Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Anarın məhkəməyə verəcəyi şair: “Daha ciddi, iyrənc faktlar bilirəm“

Tarix 11.03.25, 20:13

Font ölçüsü : - / +
bitmap-img6


Fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və birliyin mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib.

AzFakt.com xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev isə Cebheinfo.az-a açıqlamasında İlham Qəhrəmanın AYB-yə məxsus mənzillərin satışına dair iddialarının əsassız olduğunu və məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini söyləyib.

Yazıçı Anar açıqlamasında yazıçılar üçün mənzil təminatı prosesinin tam ədalətli şəkildə aparıldığını, mənzil ala bilməyənlərin də layiqli yazıçılar olduğunu, lakin məhdud sayda mənzil olduğu üçün hər kəsin təmin edilməsinin mümkün olmadığını qeyd edib.

İlham Qəhrəman isə məhkəmə məsələsindən xəbərsiz olduğunu bildirib.

İlham Qəhrəman Anarın fikirlərinə: "Allah eləsin ki, məhkəməyə versinlər", - deyə reaksiya verib:

"Mən məhkəmə haqqında heç nə bilmirəm. Sadəcə, bu məsələni məhkəməlik hesab etdiklərini eşitmişəm. Başqa heç nə bilmirəm. Allah eləsin ki, məhkəməyə versinlər. Mən də məhkəməyə müraciət olunmasını istəyirəm. Çünki daha ciddi, iyrənc faktlar bilirəm, onların hamısını açıqlayacağam. Əgər məhkəmə prosesi başlasa, orada üz-üzə gəlmək istəyərəm. Düşünmürəm ki, bu addımı atacaqlar. Amma yenə də məhkəməyə verirlər, lap yaxşı".



Xəbərin oxunma sayı : 580




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap