“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“ABŞ Rusiya əleyhinə sanksiyaların monitorinqində iştirakını azaldıb” - Bloomberg

Tarix 21.03.25, 22:06

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarət edən beynəlxalq işçi qruplarında iştirakını azaldıb və bu, avropalı tərəfdaşların narahatlığına səbəb olub.

Bu barədə Bloomberg agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ nümayəndələri anti-Rusiya sanksiyalarına riayət olunmasına nəzarət etmək üçün müttəfiqlər tərəfindən yaradılan bir sıra beynəlxalq işçi qruplarında fəaliyyəti azaldıblar. Bunu adının gizli qalmasını istəyən Avropa rəsmiləri bildirib.

Onların fikrincə, Vaşinqton müdafiə sənayesinin ehtiyacları üçün Rusiyaya komponentlərin və avadanlıqların tədarükünün qarşısını almaqla məşğul olan qrupun fəaliyyətində, demək olar ki, iştirak etmir. G7 ölkələri tərəfindən tətbiq edilən Rusiya neftinin qiymət həddinə riayət olunmasının monitorinqi mexanizmlərində də lazımi səviyyədə iştirak yoxdur.

Agentlik mənbələri bunun ABŞ-nin yeni administrasiyasının siyasi qərarı, yoxsa kadr çatışmazlığı ilə bağlı olduğuna əmin deyil. Bəzi görüşlər Amerikanın səlahiyyətli nümayəndələrinin iştirakı olmadan keçirilib və bu, avropalıların fikrincə, qərarların qəbulunu çətinləşdirib, koordinasiyanın effektivliyinə təsir edib.



Xəbərin oxunma sayı : 1180




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap