|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Tələbələrin yataqxana probleminin həlli ilə bağlı MÜHÜM ADDIM
Tarix 30.11.24, 23:30 |
|
Tələbələri hər zaman düşündürən məqamlardan biri də yataqxana məsələsidir. Bu problem tələbələrin həyatındakı çətinliklərlə yanaşı, kirayə mənzil bazarına da təsir göstərir. Yataqxanasızlıq şəraitində mənzillərə tələbat çox olduğu üçün qiymətlər də cib yandırır. Tələbələr hər il yay aylarından ev axtarışına çıxır, uyğun mənzil tapmaq isə şans məsələsidir.
Bu günlərdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov yataqxana problemi ilə bağlı ümidverici açıqlama verib. O bildirib ki, ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun cəlbi üçün “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması” sənədinin hazırlanmasına başlanılıb. Fond rəhbəri düşünür ki, işin həcmi çox böyükdür və dövlət bunun öhdəsindən tək gələ bilməz. Ona görə də, bu sahəyə özəl sərmayə cəlb edilməlidir. Ümumi bir sənəd hazırlanacaq, investorlar istəklərinə uyğun olaraq, seçdikləri universitetlərə bu sahə üzrə investisiya yatıra biləcəklər. Bəs bu layihə yataqxana problemini həll edəcəkmi?
Kontingentin maksimum üç faizini ödəyir
Təhsil eksperti Elmin Nuri deyir ki, hazırda universitet yataqxanaları yataqxanaya ehtiyacı olan tələbələrin yalnız üç faizinin tələbatını ödəyə bilir: “Bu layihəyə çoxdan başlanılmalı idi. Çünki ali təhsil seqmenti ilə bağlı ən ciddi problemlərdən biri yataqxanalardır. Bu gün ölkədə yataqxana imkanları olan çox az universitet var. Onlar arasında da sorğu keçirərkən məlum olmuşdu ki, bu yataqxanalar tələbə kontingentinin maksimum üç faizinin ehtiyacını ödəyə bilir. Bu, dəhşətli rəqəmdir. Bir yataqxanada nə qədər tələbə yerləşə bilər? Maksimum 1000, bəs bundan sonra? Bu gün hansı universitetimizdə yalnız 1000 tələbənin yataqxanaya ehtiyacı var? İkinci məsələyə gəldikdə, Azərbaycana gələn əcnəbi tələbələrin qarşısını alan əsas faktorlardan biri də yataqxana, kampus şəraitidir. Əcnəbi araşdırır, universitetlərdən birini seçərək baxır ki, tarixi, reytinq cədvəli yaxşıdır, amma yataqxana imkanları yoxdur. Kəmiyyətə görə bölgədəki yataqxanalar paytaxtdakı universitet yataqxanalarından daha yaxşıdır. Onlar müəyyən qədər bunun öhdəsindən gəlməyə çalışır. Çünki bölgə universitetləri yataqxanaya məcburiyyət kimi baxır, paytaxtda da yanaşma belə olmalıdır”.
Layihə intensiv şəkildə həyata keçirilməlidir
Həmsöhbətimiz vurğulayır ki, bu problemin həllində özəl sektorun dəstəyi çox vacibdir: “Amma bu, intensiv şəkildə həyata keçirilməlidir. Məsələn, bir yataqxana tikildi, onun təbliğatı aparıldıqdan sonra layihə passiv duruma keçməməlidir. Bizim kiçik tələbə tutumu olan özəl universitetlərimiz də daxil olmaqla, bütün universitetlərin yataqxanalara ehtiyacı var. Yataqxana əsl tələbə mühitini formalaşdıran, ona başqa bir ovqat qatan məkandır. Xaricdə evində qalmaq imkanı olan tələbələr belə, yataqxanaları seçirlər. Çünki yataqxana dediyimiz hər hansı mehmanxana deyil. Universitetin tələblərinə cavab verən əlavə şəraiti olur. Ona görə də bu layihə olduqca vacibdir”.
Güzəştlər olmalıdır
Ödəniş məsələsinə gəldikdə isə, E.Nuri deyir ki, əksər ölkələrdə yataqxanalarla bağlı ödənişlər tələbələrin göstərdiyi nəticələrə əsasən hesablanır: “Ödənişlə bağlı birmənalı fikir mümkün deyil. Xaricdə belə bir təcrübə var ki, əgər tələbə yüksək təqaüd alırsa, o, yataqxana daxil, müxtəlif xərclərdən azad olunur. Bizdə də bu üsuldan istifadə oluna bilər. Özəl sektor bahalı yataqxana tikib baha qiymətə versə, təbii ki, bunun tələbəyə yararı olmayacaq. Çünki imkanı olan tələbə kirayə ev tutub qalır. Burada güzəştlər olmalıdır”.
Çoxmərtəbəli yataqxanalar inşa edilməlidir
Yataqxana çatışmazlığının yaratdığı əsas problemlərdən biri də kirayə mənzillərdir. Mənzillərə tələbat çox olduğu üçün qiymətlər bahadır. Bəs bu sənədin qəbulu kirayə mənzil bazarında qiymətlərə təsir edə bilərmi?
Əmlak eksperti Elnur Azadov deyir ki, ölkədə olan yataqxanaların əksəriyyəti 1970-ci ilə qədər inşa olunanlardır və istismar müddəti bitib. Onların bərpa edilməsi, yoxsa sökülüb yenidən tikilməsi ideyasını ciddi şəkildə dəyərləndirmək lazımdır: “Azmərtəbəli yataqxanaları tamamilə söküb, yerində çoxmərtəbəli yataqxanalar inşa etmək lazımdır. Ona görə ki, bu yataqxanalar hamısı sovet dövründə inşa olunub. O vaxt universitetlərdə yaxud təhsil ocaqlarında olan tələblərin sayı indiki qədər deyildi. Buna görə də yataqxanaların sayı əvvəlki illərlə müqayisədə dəfələrlə artırılmalıdır”
Qiymətlər daha da artacaq?
Əmlak eksperti vurğulayır ki, xarici investorların, özəl şirkətlərin cəlb olunması yataqxanada qiymətlərin artması ilə nəticələnə bilər: “Xarici təcrübədə belə bir forma var: investisiya şirkətləri yataqxanalar tikir və onları kirayə verərək qoyduqları sərmayəni çıxarırlar. Bizim ölkədə yataqxanalara kiçik xidməthaqqı ödənilir. Bərpa olunandan sonra isə daha artıq ödəniş etmək məcburiyyətində qalacaqlar. Hazırda yataqxanalardan istifadə edən aztəminatlı ailələrin uşaqlarıdır. Qiymətlər baha olsa, bu, yataqxanalardan hazırda istifadə edən kateqoriyaya mənfi təsir edəcək. Ona görə də, bərpa olunub, yaxud yenidən tikiləndən sonra qiymət məsələsi nəzərə alınmalıdır”.
Yataqxanaların yenidən bərpasının kirayə mənzil bazarına təsirinə gəldikdə isə, həmsöhbətimiz deyir ki, mövcud yataqxanalara investisiya yatırılıb bərpa olunsa, daşınmaz əmlak bazarına heç bir təsiri olmayacaq: “Bu, kirayə mənzil bazarına 5-10 faiz təsir edə bilər”.
Qeyd edək ki, “bp” şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırması" sənədinin hazırlanmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.(“Kaspi” qəzeti)
Xəbərin oxunma sayı : 1330
Sosial
Xəbərlər
-
“Oğlumun canına and olsun ki, onunla evli deyiləm“ - VİDEO
-
Klublararası Dünya Çempionatı: Səbətlərin tərkibi müəyyənləşdi
-
Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət - “Saffira Plus“
-
“Qaçqınkom”da inanılmaz qrant oyunları: Xaricdən gələn milyonlar kimlərin cibinə gedir?
-
Hərrac prosesinə kənar müdaxilələrin qarşısı necə alınacaq? - VİDEO
-
Bu dərmanları satanlar cərimələnəcək - 9 min manatadək
-
“Zurabişvilini müxalifət lideri etmək cəhdi tamamilə uğursuzluqdur“ - Kobaxidze
-
Çeçenistanın paytaxtına dron hücumu olub - Yaralılar var
-
Nazirlik 6 milyonluq şirkət yaratdı - Rəhbər təyin etdi
-
Zəngilan şəhərinə ilk köç başlayır - 600 min manatlıq tender
-
Məhkəmə Rüfət Səfərov barədə qərar verib - 4 ay həbs
-
Ceyhun Bayramov Avropa Komissiyasının vitse-prezidenti ilə görüşdü - Fotolar
-
Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri
-
“Bizə Azərbaycanla müharibə lazım deyil” - Paşinyan
-
“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir - Bu tarixdən
-
Qida əlavələri ilə bağlı cərimələr - İkiqat artırılır
-
Alkoqollu içkiləri aşağı qiymətə satanlar CƏRİMƏLƏNƏCƏKLƏR
-
“İrəvanla Bakı sülh sazişinin mətninin 90 faizini razılaşdırıb“ - Paşinyan
-
“TikTok” dələduzları yenə iş başında - Qanunsuz yolla ünvanlı sosial yardım “düzəldən”lər kimdir
-
“Sudan ucuz” içki setləri təhlükə saçır? - “Heç 50 qəpik də deyil...”
-
Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...
-
“28 may”da maşinist sərnişinləri qatardan düşürüb – Səbəb
-
Bakıda daha 408 sahibkar cərimələndi - Kartdan karta köçürməyə görə
-
Qadın “Getcontact”da yazdıqlarına görə məhkəməlik oldu - Cərimə edildi
-
“Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib“ - Paşinyan
-
Sənədsiz evlərə nə vaxt “kupça“ veriləcək? - Komitə sədrindən açıqlama
-
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
-
Elektromobillər üçün yeni qayda - Artıq bu icazə tələb edilməyəcək
-
Təhlükəli qida məhsulları satanlara ağır cəza - 10 ilədək azadlıqdan məhrum ediləcəklər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bir qrup vəzifəli şəxs saxlanıldı - Prokurorluq detalları yaydı
-
“E-KOB Evi“ yaradılır - Orxan Məmmədov
-
Vilayət Eyvazov Balakəndə qəbul keçirdi - VİDEO
-
329 nömrəli məktəbdə hadisə - 10-cu sinif şagirdi yoldaşını yaraladı
-
“Moskva “3+3“ formatında qarşılıqlı əməkdaşlığın yeni imkanlarını öyrənir“ - Zaxarova
-
Nazirlikdə yeni baş idarə rəisi təyin edildi - FOTO
-
Bakıda dəhşətli hadisə: İtlər sahibini parçalayaraq öldürdü
-
Tacikistan Prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
“Gürcüstanda “Maydan“ cəhdi iflasa uğrayıb“ - Kobaxidze
-
“İrəvanın BCM-də iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur“ - Rəsmi Moskva
-
“Unibank”ın “Əjdaha lotereyasından narazılıq var - Şikayət + FOTO
-
Naxçıvanda intihar hadisəsi - Axund özünü asdı
-
Dəmir yollarında 11 ayda 16 toqquşma - 11 ölü
-
Vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyən edilməsinə dair səhvlərə yol verilir - Ali Məhkəmə
-
Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlir - Bu tarixdə
-
Baş nazirdən bu nəqliyyat vasitələrilə bağlı - Qərar
-
Antalyanı Santa Klausun izi ilə kəşf edin - FOTO
-
“Cənubi Koreyadakı vəziyyəti nəzarətdə saxlayırıq“ - NATO-nun Baş katibi
-
Bu fermerlərə görə əkin subsidiyası veriləcək - Məbləğ
-
Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR
-
“Köhnədən qalan bağça modeli çox bahalıdır“ - Nazir
-
Prezident Mövlud Çavuşoğlunu qəbul etdi - FOTO
-
Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir? - QİYMƏTLƏR
-
Binə qəsəbəsində yerləşən su kanalında üfunət hökm sürür - VİDEO
-
Çoxmərtəbəli binalarda yanğın riski: Onlarla insanın həyatı və əmlakı təhlükədə
-
Rektorun qızına qarşı dələduzluq... - Aldadıb qızıllarını aldılar
-
Əsrimizin ən yaxşı baş məşqçiləri açıqlandı - Siyahı
-
“Spero Hospital“da qalmaqal - Baş mühasib dava saldı
-
Rusiya-Ukrayna danışıqları üçün heç bir əsas yoxdur - Dmitri Peskov
-
“Azgranata“nı 20 min manat cərimə gözləyir - Vergi borcu da var
-
Yağış yağanda Hövsan Olimpiya İdman Kompleksini su basır - VİDEO
-
Mark Rütte Ukraynanın alyansa dəvət edilməsi ilə bağlı: “Bütün müttəfiqlər həmfikirdirlər“
-
Kənd yumurtasının qiyməti niyə artdı? - VİDEO
-
Bayram günləri bölgələrdə qiymətlər ötən ildən yüksək olacaq - VİDEO
-
Əlilliyi olan şəxslərin hansı hüquq və imtiyazları var? - VİDEO
-
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
-
Cənubi Koreya Prezidenti geri addım atdı - Hərbi vəziyyət ləğv olunacaq
-
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
-
Elnarə, Röya və Natavan bir arada - Fotolar
-
XXI əsrin ən yaxşı məşqçilərinin siyahısı təqdim edildi - Ferqyuson 3-cü pillədədir
-
Masazırda ailə dramı: Arvad ərini öldürdü
-
İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? - VİDEO
-
Azərbaycanda süd məhsulları bahalaşdı - VİDEO
-
Bu ərazilərdə qaz kəsiləcək -Xəbərdarlıq
-
Cənubi Koreyada siyasi qarşıdurma - Parlament prezidentin qərarını ləğv etdi
-
“Texno Construction Az“ MMC əmək hüquqlarını pozdu - Məhkəmə cərimə qərarı çıxardı
-
İran Suriyaya qoşun göndərə bilər - Abbas Əraqçi
-
Qərb Azərbaycanda kimləri ələ alıb? - Avtomobil bağışlayırlar
-
Azərbaycan iqtisadiyyatına ən çox bu ölkələr investisiya yatırıb - Siyahı
-
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? - VİDEO
-
Ərdoğanla Putin telefonda danışdı: “Suriyada əmin-amanlıq istəyirik“
-
Elman Rüstəmovun 5 milyonluq kredit dosyesini buna görə gizlədirlər - Sensasion təfərrüat
-
Bakının “əl yandıran” kirayə qiymətləri - Bu ərazilərdə ciddi bahalaşma var
-
Xırdalanda yaşayış binasında yanğın oldu - VİDEO
-
AQTA-dan qoyun və quzu əti ilə bağlı AÇIQLAMA
-
“Ətdoğrayan balta deyildi, “iqruşka” idi” - Ağadadaş Ağayev
-
Cənubi Koreya paytaxtına hərbi texnika yeridilib - Polislə müxalifət arasında toqquşma olub
-
“Valideynlərimin vəziyyəti ağırdır” - Vüqar Həşimovun bacısı
-
Oğlanlar “TikTok“da tanış olduqları 13 yaşlı iki qızla gecəni keçirdilər - Biri həbs olundu
-
Məktəblərdə növbəti tətillərin vaxtı azaldılacaq? - RƏSMİ
-
Rüfət Səfərov saxlanıldı - DİN səbəbini açıqlayıb
-
Cənubi Koreyada hərbi vəziyyət elan edildi
-
Bakıda 21 mərtəbəli ticarət mərkəzi 120 milyona satışa çıxarılıb - Sahibi kimdir?
-
“Vətəndaşlar region ölkələri ilə münaqişələrə görə Ermənistanı tərk ediblər“ - Paşinyan
-
Ucuz “İphone” fırıldağı: “Müştəriləri belə aldadırlar”
-
Naxçıvan Təhsil Nazirliyində - Yeni təyinatlar
-
Ağadadaş Ağayev ifadə verdi: “Artıq elə söz dedi ki, aşağı düşməli oldum“
-
Sabiq deputata vəzifə verildi - Sahil Babayevin müşaviri oldu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ketçup xaricdən neçəyə gətirilir və marketlərdə neçəyə satılır? - Siyahı
-
Azərbaycan və İranın XİN rəhbərləri görüşdü - Fotolar
-
Lalə Şövkət hərəkət qabiliyyətini itirib - Oğlu açıqladı
-
“Rabitabank” yeni fırıldaq növü tapıb - Kart köçürmələrində ehtiyatlı olun!“
-
AXCP üzvü Famil Xəlil azadlığa buraxıldı - Məhkəmə
-
“Ukraynanın NATO-ya potensial üzvlüyünü təhlükə hesab edirik“ - Kreml
-
Xırdalanda tiktoker oyuncaq tapança ilə vətəndaşları qorxutdu - Həbs edildi
-
Gələn il inflyasiya builkindən çox ola bilər – Mərkəzi Bank
-
Prezident onu yenidən rektor təyin etdi - Sərəncam
-
Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü - FOTO
-
Valideynlərə çağırış: “Bunu məhdudlaşdırmaq əvəzinə...“
-
Suriyada yeni status-kvo müəyyənləşir - Rusiya və İranın zəifləməsi bunu labüd edir
-
Ərinin telefonundakı videoları yaydı - Belə cəzalandırıldı
-
Prezident yeni səfirləri qəbul etdi - FOTO/VİDEO
-
“COVID-19 Çin laboratoriyasında yaradılıb“ - ABŞ hesabat yayıb
-
ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi - Səbəbini açıqladı
-
“Bir müddət qazsız, susuz, məktəbsiz qala bilərik, əsas odur ki..“ - Aqil Abbas
-
“Əsəd Rusiya və İranı şantaj edir ki...” – Politoloqdan açıqlama
-
Arvadını intihar həddinə çatdıran kişi - Həbs edildi
-
“Sanki Türkiyə “Qalatasaray”ın əsiridir” - Acun
TOP 10
ARXİV