Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Maqnit qasırğası ardıcıl üç gündür Yer kürəsini öz məngənəsində saxlayır - Xəbərdarlıq

Tarix 02.10.25, 17:35

Font ölçüsü : - / +
bitmap-img6


Ardıcıl üç gündür Yer kürəsində maqnit qasırğası davam edir.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının alimləri bildiriblər.

Onların məlumatına görə, sentyabrın 30-da səhər saatlarında başlayan qasırğa arada fasilə olmaqla, 50 saatdan artıq davam edir, orta və güclü səviyyələr (G1-G3) arasında dəyişir.

Qasırğanın cövlan etməsinin səbəbi Günəş küləyinin sürətinin son dərəcə yüksək - saatda təqribən 700-800 kilometr təşkil etməsi, bəzən isə saatda 900 kilometrə çatması ilə bağlıdır ki, bu da normadan 2-3 dəfə artıqdır. Mütəxəssislərə görə, bu rejimə yüksək alışma fəallığı və Yer kürəsinin gecə saatlarında keçdiyi çox böyük koronal çuxurun təsiri şərait yaradır.

Alimlər qeyd ediblər ki, Günəşdə alışmalar hələlik daha güclü X-sinfindən təhlükəsiz olan M-sinfini ötməyib. Proqnozlara görə, Günəşdə güclü tullantılar olmasa, geomaqnit vəziyyətin sabitləşməsinin əlamətləri 1-2 gün ərzində müşahidə edilə bilər.



Xəbərin oxunma sayı : 478




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap