Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Bakıda hamilə qadını döyən ərin məhkəməsi: “Yeməyə artıq duz atdı, mən də döydüm“

Tarix 12.10.25, 10:18

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda hamilə arvadını döyən ərin məhkəmə prosesi başa çatıb.

AzFakt.com "Teleqraf"a istinadən xəbər verir ki, cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.

Hadisə ötən ilin iyulunda baş verib. Təqsirləndirilən şəxs Anar Qulamov (ad və soyad şərtidir) məhkəmədə ifadəsində bildirib ki, arvadı Nigar Qulamovanı (ad-soyad şərtidir) döyməsinə səbəb qadının yeməyə artıq duz atması olub. Məhkəmədə Nigarı vurduğunu etiraf edən Anar bildirib ki, bu, mütəmadi baş verməyib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Nigar Qulamova ərindən şikayətçi olmadığını, döyülməsinə, bu səbəbdən dölü itirməsinə baxmayaraq, ondan şikayətçi olmadığını, Anarı bağışladığını bildirib.

Məhkəmədə şahid qismində mama-ginekoloq da ifadə verib. O bildirib ki, tibbi göstərişlərə əsasən, Nigarın bətnində olan 18 həftəlik uşaq götürülüb. Uşağın götürülməsinə əsas - qanaxmadan ölməsi olub.

Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.4-cü maddələri ilə ittiham olunan Anar Qulamov 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

1998-ci il təvəllüdlü A.Qulamov daha öncə də məhkumluq həyatı yaşayıb. 2017-ci ildə narkotik satışına görə məsuliyyətə cəlb olunan şəxs beş il sonra azadlığa buraxılıb.

Qeyd edək ki, cütlük ötən ilin yanvarında ailə həyatı qurub.



Xəbərin oxunma sayı : 454




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap