Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI

Tarix 20.11.24, 21:23

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan əhalisinin qida istehlakında əhəmiyyətli yer tutan kərə yağı son aylarda qiymət artımına başlayıb. Keçən ilin 1 noyabr tarixinə idxal olunan kərə yağlarının bir kiloqramı 19.69 manat olduğu halda cari ildə bu rəqəm 21.54 manata yüksəlib.

Banker.az xəbər verir ki, rəsmi statistik rəqəmlər bu qidanın keçən illə müqayisədə bu il 9 faiz bahalaşdığını deməyə əsas verir.

Azərbaycanda istifadə edilən kərə yağının mühüm hissəsi xaricdən idxal olunur. Məsələn, cari ilin ilk 9 ayında Azərbaycanda 22 345 ton kərə yağı istehsal olunub. Bunun 9 106 tonu ixrac edilib, ölkəyə isə 20 226 ton idxal olunub.

Beləliklə, kərə yağının istehsal həcmi illik müqayisədə 10 faiz üzərində artıb. O zaman kərə yağının istehsal həcmi artırsa, niyə onun həm xaricdən gətirilən, həm də yerli istehsal bahalaşıb? Rəsmi rəqəmlərə görə, kərə yağının daxildə istehsal edilənin qiyməti son bir ildə bir kq üçün 18.75 manatdan 20 manata yüksəlib.

Hələ hökumət kərə yağının idxalı üzrə bir neçə ildir gömrük rüsumlarında azad edib ki, satışın üstünə əlavə xərc yığılmaqla bahalaşmasın.

Təbii ki, qiymətləri tətikləyən xaricdən idxal edilmiş kərə yağının bu il öncəki ildən daha baha olmasıdır. İrandan başqa bütün ölkələrdən idxal edilən kərə yağı bahalaşıb. Bununla belə, İran hazırda ölkədə ən iri tədarükçüdür və onun məhsullarının öncəki ildən daha ucuz olması ölkənin idxalındakı orta qiyməti bir ton üzrə 5 573 dollardan 5 474 dollara endirib. Çünki, İran idxalı ümumi idxalın 63%-ni təşkil edir və onun məhsulları orta qiymətə görə daha ucuzdur. Belə ki, İrandan idxal edilən bu yağın orta qiyməti son bir ildə 468 dollar və ya 11% bahalaşıb.

Azərbaycan şirkətləri Yeni Zelandiyadan aldğı qida yağı keçən il bir ton üzrə 6 162 dollara başa gəlirdisə, cari ildə qiymətlər 378 dollar və ya 6% bahalaşaraq 6 539 dollara qalxıb.

Bu dolayısı ilə əhalinin əlavə xərc çəkməsinə gətirib çıxarır. Məsələn, cari ilin ilk 9 ayı ərzində əhali kərə yağına 171.19 mln. manatlıq xərc çəkib, bu keçən ilin eyni dövründə 128.55 manat idi.

Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb




Xəbərin oxunma sayı : 295




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap