Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Dünyəvi problemlər ancaq bəşəri münasibətlərlə həll edilə bilər

Tarix 13.11.24, 7:28

Font ölçüsü : - / +
bitmap-img6


Dövlətlərarası münasibətlərin yaxşılaşmasında, inkişaf etdirilməsində digər beynəlxalq tədbirlər kimi Zirvə görüşlərinin də böyük əhəmiyyəti olur. Belə görüşlərdə müzakirə olunan məsə¬lə¬lər daha qlobal, daha həssas, daha dünyəvi problemləri əhatələyən vacib məsələlər kimi diqqəti çəkir. Noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə müzakirə edilənlər də bu baxımdan dünyəvi mahiyyətli məsələlər oldu.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı müxtəlif çalarları ilə iştirakçıların marağına səbəb oldu.
Naxçıvan Sazişinin Türk Dövlətləri Təşkilatının əsasını qoyduğunu xatırladan dövlət başçımız çıxışında qeyd etdi ki, Naxçıvan sazişinin 15-ci ildönümüdür, təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsində vəsilə oldu. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəkdir.
Təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın böyük əhəmiyyət daşıdığını bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdarlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanları¬mız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidi”.

Ötən ilin sentyabr ayında Azərbaycanın öz suverenliyini tam bərpa etdyini, işğaldan azad olu¬nan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələrinin həyata keçirildiyini, həmin ərazilərə Böyük Qayıdışın başladığını da xatırladan dövlət başçımız Azərbaycanda dün¬yə¬vi bir tədbirin – COP29 tədbirinin keçiriləcəyini diqqətə çatdıraraq dedi: “Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekab¬rın¬da 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı mahiyyəti baxımından dünyəvi problemlərin ancaq bəşəri münasibətlərlə həll edilməsinin mümkünlüyünün siyasi tezisləri kimi dinlənildi.

İntiqam Abdullayev




Xəbərin oxunma sayı : 700




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap