“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni binası neçəyə başa gələcək? - MƏBLƏĞ

Tarix 11.04.25, 15:22

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksinin tikintisinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyi tikinti işləri ilə bağlı bir neçə dəfə tender elan edib.

Belə ki, nazirlik tikinti ilə bağlı ilk satınalma müsabiqəsini 2023-cü ildə elan edib. Tenderin nəticələri 2024-cü ilin dekabrın 29-da dövlət satınalmalarının vahid internet portalında dərc olunub.

Məlumata görə, nazirlik tikinti işlərini "TVM İnşaat” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksinin tikintisi 25 781 428 manata başa gələcək.

"Qafqazinfo”nun bu gün yaydığı məlumata əsasən isə artıq binanın tikintisinə başlanılıb və layihəyə əsasən, bina 2027-ci ilin birinci yarısında tam hazır olaraq istifadəyə verilməlidir.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksinin yeni inzibati binası Sabunçu rayonunun Zabrat qəsəbəsində, 1 saylı Bakı İstintaq Təcridxanasının ("Kürdəxanı” təcridxanası) yaxınlığında istifadəyə veriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırkı inzibati binası paytaxtın Səməd Vurğun küçəsi 30 ünvanında yerləşir.



Xəbərin oxunma sayı : 853




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap