Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Pilgrim Education“ dələduzluğunun qurbanları - Dövlətin hüquqi tədbirlərinə ehtiyac var...

Tarix 12.10.25, 14:48

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət bütün hallarda qanun və hüquq pozuntusunun qarşısına keçməli və fəaliyytləri dələduzluğa dayananlarla bağlı hüquqi tədbirlər həyata keçirməlidir...

AzFakt.com xəbər verir ki, Son zamanlar "Xaricdə təhsil", "İmtahansız tələbə adını qazan" kimi şüarlarla paytaxtın hər küncünü bəzəyən reklamlara rast gəlirik və təbii ki, bir çox insanlar bu şirnikləşdirici reklamların qurbanları olurlar. İşin qaranlıq tərəflərindən biri də odur ki, dövlət günün günorta çağında baş verən bu dələduzluğa göz yumur və həmin şəxslərə, göbələk kimi artan şirkətlərə qarşı hüquqi tədbirlər həyata keçirilmir.

Bu təhsil maklerləri azərbaycanlı gənclərdən aldıqları yüksək məbləğdə vəsait hesabına 4 il ərzində onların bütün təhsil problemlərini də "həll etməyi” öz üzərlərinə götürürlər. Bu cür şirkətlər vasitəsi ilə diplom sahibi olmaq istəyənlər isə Azərbaycanda kifayət qədərdir. 

Bir aydır ki, dərs ilinin başlamasına baxmayaraq, hələ də attestatla xaricdə təhsil adı ilə açlan bazarlarda şıdrığı alver gedir və sonradan DİM vasitəsi ilə imtahan verə bilməyənlər övladlarına diplom adı almaq arzusu ilə dələduzların qurbanına çevrilirlər.

Buna gör əd biz üzümüzü həmin vaideynlərə tutub bildirirk ki, diqqətli olsunlar və şirkətlərin şirnikləşdirici vədlərinə aldanmasınlar.

Belə şirkətlərin sahibləri istədikləri kimi fəaliyyət göstərir, istənilən ad altında fırıldaqçılıq edərək vətəndaşları aldatmaq üçün zəmin tapırlar. əsas məsələ isə odur ki, qurbanlarından pul qopara bilsinlər. 

Xüsusilə "xaricdə təhsil” adı altında fəaliyyət göstərən "Pilgrim Education” kimi bir qurum birbaşa vətəndaşların pullarını mənimsəyir. Nəticədə vətəndaşlar dələduzluğiun qurbanı olurkar və hüquqi yolla haqlarını tələb edə bilmirlər, çünki ortada nə müqavilə, nə qeydiyyat, nə də lisenziya var. 

Qeyd edək ki, sosial şəbəkələrdə vətəndaşlar "Pilgrim Education” şirkətinin rəhbəri Aisa Aslanova tərəfindən aldanıldıqlarını və pullarının geri qaytarılmamısdan şikayətlənirlər. Onlar Aisa Aslanovanın kimlərsə tərəfindən himayə olunduğunu, ölkə prezidenti İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan bu qanuna zidd fəaliyyətin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini ,onlara dəymiş maddi ziyanın geri qaytarılması üçün aidiyyatı qurumlara göstəriş verilməsini xahiş edirlər.

Məsələ ondadır ki, pullarını dələduzlara verəndə həmin vətəndaşlar nə ölkə prezidentini, nə də birinci vitse-prezidenti düşünmürdülər. Buna baxmayaraq, dövlət bütün hallarda qanun və hüquq pozuntusunun qarşısına keçməli və fəaliyytləri dələduzluğa dayananlarla bağlı hüquqi tədbirlər həyata keçirməlidir.
 
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 820




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap