“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Bizə daha bir neçə “Kelloq“ lazımdır“ - Ukrayna prezidenti

Tarix 12.09.25, 23:17

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqun ölkədə olmasının Rusiyanın hava hücumlarının qarşısını almağa kömək etdiyini bildirib.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Kiyevdə keçirilən illik "Yalta European Strategy" (Yalta Avropa Strategiyası) görüşündə bildirib.

"General Kelloqa təşəkkür etmək istərdim. Bilirik ki, ABŞ-nin "Patriot"dan daha güclü hava hücumundan müdafiə sistemləri var" deyən Zelenski daha sonra gülümsəyərək sözlərinə əlavə edib: "Biz bu sistemlərdən daha bir neçəsini istərdik".

Onun sözlərinə görə, Rusiyanın ölkənin ayrı-ayrı bölgələrinə hücumunun qarşısını almaq üçün həmin bölgələrdə əlavə "Kelloq" hava hücumundan müdafiə sistemləri də olmalıdır.

"Bu, zarafat deyil. ABŞ nümayəndəsi Kiyevdə olanda ruslar kütləvi zərbələrdən çəkinirlər. Digər dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri olanda bu keçmir, onlara məhəl qoymurlar", - Zelenski vurğulayıb. O zarafatla əlavə edib ki, bu səbəbdən də general Kelloqa vətəndaşlıq, mənzil, bir sözlə, hər şey verməyə hazırdırlar.



Xəbərin oxunma sayı : 457




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap