Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Bu fermerlərə görə əkin subsidiyası veriləcək - Məbləğ

Tarix 04.12.24, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


Aqrar Subsidiya Şurasının qərarına əsasən, yeni təsərrüfat ilində də ölkəmizdə giləmeyvə yetişdiriciliyinə dəstək məqsədilə subsidiyalar veriləcək. 

AzFakt.com-a bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, cari ilin sentyabrın 1-dən 2025-ci il mayın 31-dək respublikanın istənilən bölgəsində salınmış intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 3200 manat birdəfəlik əkin subsidiyası veriləcək. Subsidiya hər hektarda ən azı 4700 tingin əkildiyi, damcı sulama sistemi ilə təchiz olunmuş  intensiv moruq bağlarına şamil ediləcək. 

Qeyd olunan şərtlərə uyğun gəlməyən intensiv moruq bağlarınaa görə isə suvarma sistemindən asılı olaraq iki fərqli subsidiyanın verilməsi nəzərdə tutulub. 

Aqrar Subsidiya Şurasının qərarına əsasən, birdəfəlik əkin subsidiyası üçün müəyyən olunmuş şərtlərə uyğun gəlməyən, lakin müasir suvarma sistemi ilə təchiz olunmuş intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 310 manat, müasir suvarma sistemi ilə təchiz olunmamış intensiv moruq bağları üzrə isə fermerlərə 250 manat subsidiya veriləcək. 

İntensiv giləmeyvə bağlarının salınmasının dəstəkləməkdə məqsəd ixrac potensialı yüksək məhsul istehsalına nail olmaq, fermerlərin gəlirlərini artırmaq, su və torpaq resurslarından daha səmərəli istifadəyə nail olmaqdır.



Xəbərin oxunma sayı : 331




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap