“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda

Tarix 11.07.25, 20:51

Font ölçüsü : - / +
bitmap-img6


"Azəriqaz” İB əsas kadrlara sənin "ixtisasin düz gəlmir” cavabını verir, ancaq nəqliyyat mühəndisini maliyyə sektoruna müavin təyin edir.
 
Bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sərdi Mirvari Qəhrəmanlı bildirib. SOCAR "Azəriqaz” İB-dəki yeni təyinatla bağlı danışan hüquq müdafiəşisi bildirib ki, yüzlərlə fəhlə, çilingər işdən haqsız yerə çıxarılır, ancaq rəhbər vəzifələrə yeni təyinatlar həyata keçirilir:

Açıklama yok.

"SOCAR "Azəriqaz” İB-də optimallaşdırma siyasati davam edir. Alt strukturlarda yüzlərlə fəhlə, çilingər, xadimə işdən azad edilir, yuxarılarda böyük məmnuniyyət hissi ilə təntənəli təyinatlar həyata keçirilir.
"Azəriqaz”da yüksək vəzifəyə yeni təyinat olub. Fərhad Mədətov Baş Direktorun maliyyə üzrə müavini təyin edilib.

Mədətov Fərhad Əminağa oğlu 2 iyun 1979 cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhəri 5 saylı orta məktəbi bitirib. Elə həmin il də Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunlarına çox vaxt "sənin ixtisasin düz gəlmir” cavabını verən "Azəriqaz” indi nəqliyyat mühəndisini Maliyyə sektoruna müavin təyin edir”.

Qarşı tərəfi dinləməyə hazırıq.
 


 



Xəbərin oxunma sayı : 202




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap