“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış

Tarix 12.07.25, 9:40

Font ölçüsü : - / +
bitmap-img6

 
Üzeyir Şəfiyev: “Nikahsız ailə ailə sayıla bilməz, çünki...”

Son zamanlar nikahdankənar doğulan uşaqların sayında artım müşahidə olunur. “Bakı-Xəbər” məlumat yayıb ki, ötən il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 13 min 228 uşaq doğulub.

Bu uşaqların 5 158-i şəhərdə, 8 070-i isə kəndlərdə dünyaya gəlib. Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, nikahdankənar uşaqlar daha çox rayon, kənd yerlərində doğulub. Milli mentalitetlə uyğun olmayan Avropa ənənəsinin yayılması və rəqəmlərdə əks olunan reallıq təhlükəli məqamlardan xəbər verir.

Bəs qeyri-rəsmi nikahdan doğulan uşaqların sayının bölgələrdə çoxluğunun səbəbi nədir? Axı bu rəqəm təkcə bir statistik göstərici deyil - onun arxasında yüzlərlə insan taleyi, sosial reallıqlar və ailə institutunun qarşılaşdığı problemlər dayanır.

Müasir cəmiyyətlərdə ailə dəyərlərində baş verən dəyişikliklər Azərbaycanda da özünü göstərir. Maddi sıxıntılar, sosial təzyiqlər və fərdi azadlıqların önə çıxması gənclərin evlənmədən birgə yaşamasına səbəb ola bilər.

Ancaq bəzi ailələr yalnız dini kəbinlə kifayətlənir və rəsmi nikah bağlamırlar. Hüquqi baxımdan isə bu uşaqlar nikahdankənar doğulmuş hesab olunur.

Nikahdankənar doğulan uşaqların hüquqları Azərbaycan qanunvericiliyi ilə qorunsa da, sosial reallıq fərqlidir. Cəmiyyətdə hələ də belə uşaqlara qarşı ayrı-seçkilik meylləri var. Bir çox hallarda atalıq faktının müəyyən edilməsi üçün məhkəmə çəkişmələri baş verir ki, bu da anaların və uşaqların psixoloji durumuna mənfi təsir göstərir.

Boşanmalarda təşəbbüskar qadınlardır! - Sosioloq ÜSYAN ETDİ | Modern.az

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “Deməzdim ki, ölkədə nikahdan kənar doğulan uşaqların sayı artıb. Tarixi müqayisə aparanda görünür ki, nikahdan kənar doğulan uşaqların sayında müəyyən azalma var. Məsələn, 2016-cı ildə 26 min nikahdan kənar uşaq dünyaya gəlmişdi. 2010-cu ildə bu göstərici 25 mindən bir qədər çox idi. Son statistikada isə bu rəqəm 15 min olaraq göstərilir. Amma bütün hallarda 15 min uşaq az göstərici deyil. Bəs bu halın səbəbi nədir?

Xüsusilə də rayonlarda, bölgələrdə və kənd yerlərində bu hallar daha çox müşahidə olunur. Çünki kənd və rayonlarda insanlar bir-birilərini yaxından tanıyır və çox vaxt rəsmi nikaha daxil olmadan sadəcə, dini kəbinlə ailə qururlar. Onlar bir-birlərinə etibar etdiklərinə, güvəndiklərinə görə bu addımı atırlar. Lakin çox vaxt sadəlövhcəsinə unudurlar ki, bu, gələcəkdə ciddi hüquqi problemlərə yol aça bilər. Məsələn, uşaq məktəbə getmək istəyəndə sənədləşmə problemi yaranır. Ailə dağıldıqda isə uşağın hansı valideynin yanında qalması, valideynin kimliyinin hüquqi cəhətdən sübut olunması, o cümlədən mülkiyyət münasibətlərinin bölüşdürülməsi zamanı ciddi mübahisələr meydana çıxır. Halbuki rəsmi nikah bağlanarkən hər iki tərəf öhdəlik götürür, müqavilədə müəyyən şərtlər göstərilir: evlənənə qədər hansı mülk kimə məxsusdur, evlilikdən sonra birgə nələr əldə olunacaq və s.

Ona görə də çox yaxşı olardı ki, ümumiyyətlə, rəsmi nikah olmadan qurulan birliklər ailə hesab olunmasın. Hazırda Azərbaycanda nikah müqaviləsi könüllü xarakter daşıyır. Mən hesab edirəm ki, bu belə olmamalıdır, nikah müqaviləsi məcburi və icbari xarakter daşımalıdır. Bildiyiniz kimi, iyulun 1-dən etibarən yaxın qohumlar arasında nikah müqaviləsinin bağlanmasını qadağan edən qanun qüvvəyə minib. Belə bir şəraitdə hüquqi maarifləndirmə aparılmadan, bəzi şəxslər məlumatsızlıq ucbatından alternativ yol kimi vətəndaş nikahına və ya dini kəbinə üstünlük verirlər. Lakin başa düşmək lazımdır ki, din xadimləri də rəsmi nikah sənədi olmadan dini kəbin kəsərlərsə, hüquqi məsuliyyət daşıya bilərlər.

Eyni zamanda, unutmaq olmaz ki, yeni qüvvəyə minmiş qanuna əsasən, rəsmi nikah olmadan qurulan birliklər artıq ailə kimi tanınmayacaq. Bunun qarşısını almaq üçün nikah müqaviləsinin icbari xarakter daşıması qanunvericiliklə tənzimlənməlidir. Beləliklə, insanlar dini kəbinə, vətəndaş nikahına meyl etməzlər. Lakin bu o demək deyil ki, həmin 15 min uşağın hamısı məhz vətəndaş nikahından dünyaya gəlib. Sadəcə, cəmiyyətimiz ənənəvi dəyərlərə əsaslandığı üçün bölgələrdə belə bir yanaşma formalaşıb - rəsmi nikaha o qədər də əhəmiyyət verilmir".

Sosioloq onu da qeyd edib ki, ümumiyyətlə, vətəndaş nikahı bizim cəmiyyətə xarakterik deyil, bu, Avropadan gələn bir modeldir və qarşısının alınması üçün tədbirlər görülməlidir: “Təəssüf ki, bu gün gənclər arasında vətəndaş nikahına meyl artır. Bunun səbəblərindən biri də odur ki, bəzi şəxslər ailə məsuliyyəti daşımaq istəmir, bu məsuliyyətdən yayınmaq üçün vətəndaş nikahına üstünlük verirlər. Amma qeyd etmək lazımdır ki, bu, əsl ailə deyil. Belə meyllərin Azərbaycanda genişlənməsinə yol vermək olmaz. Ona görə də elə qanunvericilik hazırlanmalıdır ki, rəsmi nikah - hüquqi əsaslara söykənən ailə quruluşu - icbari xarakter daşısın və bu cür məsuliyyətsiz münasibətlərin qarşısı alınsın”.



Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap