“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi“ - Artur Abramyan

Tarix 14.04.25, 16:39

Font ölçüsü : - / +
bitmap-img6


Murad Petrosyanın qrupunda “Əfqan” ləqəbli Artur, həmçinin Sasun, Aşot, Samvel və Karo adlı erməni şəxslər də olub.

APA xəbər verir ki, bu sözlər bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində iş üzrə şahid qismində dindirilmiş Artur Abramyanın ifadəsində yer alıb.

O, Samveldən eşidib ki, Şuşa şəhərinə raketi Topxana meşəsindən sonuncunun özü, Aşot, Karo, Sasun və Artur atıblar. Onların məqsədi Şuşa şəhər əhalisini məhv etmək olub. Azərbaycan ərazilərində olan erməni silahlı birləşmələrinə maddi yardım Yerevan şəhərindən edilib, pul vəsaitlərini Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan öz adamları vasitəsilə helikopterlə Azərbaycanın suveren ərazilərinə göndərib. Pulları Xankəndidə Robert Köçəryan qəbul edərək paylayıb. Robert Köçəryan onun yanında Murad Petrosyana dəfələrlə pul verib. M.Petrosyan isə həmin vəsaitləri Azərbaycan torpaqlarında fəaliyyət göstərən erməni silahlı birləşmələrinin üzvlərinə paylayıb. 1989-cu il oktyabrın əvvəllərində M.Petrosyan özünə məxsus qrupun üzvləri olan Akop, Abo, Slavik, Aşot və Qaqo ilə görüşüb, Şuşa şəhərini blokadaya salmaq üçün onların yol üzərindəki körpünü partlatmalı olduqlarını deyib.

1991-ci il iyunun 28-də və 29-da şahid qismində videoçəkilişlə keçirilmiş əlavə dindirmə zamanı Artur Abramyan ilkin ifadəsi ilə oxşar məzmunlu ifadə verib. O, ifadəsində bir daha münaqişə zamanı Azərbaycan ərazilərində qanunsuz silahlı birləşmələrə maddi yardımın Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan tərəfindən edildiyini, pul vəsaitlərini Xankəndidə Robert Köçəryanın qəbul etdiyini bildirib.



Xəbərin oxunma sayı : 514




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap