“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Qocalar evi“, yoxsa xəstəlik mənbəyi? - Kənd Əhmədlidə qəribə müəssisə

Tarix 13.09.25, 9:41

Font ölçüsü : - / +
bitmap-img6


Xətai rayonu, "Kənd Əhmədli" adlanan ərazidə yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək orada "Qocalar evi" kimi fəaliyyət göstərən müəssisədən şikayətçidirlər. Onlar həmin müəssisədə ruhi xəstələrin olduğunu iddia edirlər.

"İçəridə antisanitar vəziyyət hökm sürür. Onları qanunsuz fəaliyyət göstərdiklərinə görə daha əvvəl işlədikləri yerdən də qovublar. Təcili tibbi yardım maşınlarını bir küçə aşağıda saxlayıb xəstələri əlil arabası ilə içəri aparırlar", - narazı sakinlərdən biri söyləyib.

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, adı bilinməyən bu müəssisə hansısa şəxsi evdə yerləşir. Mərkəz yalnız qeyri-yaşayış təsərrüfat obyektlərində xidməti yoxlamalar keçirmək səlahiyyətindədir:

"Şəxsi evdə plandankənar yoxlama keçirilə bilməz. Fakt əsasında hüquq-mühafizə orqanlarına müraciət edilir, onlar tərəfindən müəssisə yoxlanılır və tibbi fəaliyyət aşkar edildikdə, rəsmiləşdirilərək aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilir.

Bu zaman Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə əsasən, həmin müəssisənin sahibinin, orada çalışan əməkdaşların sənədlərini yoxlaya, tibbi xidmət göstərməyə səlahiyyətlərinin olub-olmadığını aşkar edə bilər. Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun addımlar atıla bilər".

Problemlə bağlı Daxili İşlər Nazirliyindən isə qeyd edilib ki, Baku TV olaraq məsələni işıqlandırdıqdan sonra polis əməkdaşları vətəndaşları narahat edən məsələni aradan qaldırıblar. Məsul şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Ətraflı süjetdə:





Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap