![]() |
|














“Düşmənin açdığı “Qrad” atəşi nəticəsində kəndimizdə bir ailə məhv oldu” - Fotolar
Tarix 22.08.25, 21:39 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 22-də davam etdirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra zərərçəkənlərin ifadələri dinlənilib.
Zərərçəkmiş şəxs Məhbubə Bəbirxanova bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşüb.
Elmira Həsənova qeyd edib ki, 1993-cü ildə Ağdam rayonundan ailə üzvləri ilə birgə məcburi köçkün düşüb. O, qardaşının 1992-ci il avqustun 28-də Ağdərədə şəhid olduğunu deyib.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıran zərərçəkmiş şəxs Zənurə Abışova ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ilin iyul ayında Ağdamdan məcburi köçkün düşdüyünü vurğulayıb.
Zərərçəkmiş şəxs Səadət Həşimova ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşdüyünü söyləyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabda işğal zamanı düşmənin mülki əhaliyə atəş açıldığını diqqətə çatdırıb.
Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran zərərçəkmiş Arzu Bədəlova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndindən məcburi köçkün düşdüyünü deyib.
Ağdamın Qiyaslı kəndindən olan zərərçəkmiş şəxs Bəsirə Soltanova ifadəsində Ermənistan silahlı qüvvələrinin 1993-cü il iyulunda kəndə hücum etdiklərini və ailəsi ilə birgə məcburi köçkün düşdüklərini bildirib: “Düşmənin açdığı “Qrad” atəşi nəticəsində kəndimizdə bir ailə məhv oldu. Bizə çox zülm etdilər”.
1988-ci ildə Ağdamın Kəngərli kəndinə gəlin köçdüyünü söyləyən zərərçəkmiş şəxs Ceyran Muxtarova ifadəsində bildirib ki, həyat yoldaşının işi ilə əlaqədar Bakıda yaşasalar da, tez-tez kənddə qohumlarımına baş çəkiblər. “1992-ci ildən sonra Ağdam rayonuna hücumlar intensivləşmişdi. İşğal zamanı qohumlarımdan şəhid və yaralılar oldu”, - deyə o əlavə edib.
Zərərçəkmiş şəxs Muxtar Həşimov ifadəsində 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçın rayonunun Cicimli kəndindən məcburi köçkün düşdüyünü bildirib: “Hələ 1989-cu ildə kəndimizdə çoban Mehdi Məhəmmədovu heyvan otardığı zaman qətlə yetirmişdilər. 1992-ci ildə isə kəndimizi ən müasir silahlardan atəşə tuturdular, aramsız mərmi yağdırırdılar. Həmin vaxt mən və körpə qızım ayağımızdan yaralanmışıq”.
Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında o “Qəbiristanlıqda qəbirlərimizin başdaşları dağıdılıb, ata-babalarımızın qızıl dişləri qarət olunub. Tarixi-dini abidələrimiz talanıb” deyib.
Laçın rayonundan olan zərərçəkmiş şəxs Fikrət Firidov ifadəsində qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1992-ci ilin mayında rayonu məcburi tərk etməli olublar. O, həmyerlisi Əhliman Həziyevin düşmən tərəfindən öldürüldüyünü, sonradan onun meyitini ayağı kəsilmiş, gözü çıxarılmış, sinəsinə xaç çəkilmiş halda aldıqlarını söyləyib.
Zərərçəkmiş şəxs Adil Ələskərov ifadəsində xatırladıb ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ilin avqust ayında Füzuli şəhərindən məcburi köçkün düşüb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabda əmisi oğlu Kərəm Ələskərovun Ağdərədə itkin düşdüyünü deyib. Diqqətə çatdırıb ki, Füzuli şəhəri işğaldan azad olunduqdan sonra oranı ziyarət edərkən, evlərinin viran qoyulduğunu, qəbiristanlığın dağıdıldığını görüb.
Qubadlı rayonundan olan zərərçəkmiş şəxs Mehman Məmmədov ifadəsində qeyd edib ki, 1993-cü il avqust ayının sonlarında Ermənistan silahlı qüvvələrinin hücumları daha da intensivləşmişdi. Bu səbəbdən rayonu tərk etmək məcburiyyətində qalıb.
Zərərçəkmiş şəxs Vahid Musayev ifadəsində söyləyib ki, o, Laçın rayonunun Cicimli kəndindəndir. Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində kəndlərində həyatını itirən və yaralananlar olub. 1992-ci il mayın 18-də rayondan məcburi köçkün düşüb. V.Musayev bildirib ki, əmisi oğlu Mehdi Məmmədov qoyun otararkən erməni hərbçilər tərəfindən başından vurularaq qətlə yetirilib. “Torpaqlarımız işğaldan azad olunandan sonra gedib evimizi, qəbiristanlığımızı ziyarət etdim. Hamısı dağıdılmış, viran qoyulmuşdu”, - deyə o əlavə edib.
Zərərçəkmiş şəxs Allahverdi Allahverdiyev ifadəsində 1993-cü ildə Zəngilanın Şəfibəyli kəndindən məcburi köçkün düşdüyünü söyləyib.
Ağdamın Qiyaslı nümayəndəliyinin Ətyeməzli kəndindən olan zərərçəkmiş şəxs Sərxan Abbasov ifadəsində deyib ki, o, 1992-ci ilin fevralında Xocalı faciəsi zamanı şəhərdən 28 meyit çıxarıb. “Həmin faciədən sonra Ağdam rayonu daha intensiv atəşə tutulmağa başladı və 1993-cü ildə rayondan çıxmağa məcbur olduq”, - deyə o diqqətə çatdırıb.
Laçın rayonunun Cicimli kəndindən olduğunu diqqətə çatdıran zərərçəkmiş şəxs Sədrəddin Məmmədov qeyd edib: “Bizim kənd Gorusun kəndləri ilə həmsərhəd idi. 1988-ci ildən başlayaraq rayonumuz Gorusun kəndlərindən atəşə tutulurdu. Sonrakı illərdə atəş intensivləşmişdi. Kəndimiz dərədə yerləşirdi. Açılan atəşlər nəticəsində kəndimizdə körpə uşaq və bir müəllim yaralanmış, şəhidlərimiz də olmuşdu. 1992-ci ilin mayında rayondan məcburi köçkün düşmüşük”. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zaman zərərçəkmiş şəxs Cicimli işğaldan azad olunandan sonra oraya qayıtdıqda görüb ki, evləri dağıdılıb, əmlaklarına zərər vurulub. Həmçinin bildirib ki, kəndlərində olan tarixi-dini məkanlar da vandalizm aktına məruz qalıb. Belə ki, Məlik Əjdər türbəsinin üst hissəsi, kənd məscidi və qəbiristanlıq, baş daşları dağıdılıb.
Qubadlının Dəmirçilər kəndindən olan zərərçəkmiş şəxs Ramiz Təhməzov ifadəsində qeyd edib ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin aramsız hücumları nəticəsində rayondan məcburi köçkün düşüb. “Kənddən çıxanda bizim maşınları atəşə tutdular. Xoşbəxtlikdən xəsarət almadan xilas olduq. 5-6 altı otaqlı evimiz, mal-qaramız, maşınımız rayonda qaldı”.
Zərərçəkmiş şəxs Rəhim Cabbarov vurğulayıb ki, o, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Qubadlının Aşağı Mollu kəndindən məcburi köçkün düşüb, qardaşı şəhid olub, özü isə bir gün girovluqda qalıb. “İşğaldan azad olunandan sonra kəndimizə, qəbiristanlığa getmişdim. Gördüm ki, qəbiristanlıqda qəbirləri mərmi ilə partladıblar”, - deyə o əlavə edib.
Zərərçəkmişlər Fizuli Paşayev və Firad Həsənov ifadələrində 1993-cü ilin oktyabrında Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonundan məcburi köçkün düşdüklərini diqqətə çatdırıblar.
Zərərçəkmiş şəxs Eldar Rüstəmov 1992-ci il mayın 7-8-də Şuşaya irimiqyaslı hücum olduğunu, düşmən tərəfindən atəşə tutulduqlarını söyləyib. Bildirib ki, o, başından və belindən yaralanıb.
1993-cü ilin avqustunda Qubadlıdan məcburi köçkün düşdüyünü söyləyən zərərçəkmiş şəxs Elçin İsgəndərov qohumları Eldəniz, İlham, Şirin, Vidadi, Savalan və digərlərinin şəhid olduqlarını deyib.
Zərərçəkmiş şəxs Bəxtiyar Məmmədov ifadəsində qeyd edib ki, 1993-cü ildə Füzuli rayonunda Kürdmahmudludan Alxanlıya gedən istiqamətdə yaralanıb.
1993-cü ilin iyulunda Ağdam rayonunun Yusifcanlı kəndindən məcburi köçkün düşən zərərçəkmiş şəxs Fizuli Nəcəfi ailəsinin dörd şəhid verdiyini söyləyib.
Zərərçəkmiş şəxslər Ülfət Rəcəbov, Pərviz Həsənov, Rasim Hüseynov, Mehman Rzayev, Əlixamin Əsədov ifadələrində 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçın rayonunun artilleriyadan, digər silah-sursatlardan atəşə tutulduğunu, kəndlərin yandırıldığını və nəticədə məcburi köçkün düşdüklərini vurğulayıblar.
Qətibə Həziyeva, Xaliq Məmmədov və Elxan İmanov Füzuli rayonundan, Pərvanə Xəlilova və Nadir Səfərov isə Ağdam rayonundan məcburi köçkün düşdüklərini deyiblər. Bildiriblər ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra yurd yerlərini ziyarət edərkən evlərinin tamamilə dağıdıldığını, yaşayış yerlərinin viran qoyulduğunu görüblər.
Xəyal Məmmədhəsənov, Həbibə Abbasova, Surxay Hüseynov, Əli Nəcəfov və Hafiz Ağakişiyev ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkdiklərini bildiriblər.
Zərərçəkmiş şəxs Səxavət Namazov ifadəsində qeyd edib ki, 1993-cü ildə Füzulinin Gorazıllı kəndindən məcburi köçkün düşüb. “Torpaqlarımız işğaldan azad olunandan sonra ora qayıdanda yaxınlarımızın qəbirlərinin dağıdıldığını gördük. Kəndimizdə evlərin daşı-daş üstə qalmayıb”, - deyə o əlavə edib.
Füzuli rayonunun Cuvarlı kəndindən olan zərərçəkmiş şəxs Əjdər Quliyev ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində oğlu və əmisi oğlu da olmaqla, kəndin 12 sakininin həyatını itirdiyini bildirərək deyib: “Onların ikisi qadın idi. Ermənilər evlərimizi yandırıb, qəbirlərimizi dağıdıblar. 1992-ci ildə Muğam Əliyevi, Novruz Quliyevi girov götürmüşdülər. Ötən illərdə onların meyitlərinin Edilli kəndində basdırıldığı bildirildi və qalıqlarının aşkar olunduğu açıqlandı. Onların nəşlərini oradan çıxararaq dəfn etdik”.
Zərərçəkmiş şəxs Novruz Novruzov ifadəsində söyləyib ki, 1992-ci ildə Ağdamda qəbiristanlıqda yaxınlarının qəbirlərini ziyarət edəndə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən odlu silahlardan atəş açılıb. O, Xocalı hadisələri zamanı Ağdam məscidinin qarşısına çox sayda meyitin gətirildiyini gördüyünü də vurğulayıb.
Zərərçəkmiş şəxs Səkinə Xəlilova ifadəsində Xocalı soyqırımının şahidi olduğunu vurğulayaraq qeyd edib: “Bizi şəhərin kənarında girov götürərək tövlə kimi yerdə saxladılar, vəhşicəsinə döydülər. On beş yaşlı qızıma başından xəsarət yetirdilər, indiyədək müalicə olunur. Həmin yerdə qadınlarımıza ağlagəlməz işgəncələr verirdilər. Səlim adında bir nəfərin belini, qolunu qırmışdılar”.
O deyib ki, böyük oğlu Cəbrayılda Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində 2-ci qrup əlildir, digər oğlu Xocalı faciəsində 22 yaşında qətlə yetirilib.
Zərərçəkmiş şəxs Anar Səfərov ifadəsində bildirib ki, 1989-cu ildə ermənilər Əsgəran istiqamətində mitinqlər təşkil edirdilər. İki sinif yoldaşı erməni polislər tərəfindən açılan atəş nəticəsində qətlə yetirilib. “Sonra 1993-cü ildə Ağdamın Papravənd kəndi işğal olundu. Şəhidlərin nəşləri dəfn edilmişdi. Onların yaxınları Şahbulaq yaxınlığında yas mərasimi keçirərkən düşmən həmin mərasimi raketlə atəşə tutmuşdu. Yas mərasimi keçirilən Talehin atası və əmisi orada həlak oldular”, - deyə o əlavə edib.
Zərərçəkmişlər məhkəmə iclasında, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını da cavablandırıblar.
Məhkəmə prosesi avqustun 25-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.





























Xəbərin oxunma sayı : 271
Hadisə
Xəbərlər
-
Diana Əhədpurun başqa kişi ilə videosu yayıldı - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Tələbə Fərid niyə qətl törətdi? - Atası cinayəti öz üzərinə götürmək istəyib
-
Bakının bu hissəsində tıxaca səbəb olan qazıntı işləri nə vaxt bitəcək? - VİDEO
-
“Hər şeyimizə həbs qoyublar“ - Şərurlu İsfəndiyar kimə minnət qoyur?
-
“Putin-Zelenski görüşünün nəticəsi olmaya bilər” - Tramp
-
İş masasına həbs qoyulan baş həkim vəzifəsindən gedib - Borc 200 mini ötüb
-
“Zəngəzur dəhlizi marşrutu üzrə dəmir yolu regional ticarəti artıracaq“ - Ərdoğan
-
“Düşmənin açdığı “Qrad” atəşi nəticəsində kəndimizdə bir ailə məhv oldu” - Fotolar
-
İçinə başqa zərərli maddələr qatılan narkotik satacaqdılar... - Həbs edildilər
-
SOCAR Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb - Kontrakt imzalanıb
-
Ayxan erməni rəqibinə qalib gəlib - Çempion oldu
-
“Ukraynada sülh həmişəkindən daha yaxındır“ - Lukaşenko
-
Sosial şəbəkələrdə “Temu” adı ilə saxtakarlıq edilir - Rəsmi xəbərdarlıq
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
-
Yeni əməkdaşlıq formatı ilə bağlı - Liderlər göstəriş verdi
-
Bir ayda icra hakimiyyətindən 2,5 milyonluq sifariş aldı - “Ana-Yol” MMC kimindir?
-
“Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən edib“ - Overçuk
-
Lənkəranda qadının üstünə beton plitə düşüb - Video
-
“Möcüzə” market səkiləri zəbt edə-edə böyüyür - VİDEO
-
“Biz birbaşa üçtərəfli formatda görüşə hazırıq“ - Zelenski
-
Kərbəlaya gedənləri aldadıb yarıyolda qoyan şəxs tutuldu - 3 ay həbs
-
İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Astarada 47 yaşlı qadın öldürüldü - Oğlu axtarılır
-
Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - FOTO
-
Füzulidə məscid tikiləcək - Türkmənistanın hədiyyəsidir
-
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
-
“Ayna Su” MMC suyu bu şəraitdə istehsal edirmiş - Fotolar
-
Şərqi Zəngəzura MDB-nin ən böyük tuneliylə gedəcəyik - VİDEO
-
Qəzzada kütləvi aclıq hökm sürür - BMT həyəcan təbili çalır
-
Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə sənədlər imzalandı - FOTO
-
Boya zavodundakı yanğın söndürüldü - FOTO/VİDEO
-
Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
-
Azərbaycanlılar daha az ət yeməyə başlayıblar - İqtisadçı səbəbi açıqladı
-
İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - SƏBƏB
-
Zəngəzur dəhlizi ilə bağlı önəmli addım - FOTO
-
Türkmənbaşıda yüksəksəviyyəli görüş keçirilir - Fotolar
-
Bu küçədə maşınların hərəkəti qadağan olunur - Fotolar
-
Yeni rəis gəldi, xidmət rəisinin müavini yola salındı - Dəyişiklik
-
ADY-nin Müşahidə Şurasının tərkibi dəyişdi - Yeni təyinatlar
-
Kim Çen In Rusiyada döyüşənləri təltif etdi - Fotolar
-
Boya istehsalı zavodunda yanğın davam edir - VİDEO
-
Xəstənin lüt görüntülərini yayan “cərrah“ danışdı - VİDEO
-
Federasiya rəhbərinin idmançı oğlu faciəvi şəkildə öldü - Foto
-
Nazirdən yeni tədris ili ilə bağlı - Əmr
-
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
-
Kəlbəcərdə də kanat yolu olacaq - VİDEO
-
Putin Mehriban Əliyevaya təbrik məktubu göndərib - MƏTN
-
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu - TƏFƏRRÜAT
-
Kirayə mənzillər ən çox hansı ərazilərdə bahalaşıb? - QİYMƏTLƏR
-
ABŞ-nin “ExxonMobil” şirkəti Rusiya bazarına qayıdır? - Putin fərman imzaladı
-
İlk altı ayda professor adı alan şəxslərin sayı açıqlandı - FOTO
-
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video
-
Polis meşədə əməliyyat keçirdi - Həbs olunan var
-
Əliyev və Berdiməhəmmədov təkbətək görüşdü - FOTO
-
“Zəngəzur dəhlizi ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq“ - Türkiyəli nazir
-
Prezident İlham Əliyev Türkmənistana getdi - Fotolar
-
Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Model Nəsrin Cavadzadədən bikinili paylaşım - FOTOLAR
-
Ağcabədidə maye qazdoldurma məntəqəsində yanğın oldu, xəsarət alanlar var - Video
-
Prezident və xanımı onların qonağı oldu - FOTOLAR
-
4 ilə 9 stansiya necə tikiləcək? - Bakı metrosunun iddialı genişlənmə planları
-
“Görüntülərdə atamın başının dərisinin soyulduğu görünür” - Fotolar
-
Prezident xüsusi təyinatlı texnikanı idarə etdi, xanımı çəkdi - VİDEO
-
Sabah üç rayonun bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Atası Hökumənin o cümləsini xatırlatdı - “Hər şey yaxşı olacaq”+Video
-
Pakistanın baş naziri ölkədəki daşqınlar barədə: “Bu, bir növ qiyamət günüdür“
-
Kəlbəcərdə 3 yeni Su Elektrik Stansiyasının açılışı olub - Fotolar
-
Sürət həddi endirildi - Sürücülərin nəzərinə
-
Azərbaycanın hansı rayonunda nə qədər kartof yığılıb? - Tam siyahı
-
Prezidentlə xanımı Murovdağ tunelində - FOTOLAR
-
Bu rayonun yolları yenə təmir olunacaq: Bu dəfə 585 min ayrıldı
-
Sabiq xidmət rəisi 6 milyon manatdan çox mənimsəmədə ittiham olunur - Məhkəmə
-
“Hər gün bal yeyirəm, qonaqlara göndərirəm” - İlham Əliyev
-
25 il yaşadığı qadının başına pult çırpıb Türkiyəyə getdi - Qayıdanda həbs edildi
-
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür - 314 min manata
-
Ağdərədəki yanğın zamanı mina partladı - Xəsarət alan var
-
Qadın QHT sədri məsuliyyətə cəlb edildi - Nədə ittiham olunur? + FOTO
-
İnternetlə bağlı problemin səbəbi kiberhücum olub - Rəsmi
-
Podolyakdan sensasion etiraf: “Ukrayna müharibəni dondura bilər”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir ETX-nin rəisini işdən çıxardı - Yerinə Zeynalovu təyin etdi + FOTOLAR
-
“Həyat yoldaşımın başını kəsdilər“ - Ermənilərin girov götürdüyü azərbaycanlı
-
Rəqsanə İsmayılovanın şikayəti təmin olunmadı - Azı 4 ay həbsdəq alacaq
-
29 min nəfər ali məktəbdən kənarda qalacaq - Ən dramatik qrup açıqlandı
-
Ərdoğan və Makron arasında telefon danışığı olub - Nə müzakirə edilib?
-
Azərbaycanda internet problemi: Nə baş verir?
-
Universitetlərə yerləşdirmənin nəticələri nə vaxt elan olunacaq? - DİM
-
Bu yolda 6 aydır təmir gedir: “Keçilməz sədd“ə çevirilib (VİDEO)
-
Türkiyədən İsrailə qadağa - Gəmilərin giriş-çıxışına icazə verilməyəcək
-
Hökməli qəsəbəsində sənədsiz evləri tikən Xamis adlı şəxs kimdir? - FOTO/VİDEO
-
“Mənfur Minsk qrupu artıq son günlərini yaşayır“ - Prezident
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
“Ermənistan-ABŞ birgə şirkəti yola nəzarət etməyəcək, onu idarə edəcək“ - Paşinyan
-
“Azərsun Holdinq“in mağazalar şəbəkəsində yoxlama və... - Nə qədər borc var?
-
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
-
Ermənistana niyə pulsuz silah verilirdi? - Prezident səbəbini açıqladı
-
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - Sərəncam
-
“Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək“ - Prezident
-
Avropa Ukraynanın təhlükəsizliyində aparıcı rol oynamalıdır - Vens
-
Nazirlik cimərliyə gedənlərə xəbərdarlıq etdi - TƏHLÜKƏLİDİR
-
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat (FOTO)
-
Tikinti materiallarının ölçüsündə vətəndaşları aldadanları nə gözləyir? - Açıqlama
-
Narkotik qəbul edib qəza törətdi - Həbs olundu
-
Güclü külək, leysan yağış olacaq - XƏBƏRDARLIQ
-
Satdığı dönərdən 20 nəfər zəhərləndi - Həmin kafe bağlandı
-
Prezident Kəlbəcər şəhərində - Yaşayış komplekslərinin təməlləri qoyuldu
-
Azərbaycanda hansı sahələrdə nə qədər maaş verilir? - Tam siyahı
-
Sumqayıtda silahlı insident: Saxlanılan var
-
Viləşçay su anbarında batan var - Axtarışlar gedir
-
Azərbaycanın ət idxalını azaltması qiymətlərə təsir edəcək? - VİDEO
-
Müğənni Aygün Bayramova Kənan Mahmudovdan ayrılıb? - İDDİA
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Novxanıda dənizin satılması ilə bağlı elan paylaşıldı - Rəsmi açıqlama
-
“NATO Ukrayna üçün təhlükəsizlik planlarının hazırlanmasında iştirak etməyəcək“ - KİV
-
Azərbaycana iki milyondan çox Rusiya vətəndaşı gəlib - Dövlət Komitəsi
-
Hövsanda 31 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var
-
“İsrailin Qəzzadakı əməliyyatı fəlakətlə nəticələnəcək“ - Makron
-
Növbəti iki gündə külək güclənəcək - XƏBƏRDARLIQ
TOP 10
ARXİV