Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Yeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə...

Tarix 22.11.24, 13:19

Font ölçüsü : - / +
bitmap-img6


Artıq bir neçə ildir ki, Azərbaycanın avtoparkı yenilənmə mərhələsinə qədəm qoyub. Bir çox ölkələrdən idxal edilən müxtəlif markalı və istehsal ili yeni olan nəqliyyat vasitələrinə maraq gündən-günə artmaqdadır.

“Yeni nəsil” avtomobillər sayılan elektromobil və hibrid mühərrikli maşınlar isə daha çox Çindən idxal edilir. Onlar komfortlu olduqları kimi, yanacaq sərfiyyatı baxımından da əlverişlidir. Lakin bu tip avtomobillər bəzi xüsusiyyətlərinə görə alıcılar üçün əsl baş ağrısına çevrilə bilər.

Ölkənin avtomobil bazarına yeni daxil olan bir çox “gənc markalar"ın ehtiyat hissələri və təmir ustaları olduqca az tapılır. Xüsusən, son illər Çindən və bəzi Uzaq Şərq ölkələrindən (Yaponiya, Cənubi Koreya) gətirilən nəqliyyat vasitələrinin “zapçastları” ehtiyat hissələri mağazalarında demək olar ki, yoxdur. Ən yaxşı halda onlayn satış platformalarından və markaların mərkəz ofislərindən sifariş edilən hissələrin qiyməti isə olduqca baha başa gəlir.

Sürücülərin üzləşdiyi digər bir problem isə bu növ maşınların mühərrik sistemi və təmir formasının digərlərindən tamamilə fərqli olmasıdır. Ənənəvi avtomobillərdən fərqli olaraq, yalnız xüsusi kameral diaqonoz vasitəsi ilə nasaz hissələri aşkarlanan elektromobil və hibrid nəqliyyat vasitələrinin ustaları isə sadəcə xüsusi servislərdə tapılır. Onların sayı isə olduqca məhduddur.

Bu kimi səbəblər alıcılar və sürücülər üçün ciddi çətinliklər yaradır. Onsuz da yüksək qiymətlərə təklif olunan belə avtomobillərin təmir və avadanlıq xərci də yetərincə yüksəkdir. Belə nüansları nəzərə alaraq, nəqliyyat vasitəsini təzələmək istəyən şəxslərə seçdikləri modellər barədə ətraflı araşdırma aparmaları tövsiyə olunur./Yenisabah.az



Xəbərin oxunma sayı : 262




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap