“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır“ - Şöbə müdiri

Tarix 12.03.25, 13:49

Font ölçüsü : - / +
bitmap-img6


Boşanmaların 70 faiz təşəbbüskarı qadınlardır.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, əvvəlki illərdə də erkən evliliklə bağlı qanunvericilikdə dəyişikliklər olsa da, bu kifayət etmirdi:

“Misal olaraq, hələ də bəzi narahatedici statistikalar var ki, doğulan uşaqların 15 faizi nikahdankənardır. Bundan başqa, anomaliya ilə doğulan uşaqların sayında 65 faiz, talassemiyalı uşaqların sayında isə 86 faiz artım var. Həmçinin üç və daha artıq uşağı olan ailələrin sayı getdikcə azalır. Çoxuşaqlı ailələrin sayını artırmaq üçün bu meyarı qanunvericilikdə nəzərdən keçirməliyik”.

Şöbə müdiri vurğulayıb ki, doğulan uşaqların cins nisbətində ciddi problem var və reprudiktiv sağlamlıq haqqında qanun bu məsələdə vacibdir:

“Alimentin ödənilməsi problemi, aliment fondunun yaradılması da gündəmdədir. Qanunvericilik sərtləşdirilsə də, borcluların 70 faizindən çox işsiz, gəliri olmayanlardır. Ona görə Aliment fondunun yaradılması vacibdir".

Dövlət Komitəsinin rəsmisi əlavə edib ki, boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır:

"Onlar xasiyyətin uyğun gəlmədiyini əsas gətirirlər, amma təcrübə göstərir ki, daha dərin problemlər var. Ona görə də ailə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb və bu yaxında təqdim olunacaq”.

O həmçinin bildirib ki, qəsdən adam öldürmə cinayətlərinin əksəriyyəti ailə-məişət zəmnindədir:

“Eyni zamanda adam oğurluqlarının çoxu qız qaçırmalardır və bu da ciddi problemdir".



Xəbərin oxunma sayı : 661




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap