Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Azərbaycana ən çox turist bu ölkələrdən gəlib - SİYAHI

Tarix 01.10.25, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-avqust aylarında Azərbaycana 182 ölkədən 1 milyon 720,5 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

AzFakt.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 25,5 %-i Rusiya, 16,9 %-i Türkiyə, 7,8 %-i İran, 7,3 %-i Hindistan, 4,6 %-i Səudiyyə Ərəbistanı, 4,1 %-i Gürcüstan, 4 %-i Qazaxıstan, 3,4 %-i Pakistan, 2,4 %-i Çin, 2,2 %-i Özbəkistan, 2,1 %-i İsrail, 1,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, hər birindən 1,2 % olmaqla Türkmənistan və Küveyt, 1 %-i Belarus və 13,1 %-i digər ölkələrin vətəndaşları olub, 66,2 %-ini kişilər, 33,8 %-ini qadınlar təşkil edib.
 
1 il əvvələ nisbətən Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,7 dəfə, Yaponiyadan - 1,5 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 48,7 faiz, Qırğızıstandan - 32,9 faiz, Özbəkistandan - 27,8 %, Qazaxıstandan - 19,4 %, Pakistandan - 17,2 %, Kanadadan - 17,1 %, Niderlanddan - 16,5 %, Almaniyadan – 15 %, ABŞ-dan - 14,5 %, İtaliyadan - 12,7 %, Böyük Britaniyadan - 10,6 % artıb.

Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,5 % artaraq 73 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 6,3 % azalaraq 287,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,1 % azalaraq 600,9 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 3,5 % artaraq 758,8 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76 %-i hava, 22,6 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.



Xəbərin oxunma sayı : 631




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap