“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Liftin şaxtasından mənzilə girdi - 13 823 manatlıq oğurluq etdi

Tarix 20.08.25, 18:17

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonunda yerləşən "Qurtuluş 93" yaşayış kompleksində oğurluq hadisəsi olub. 

Qaynarinfo-nun məlumatına görə, kompleksdəki mənzillərin birindən 7080 manat, 900 ABŞ dolları, şəxsiyyət vəsiqələri, 150 manat dəyərində olan "IPphone-6" markalı mobil telefon, 150 manat dəyərində olan "Samsung" markalı mobil telefon, 400 manat dəyərində olan 585 əyarlı 6 qramlıq Rusiya qızıl boyunbağı, 700 manat dəyərində olan 750 əyarlı 8 qramlıq İtaliya istehsalı olan qadın qızıl qolbaq, 750 manat dəyərində olan 750 əyarlı təxminən 10 qramlıq İtaliya istehsalı olan bir cüt qızıl sırğa, 300 manat dəyərində olan bijuteriyalar oğurlanıb. 

Ümumilikdə ev sahibinə 13 823 manat məbləğində xeyli miqdarda ziyan vurulub. 

Mənzil sahibinin hüquq-mühafizə orqanlarına müraciətindən sonra hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanıb. 

O, ifadəsində bildirib ki, binalardan birinin blokuna daxil olaraq, liftlə sonuncu mərtəbəyə, oradan da liftin şaxtasına çıxıb. Ətrafa baxdıqda binanın yuxarı mərtəbəsindəki mənzillərdən birinin pəncərəsindən evdə  heç kimin olmadığına görüb. Bundan sonra o, mənzilin plastik materialdan olan pəncərəsini əli ilə sıxıb açaraq içəri daxil olub. 

Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs blanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 il 9 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.



Xəbərin oxunma sayı : 712




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap