Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Azərbaycan və Pakistanın üzləşdiyi siyasi problemlər bir-birinə bənzəyir - ŞƏRH

Tarix 13.07.24, 22:38

Font ölçüsü : - / +
bitmap-img6


Pakistan Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Pakistanı Azərbaycana yaxın edən təkcə dini və mədəni amillər deyil. Burada mənəvi amillərin də rolu böyükdür. Digər tərəfdən, hər iki ölkənin üzləşdiyi siyasi problemlər də bir-birinə bənzəyir. Birinci Qarabağ müharibəsi dövründə 1993-cü ilin aprelində Ermənistan hərbi qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsi məsələsi BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılarkən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa Pakistan sədrlik edirdi. Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr məhz Pakistanın dəstəyi ilə qəbul olundu. Bu məsələdə qardaş Pakistan dövləti prinsipial mövqe nümayiş etdirərək o vaxtdan bu günə kimi Ermənistan ilə heç bir səviyyədə diplomatik əlaqələr qurmayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanıyıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) dosenti Atamoğlan Məmmədli söyləyib.

Açıklama yok.

BDU-nun dosenti bildirib ki, iki ölkə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlıq siyasi, iqtisadi-ticari, mədəni və hərbi əlaqələrin daha da inkişafına səbəb olub. Bu sahədə dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri də mühüm əhəmiyyət kəsb edir. Bu mənada iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri mühüm bir addım oldu.

Səfər zamanı Azərbaycan Prezidentini Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif qarşıladı. İslamabadda Azərbaycan və Pakistan rəhbərləri arasında məhdud və geniş tərkibdə görüşlər keçirildi. Bu iki ölkəni “bir qəlbdə döyünən iki ürək” adlandıran Baş nazir bütün məsələlərdə Pakistan və Azərbaycanın bir-birinin yanında olduğunu vurğuladı. Qarabağ və Kəşmir məsələsində tərəflərin həmişə bir-birini dəstəkləməsi qeyd olundu.

“Pakistan tərəfi, həmçinin COP29-a ev sahibliyi edəcək Azərbaycanın bu sahədə fəaliyyətini dəstəklədiyini bildirib. Bu münasibətlə noyabr ayında Pakistanın Baş nazirinin Azərbaycana səfəri nəzərdə tutulub. Yüksək səviyyəli görüş zamanı iki ölkə arasında həyatın müxtəlif sahələrində əməkdaşlığa dair çoxsaylı sənədlər imzalandı. Bütün bunlar tezliklə iki ölkə arasında ticarət və investisiya qoyuluşu sahəsində işlərin həcmini 2 milyard dollara çatdırmağa imkan verəcək. Həmçinin Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor hava xətti üzrə təyyarələrin uçuşları məsələsi müzakirə olundu. İslamabadın abadlaşdırılması ilə bağlı azərbaycanlı ekspertlərin hazırladığı planın da tezliklə həyata keçirilməsi nəzərdə tutulur. Tərəflər əməkdaşlığın səviyyəsini yüksəltmək üçün daha çox imkanların mövcud olduğunu vurğuladılar. Bəzi sənədlərin isə noyabrda Bakıda imzalanması nəzərdə tutulur. Bütün bunlar göstərir ki, Azərbaycan-Pakistan münasibətləri bu ilin sonunda yeni mərhələyə qədəm qoyacaq”, - deyə dosent Atamoğlan Məmmədli fikrini yekunlaşdırıb.



Xəbərin oxunma sayı : 1816




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap