“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İsrail ordusunda ciddi kadr dəyişiklikləri etdi - SİYAHI

Tarix 16.07.25, 11:24

Font ölçüsü : - / +
bitmap-img6


İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir orduda ciddi kadr dəyişiklikləri edib.

Bu barədə “Times of İsrael” məlumat yayıb.

Bildirilib ki, Baş Qərargahda bu cür dəyişikliklər, adətən, zabitlər xidmət müddətlərini başa vurduqdan sonra həyata keçirilir.

Belə ki, Daxili Cəbhə Komandanlığının rəhbəri general-mayor Rafi Milo Şimal Komandanlığının yeni rəhbəri təyin olunub. O, general-mayor Ori Gordinin yerinə gətirilib.

Hazırda Şimal Korpusu və Manevr Qüvvələrinin komandanı olan general-mayor Dan Goldfus Dərinlik Qüvvələrinin (Depth Corps) yeni komandanı təyin edilib. O, bu vəzifədə general-mayor Nimrod Alonini əvəz edəcək.

İsrailin ABŞ-dəkı müdafiə attaşesi olan general-mayor Hidai Zilberman Silahlı Qüvvələrin Planlaşdırılması və İnkişafı İdarəsinin (Planning and Force Design Directorate) rəhbəri təyin olunub. Daha öncə bu vəzifədə vitse-admiral Eyal Harel idi.

Briqada generalı Dan Noyman Komanda və Ştab Kollecinin komandiri Aloninin yerinə hərbi kolleclərin yeni rəhbəri təyin edilib. O, vəzifəyə başlayarkən general-mayor rütbəsinə yüksələcək.

Briqada generalı Yaki Dolf Qərbi Şəriya diviziyasının komandiri Goldfusun yerinə Şimal Korpusunun növbəti komandiri təyin edilib. O da general-mayor rütbəsi alacaq.

Briqada generalı Şay Klepper 91-ci “Qaliley” Regional Diviziyasının komandiri Milonun yerinə Daxili Cəbhə Komandanlığının rəhbəri təyin edilib və general-mayor rütbəsi veriləcək.

Briqada generalı Rami Abudraham İsrail Müdafiə Qüvvələrinin Quru Qoşunları Baş Qərargah rəisi general-mayor Mişel Yankonun yerinə Texnoloji və Logistika İdarəsinin rəhbəri təyin ediləcək, həmçinin general-mayor rütbəsinə yüksələcək.

Zamirin bu təyinatları müdafiə naziri İsrael Kats tərəfindən təsdiqlənib və bildirilib ki, zabitlər yaxın aylarda öz vəzifələrini icra etməyə başlayacaqlar.



Xəbərin oxunma sayı : 268




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap