“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Tramp başa düşür ki, Putin ona yalan danışır” - Zelenski

Tarix 16.07.25, 17:23

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Newsmax kanalına verdiyi müsahibədə maraqlı açıqlamalar səsləndirib.

Zelenski bildirib ki, ABŞ prezidenti Donald Tramp artıq özü şəxsən anlayır ki, Rusiya Prezidenti Vladimir Putin ona yalan danışır.

“Və vacibdir ki, prezident Tramp bunu başqalarından eşitmir, məhz özü görür. Biz ABŞ-ın atəşkəsə dair bütün təşəbbüslərini dəstəklədik. Mən Trampın bütün təşəbbüslərinə dəstək verdim. Amma o reallığı gördü: Putin bir şey deyir, sonra isə bombalayır. O, müharibənin bitməsini istəmir”, - deyə Zelenski vurğulayıb.

Ukrayna lideri həmçinin qeyd edib ki, ABŞ üçün Ukraynanın bu müharibədə uduzmaması olduqca önəmlidir. Onun sözlərinə görə, Putin isə artıq çoxsaylı hərbçisini itirməkdədir.

Zelenski Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi istiqamətində bu ay ciddi irəliləyiş əldə olunduğunu bildirib:

“Bu ay müdafiə sistemləri sahəsində biz dönüş nöqtəsinə çatdıq. Ukrayna üçün prioritet Patriot sistemləridir. Ağ Evdən və şəxsən prezidentdən bu məsələdə dəstək üçün müsbət siqnal aldığım üçün minnətdaram. Sanksiyalar paketinə gəlincə isə siz özünüz görürsünüz ki, hər kəs bu istiqamətdə irəliləyir”.



Xəbərin oxunma sayı : 316




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap