“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar

Tarix 10.07.25, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan və Pakistan arasında hüquqi sahədə əlaqələrin möhkəmləndirilməsi məqsədilə Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tararın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

AzFakt.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Ardınca Şəhidlər xiyabanı, Zəfər Parkı və Zəfər abidəsi ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi anılıb.

Daha sonra ədliyyə naziri Fərid Əhmədov pakistanlı həmkarı ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hüquqi sahədə mövcud əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, həmçinin siyasi, iqtisadi, ticarət və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.

Tərəflər Prezident İlham Əliyevin 2024-cü ilin iyul ayında Pakistana dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun əhəmiyyətinə toxunublar.

Memorandumun icrası məqsədilə görüşdə beynəlxalq müqavilə olmayan “Əməkdaşlıq Proqramı” imzalanıb. Proqram çərçivəsində rəqəmsal ədliyyə, ədalət mühakiməsində süni intellektin tətbiqi, hüquq sahəsində elmi tədqiqatların aparılması, eləcə də təhsil və tədrisin təşkil edilməsi, qanunvericiliyin işlənməsi, mübahisələrin alternativ həlli sahəsində əməkdaşlıq və digər aktual istiqamətlər üzrə təlimlərin təşkili planlaşdırılır. “Əməkdaşlıq Proqramı”nın icrası məqsədilə tərəflər Fəaliyyət Planının hazırlanması barədə də razılığa gəliblər.

Görüş zamanı Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın yüksək qiymətləndirildiyi bildirilib, qarşılıqlı səfər və təmasların hüquqi sahədə əməkdaşlığın daha da inkişafına töhfə verdiyi vurğulanıb. Həmçinin tərəflər gələcək əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.







Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap