Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Şimali Koreya Rusiyanın texnoloji dəstəyi ilə yeni qitələrarası raket hazırlayıb“ - Xarici KİV

Tarix 14.10.25, 16:41

Font ölçüsü : - / +
bitmap-img6


Şimali Koreya Rusiyadan texnoloji yardım alaraq yeni qitələrarası ballistik raket  hazırlayıb. 

Bu barədə Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi yazır.

Məlumata görə, KXDR-in “ən güclü strateji nüvə silah sistemi” adlandırdığı "Hvasong-20" raketi ötən həftə Koreya Əmək Partiyasının 80 illiyinə həsr olunmuş hərbi paradda nümayiş etdirilib.

Mənbələr qeyd edir ki, "Hvasong-20" üçün istifadə olunan təkərli özünüdaşıyan buraxılış qurğusunun konstruksiyası ötən il ilk dəfə sınaqdan keçirilmiş "Hvasong-19" modelindən fərqlənir. Bu isə iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşməsi fonunda Şimali Koreyanın Rusiya tərəfindən uzun mənzilli raket texnologiyasında dəstək aldığı ehtimallarını gücləndirib.

Cənubi Koreyanın müdafiə naziri An Qu Bak da bir gün əvvəl bəyan edib ki, Şimali Koreya Rusiya tərəfindən sualtı qayıq texnologiyaları sahəsində də yardım alıb. Pxenyan daha əvvəl ballistik raketlər buraxa bilən sualtı qayıqlar hazırlayacağını və sınaqlar apardığını açıqlamışdı. Nazirin sözlərinə görə, KXDR müxtəlif texnologiyaları əldə edir, lakin hələlik ölkənin sualtı qayıqdan ballistik raket buraxılışı həyata keçirdiyini demək üçün sübutlar kifayət deyil.


Bu iddialar, Moskva ilə Pxenyan arasında son aylarda artan hərbi və texnoloji əməkdaşlıq fonunda regionda yeni təhlükəsizlik narahatlıqlarını gündəmə gətirib.



Xəbərin oxunma sayı : 472




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap