salınıb. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap