Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Referans“ın baş həkimi 32 yaşlı laborant imiş - FOTO

Tarix 08.11.25, 0:32

Font ölçüsü : - / +
bitmap-img6


Mediada və sosial şəbəkələrdə "Referans" klinikasında tibbi analiz nəticələrinin digər klinikaların nəticələri ilə üst-üstə düşməməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, əksər özəl xəstəxanalarda çalışan həkimlər öz pasiyentlərini məhz "Referans"a yönəldirlər.

AzFakt.com "Teleqraf"a istinadən xəbər verir ki, ötən il fəaliyyətə başlayan "Referans Naxçıvan" Tibb Mərkəzinin baş həkimi laborantdır. Söhbət 32 yaşlı Variz İsmayılovdan gedir.

"Referans"ın rəsmi saytında bu klinikada çalışan digər həkimlərin təhsil aldığı universitetlər göstərilsə də, Variz İsmayılovla bağlı məlumatlarda onun tibbi təhsilinə aid hər hansı məlumata rast gəlmək mümkün deyil. Belə olan halda laborantın ixtisaslı həkimlərə necə rəhbərlik etdiyi sual olaraq qalır.

Maraq üçün bildirək ki, laborant laboratoriyalarda elmi-texniki tədqiqat və analiz işləri aparan mütəxəssisdir. O, təcrübələr üçün lazımi preparat və avadanlıqları hazırlayır, nümunələri analiz edir, nəticələri qeyd edir və laboratoriya rəhbərinə kömək edir. Bu peşə tibb, kimya, biologiya, fizika və sənaye kimi müxtəlif sahələrdə tələb olunur.

Qeyd edək ki, səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş "Tibb müəssisəsinin rəhbərləri haqqında təlimat"da qeyd edilib ki, tibb müəssisəsinin rəhbəri vəzifəsinə ali tibb təhsili olan (baş direktor və direktor vəzifəsinə əlavə olaraq ali iqtisadi və ya ali hüquq) və ixtisası üzrə ən azı 5 il iş stajı olan şəxs təyin edilir.

"Referans Medical Group"un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir.

Referansın baş həkimi 32 yaşlı LABORANT İMİŞ




Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap