“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Kartof niyə sürətlə bahalaşır? - Sabiq deputat “monopoliya var“ deyir

Tarix 29.03.25, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər bazar və marketlərdə kartofun qiyməti durmadan artmaqdadır.

AzFakt.com-un məlumatına görə, 10 gün bundan əvvəl bir kilosu 80-90 qəpiyə satılan kartof indi alıcılara 1,40- 1,50 manata təklif olunur. Satıcılar qarşıdakı həftədə də kartofun qiymətində artım müşahidə ediləcəyini bildirirlər.

Bəs bunun səbəbi nədir?

Sabiq deputat, iqtisadçı Əli Əlirzayev qaynarinfo-ya açıqlamasında kartofun qiymət artımını idxalla əlaqəli olduğunu vurğulayıb:

“Bu gün ölkədə satılan kartof əsasən xaricdən idxal olunur. Qiymətin qalxmasının birinci səbəbi də bununla bağlıdır. Azərbaycana xaricdən gətirilən bütün məhsulların qiyməti artır və artmaqda davam edəcək. Xaricdən gətirilən
 
məhsullar monopoliyadadır, gətirirlər və istədikləri qiyməti təyin edirlər. Qiymətin qalxması təbii prosesdir, dünyada gedən proseslər qiymətlərə təsir edir”.

Ekspert bunun qarşısını almaq üçün tədbirlər planının az olduğunu bildirib:

“Qiymətin enməsi birbaşa kartof istehsalının artmasından asılıdır. Məhsul çox olmalı, bazara təzə kartof çıxmalıdır. Bundan əlavə, bazarın tənzimləmə siyasəti olmalıdır. Bu da son zamanlar bazarlarda yoxdur. Bazar iqtisadiyyatı o demək deyil ki, kim necə istəyir elə də satsın. İstehsalçı  məhsulunu satır, amma bazara ondan 2 dəfə baha gəlib çıxır. Bazarlarda inhisarçılıq mövcuddur. Bəzən də bunu nəqliyyat xərcləri ilə bağlayırlar”.

Əli Əlirzayev Azərbaycanda kartofun saxlanması şəratinin çətin olduğunu bildirib: “Karof anbarlarda saxlanılmalıdır. Bu gün demək olar ki, belə anbarlar yox dərəcəsindədir”.



Xəbərin oxunma sayı : 772




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap