Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Tufan Sadıqov büdcədən 30 milyard mənimsəyib? - Yeni detallar

Tarix 12.10.25, 12:06

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan əsilli iş adamı, "Ximki” futbol klubunun sabiq sahibi Tufan Sadıqovun Rusiyanın dövlət büdcəsindən on milyardlarla rubl mənimsədiyi iddia edilir.

Modern.az-ın məlumatına görə, iddialar Rusiya mediası və bir sıra teleqram kanallarında yayılıb.

Bildirilir ki, "Rosavtodor” dövlət şirkəti onun rəhbərlik etdiyi "Xotkovskiy Avtomost” adlı podratçı şirkət vasitəsilə külli miqdarda vəsait "yuyub”.

İddialara əsasən, Sadıqovun şirkəti "Rosavtodor”dan müxtəlif yol infrastrukturu layihələrinin həyata keçirilməsi üçün 26 milyard rubl avans alıb, lakin həmin vəsait təyinatı üzrə xərclənməyib. Bəzi mənbələrdə isə ümumi mənimsənilən məbləğin 30 milyard rubldan çox olduğu bildirilir.

2024-cü ilin sonunda Tufan Sadıqov "kiçik rüşvət alma” ittihamı ilə saxlanılmış, daha sonra 20 milyard rubl girov qarşılığında ev dustaqlığına buraxılmışdı. Yanvar ayında ev dustaqlığı ləğv edilsə də, istintaq hələ də davam edir. Son günlər rus mediası Sadıqovun şirkəti ilə bağlı yeni maliyyə maxinasiyaları barədə yazır.

Bir neçə gün əvvəl "Xotkovskiy Avtomost”un baş direktoru Vladimir Malozemov saxlanılıb. O, Sadıqovun yaxın adamı hesab edilir. 2024-cü ildən onun rəhbərliyi ilə şirkət "Rosavtodor”dan yeni irimiqyaslı kontraktlar alıb. Layihələr arasında Sergiyevo-Posad rayonu, Mordoviya, Başqırdıstan, Yakutiya və Astraxan regionları, eləcə də M8 "Xolmoqori” magistralının rekonstruksiyası və Buryatiyada Uda çayı üzərində körpü tikintisi kimi obyektlər var.

Lakin bu layihələrin çoxu yarımçıq qalıb, yollar və körpülər tikilməyib, müqavilələr isə "tərəflərin razılığı ilə” ləğv edilib. Dəyişən yalnız smetalar olub, yollar yoxa çıxıb.

Diqqətçəkən başqa bir maraqlı məqam odur ki, Sadıqovun şirkətində bir müddət "Rosavtodor” rəhbəri Roman Novikovun oğlu Nikolay Novikov da işləyib. Rusiya mediası bu faktı təsadüf hesab etmir və bunu korrupsiya sxeminin bir hissəsi sayır. İddialara görə, podratçı büdcə pullarını guya materialların alınması üçün subpodratçılara köçürüb, lakin materiallar heç vaxt alınıb gətirilməyib.

Hazırda Tufan Sadıqovun Türkiyədə yaşadığı və burada Serik Belediyyespor klubunun 50 faiz səhmini 4 milyon avroya aldığı bildirilir. Bundan əlavə, onun Türkiyədə bir neçə otelin sahibi olduğu da qeyd edilir.

Tufan Sadıqov 1972-ci ildə Goranboy rayonunda anadan olub. Uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. Onun adı ilk dəfə 2020-ci ildə "Xotkovskiy Avtomost” şirkətinin maliyyə qalmaqalları fonunda mediada hallanmağa başlayıb.

Hazırda Rusiya hüquq-mühafizə orqanları Sadıqov və onun tərəfdaşlarına qarşı genişmiqyaslı istintaq aparır.



Xəbərin oxunma sayı : 418




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap