Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Buğda idxalı azalmaqda davam edir: un neçəyədir?

Tarix 21.10.24, 16:23

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda unun topdansatış qiyməti məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, sentyabrın 5-dən etibarən unun qiyməti dəyişməz olaraq qalıb.

Avqust ayı yekunlaşandan sonra unun qiymətində 0,8 manatadək azalmalar müşahidə olunmağa başlayıb. Hazırda ölkədə 50 kq-lıq ən ucuz un növü ("Dəvəçi-Taxıl") 25,3 manata, ən bahalı un növü ("Azeri-Arapoğlu U.S.və T.LTD") isə 27,5 manata satılır.

Bununla paralel olaraq, Azərbaycana son aylar buğda idxalı azalmağa doğru davam edir. Bu isə ölkənin buğda idxalına çəkdiyi xərclərin azalması deməkdir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında Azərbaycana buğda idxalı 2 dəfə, yanvar-may aylarında 27 %, yanvar-iyul aylarında 20,3 %, yanvar-avqust aylarında 13%, yanvar-sentyabr aylarında isə 4,2 % azalıb.

Cari ilin sentyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 363,58 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-avqust aylarında buğda idxalı isə 13,2 faiz azalıb.

Məlumat üçün onu da bildirək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2027-ci il yanvarın 1-nə qədər ƏDV-dən azad edilib. Azərbaycanın, təxminən 2,8 milyon ton buğda tələbatının 1,1 milyon tonu idxal hesabına qarşılanır. Ölkəmizin əsas buğda tədarükçüsü isə Rusiya Federasiyasıdır. 

Ölkəmizdə istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

25,5 manata - "Dəvəçi-Dəyirman" MMC.

26,2 manata - "ATS MİLL" MMC.

26 manata - "Anadoluqida" MMC və "Sünbül 2012" MMC.

26,05 manata - "AVETA" MMC və "KARAT HOLDİNQ" MMC.

25,95 manata - "Bakı Taxıl Terminalı" MMC, "Dəniz un sənayesi LTD" MMC, "Hazartürk LTD" MMC, "KARAT HOLDİNQ" MMC (digər satış məntəqəsi), "Karmen" MMC, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "Orxan UN" MMC, "PAK-NUR" FİRMASI, "Səma" fərdi firması, "Taxıl AQRO" MMC, "Xırman" MMC, SKY AGRO MMC.

26,25 manata - "Gəncə Dəyirman" MMC.

26,7 manata - "NEON" Firması.

26,5 manata - Nural" MMC və "Avrora" MMC.



Xəbərin oxunma sayı : 1180




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap