![]() |
|














Avrasiyada ən böyük infrastruktur layihələrdən biri
Tarix 07.04.25, 20:00 |
|

Aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edir. Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.
"İndi Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP həmin bu dəhlizin 3 ayrılmaz hissəsidir." Bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib. "Onlar tam iş gücündə işləyir və biz onları genişləndirməliyik", - deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrinin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar.
Artıq on birinci dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilməsi, eləcə də Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasının baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu ortaya qoyur. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsində əhəmiyyətli addım atır. SGC layihəsinə "Şahdəniz-2" layihəsi, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu Qaz Kəmərinin (TANAP), Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik Qaz Kəmərinin (TAP) tikintisi daxildir. Layihənin ümumi dəyəri 33 milyard ABŞ dolları təşkil edir.
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan "yaşıl enerji" sahəsində də iddialı planlar quraraq bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Bərpaolunan və "yaşıl enerji" əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcıdır.
Dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında vurğulayıb ki, bu gün Azərbaycan təbii qazı 12 ölkəyə çatdırır. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvləridir. Qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki biz artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirik. Onların bəzilərində var, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır. Beləliklə, bizim qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək. Azərbaycan enerji təhlükəsizliyində tərəfdaşlıq üçün daha mühüm rol oynayacaq. Biz eyni zamanda öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq, xüsusən də Şərqi Zəngəzur və Qarabağ bölgələrində. Bu işi Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparırıq.
Bu artım dinamikasında əlavə marşrut kimi, Trans-Balkan kəmərindən istifadənin də rolu var. Azərbaycanın təmin etdiyi əlavə həcmlər bu ildən Serbiyanın, həmçinin ötürücülük gücü artırılan TAP-ın təchizatının da mənbəyidir. Bütün bunlar, eləcə da "Abşeron Faza1", "AÇG Dərin Qaz", "Ümid Mərhələ-2", "Qarabağ" layihələrinin işlənilməsi üzrə görülən tədbirlər mövcud şəraitdə Azərbaycanın səylərinin və etibarlı tərəfdaş olmasının bariz göstəriciləridir. 2030-cu ilədək planlaşdırılan 10 QVt "yaşıl enerji" güclərinin ilkin mərhələdə 5 QVt-nın Qara dəniz və Türkiyə üzərindən yaşıl dəhlizlərlə Avropaya ixracı, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa "yaşıl keçid"ə də töhfə verəcək.
Cənub Qaz Dəhlizi artıq 4 ildir ki, fəaliyyətdədir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir.
Azərbaycanın zəngin qaz ehtiyatları, eləcə də Avropada "mavi yanacağa" tələbatın artması ilə əlaqədar gələcəkdə sözügedən kəmərin illik ötürmə qabiliyyətinin 30,7 milyard kubmetrədək artırılması gözlənilir. Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Xəzər regionunun qazını Avropaya nəql etmək məqsədilə inşa edilib. Adıçəkilən kəmərin təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib və tikinti işlərinə başlanılıb. Qeyd edək ki, uzunluğu 880,8 kilometr olan kəmərin 551,5 kilometri Yunanıstan, 215,9 kilometri Albaniya, 105 kilometri Adriatik dənizi, 8,4 kilometri isə İtaliya ərazisindən keçir. Hazırda kəmərlə il ərzində 10 milyard kubmetr qaz nəql olunur. Lakin yaxın illərdə Avropaya qaz tədarükünün artması ilə əlaqədar olaraq bu həcmin 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Cənub Qaz Dəhlizi ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın və tərəfdaşlığın daha da təşviqi, bu yolla daha geniş regionda iqtisadi inkişafı, əlaqəni və enerji təhlükəsizliyini əhatə edən mexanizmdir. Layihənin həyata keçirilməsində iştirak edən hər bir ölkənin maraqlar balansı gözlənilir. Bu amil enerji təhlükəsizliyinin təmin edilməsi, həm də dövlətlərarası əlaqələrin genişləndirilməsində əsas şərtlərdən biridir.
Ağalar Ağammədov
Xəbərin oxunma sayı : 154
Sosial
Xəbərlər
-
“Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
-
“Vaşinqton və Tehran birbaşa danışıqlar aparır“- Tramp
-
Bakıdan Dünyaya açılan Enerji Qapısı
-
Ölkəmizin enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz bir hissəsidir
-
Ağdaban soyqırımından 33 il ötür
-
Uşaqların I siniflərə qəbulu prosesi başlayır - VİDEO
-
“Real Madrid“in 6 futbolçusu “Arsenal“la ÇL matçını kənardan izləyəcək - ADLAR
-
Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi - David Babayan
-
Bakıda əhaliyə verilən suyun 45 faizi itkiyə gedir - “Buna görə tarifləri artırmaq lazım deyil...”
-
Daha bir dələduzluq işi: Ev növbəsi, verginin silinməsi, nikahın pozulması...
-
Azərbaycanda kərə yağı bahalaşdı - Yeni qiymət
-
Deputatlar bu tarixdə toplanacaq: Gündəlikdə 21 məsələ var
-
Borcluların ölkədən getməsi yeni qaydada məhdudlaşdırılacaq - SMS göndəriləcək
-
“Kurort nazir“ vəzifəsindən uzaqlaşdırıldı - AHİK sədri əmr imzalayıb
-
Azərbaycanın məşhur elektronika şirkətlərinin külli miqdarda borcu var - SİYAHI
-
Bu məhsulların idxalı ƏDV-dən azad edildi - FƏRMAN
-
“Dərnəgül”ə “28 May”dan gedənlərin nəzərinə! - Stansiya dəyişir
-
Prezidentdən bu hakimlərlə bağlı qərar - Yaş həddi artırıldı
-
Avrasiyada ən böyük infrastruktur layihələrdən biri
-
İxtisaslaşmış 8 institut və 2 yeni elmi müəssisə yaradılacaq - Nazirlik
-
Ədalət Verdiyevə şərti cəza verildi, azadlığa buraxıldı
-
Sabah bu ərazidə qaz olmayacaq - Xəbərdarlıq
-
“5-dən çox uşağı olan qadınlar daha tez pensiyaya çıxmalıdır“ - Vüqar Bayramov
-
Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
-
Ötən həftə 353 yanğına çıxış olub - Video
-
Azərbaycanda məktəblərin sayı azalıb, məscidlərin sayı artıb - Statistika
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan enerji sahəsində yeni dövrə qədəm qoyur
-
Əlil arabasında olan qızı maşın vurdu - Əmisi saxlanıldı
-
MTK-ların qanunazidd qaraj biznesi - Bir parkinq yeri 25 min manata satılır (VİDEO)
-
“Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir“ - Kreml
-
Sabahdan ölkə ərazisində hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
-
Peyvənd vurulandan sonra 4 aylıq körpənin vəziyyəti ağırlaşıb? - VİDEO
-
Əcəmidə ağacları doğratdırıb restoran tikdirən Etibar adlı sahibkar kimdir? - VİDEO
-
Bakıda şirkət rəhbəri həbs edildi - Külli miqdarda borca görə
-
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü - Fotolar
-
Körpülü kranların istismarı dayandırıldı - Video
-
Vahid Əhmədovun oğlu hakim təyin ediləcək - FOTO
-
Mask hər gün milyardlarla dollar itirir - “Tesla” uçuruma yuvarlanır
-
İmişlidə məktəblilərin öldüyü yol qəzası... - Saxlanılan 14 nəfərin həbs müddəti artırılıb
-
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
-
Eldar Əzizov yeni müavinin yerinə təyinat etdi - FOTO
-
Minaya düşərək həlak olan hərbçimiz dəfn edildi - FOTO
-
Gözəllik salonlarında ciddi yoxlamalar aparılır - VİDEO
-
Daşkənddəki konfransa Sahibə Qafarova sədrlik etdi - Fotolar
-
Xaçmazda qadın öldürüldü - Molla əri təslim oldu
-
Hərbçimiz minaya düşərək həlak oldu - FOTO
-
Ançelotti Ardadan danışdı: Sübut etdi ki…
-
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Hakan Fidandan Özgür Özələ - “Yerini bil!”
-
Sürücülərin nəzərinə - Bu yollar tıxaclıdır
-
Bank telefonla hansı məlumatı vətəndaşdan istəyə bilər? - VİDEO
-
Xamenei İran Silahlı Qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib - KİV
-
“Dələduzlar orijinal oxşar dizaynla tələ saytları yaradırlar“ - DİN-dən xəbərdarlıq
-
ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - VİDEO
-
Yəmənin husilərinə qarşı quru əməliyyatı hazırlanır - CNN
-
Damlanın Naxçıvanda çətin anları - VİDEO
-
Bu ərazidə bir sutka su olmayacaq - XƏBƏRDARLIQ
-
Küçədə qeyri-adekvat hərəkət edən yarıçılapaq şəxs saxlanıldı - VİDEO
-
“Azərsun Holdinq“ə məxsus supermarketlər şəbəkəsində yararsız məhsullar satılır? - VİDEO
-
Əsədin gizlətdiyi kimyəvi silahlar - YENİ FAKTLAR
-
“Deyirdilər ki, Holand Aqueronu əvəzləyəcək, amma...“ - Qvardiola
-
ABŞ-da Trampa belə etiraz etdilər - Video
-
Telefon aşkarlanan 7 nəfər imtahandan xaric edilib - Dövlət İmtahan Mərkəzi
-
CHB qurultay keçirdi - Özgür Özel yenidən sədr seçildi
-
Rəsmi Bakı beynəlxalq ictimaiyyətə çağırış etdi - Ermənistanla bağlı
-
Temperatur 27 dərəcəyə qalxacaq - Sabahın havası
-
Ağdamda mina partladı - Ata və iki övladı yaralandı
-
Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib - Saxlanılan var
-
Bir ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər
-
“Avropada kütləvi terror hücumları gözlənilir“ - İlon Mask
-
Cəbrayılda mina partladı - Agentlyin əməkdaşı ağır yaralanıb
-
Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu belə xarab edirlər - Ekspertlərdən açıqlama
-
Lukaşenkodan məmurlara xəbərdarlıq: “Sevgililərinizi…”
-
“The Washington Post” Bakıda 200 min dollara planlaşdırılan qətl işindən yazdı - TƏFƏRRÜAT
-
Güneldən şəxsi həyatı ilə bağlı açıqlama - VİDEO
-
Maştağanın tullantı suları evlərə dolur - VİDEO
-
Xaricdən gətirilən avtomobillərə müdaxilə edilir - VİDEO
-
Attestasiyadan kəsilən müəllimlərdən 56-sı ali təhsillidir - SİYAHI
-
“Şərurlu İsfəndiyar ağzına gələni danışır” - Misir Mərdanov
-
“Üzümdə estetik yoxdur, təbii gözələm“ - VİDEO
-
“Türk dünyasının ortaq əlifbaya qovuşması ən vacib gözləntilərimizdən biridir“ - Nurman Kurtulmuş
-
“ABŞ iqtisadiyyatda tarixi uğur qazanacaq“ - Tramp
-
Bu qadınlar erkən pensiyaya çıxa bilər - VİDEO
-
Nazir Anar Əliyev özünə yeni köməkçi təyin etdi - Seyran Məmmədov kimdir?
-
Makronun bütün kəşfiyyat strukturu deşifrə olunur - FOTO
-
“Rusiyanın Krivoy Roqa zərbəsi beynəlxalq ictimaiyyətin diqqətindən yayınmamalıdır“ - Zelenski
-
Toyuq dönərində ölüm saçan hiylə: Ağardıcı ilə əti ağardırlar!
-
Attestasiya prosesinin videoçəkilişləri var - Kəsilən müəllimlərin əmək funksiyasına xitam veriləcək
-
Bulanıq suda balıq sevdası: Sədərək və Binə arasındakı gölə “səyahət“ (VİDEO)
-
“95 minlik maşın sürürəm, 5 evim var, bağ da tikdirirəm“ - VİDEO
-
“Tehran ABŞ-la yalnız bərabər əsaslarla danışıqlara razılıq verəcək“ - Pezeşkian
-
Yağıntılı və küləkli hava müşahidə olunur - Faktiki hava
-
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Külli miqdarda borcu olan məşhur klinikanın sahibi dəyişdi
-
Zakir Həsənov generalları topladı, yeni tapşırıq verdi - MN-də müşavirə
-
Vahid Ələkbərov haqda yeni iddialar - Əsgərlikdə niyə olmayıb?
-
Bakıda kişi saxlanıldı - Arvadının qulağını kəsdiyi üçün
-
“Hamamda ərə gedərlər, “TikTok“da yox?“ - Efirdə mübahisə düşdü
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Dövlət Miqrasiya Xidmətinin müəssisələrində nöqsanlar aşkarlandı - RƏSMİ
-
Azərbaycanda ən çox sürülən Çin maşınları - RƏQƏMLƏR
-
Bakıda liftdə qalan gənclərin xilasedilmə anı - VİDEO
-
Netanyahu ABŞ-yə gedir - Trampla görüşəcək
-
Suqovuşana növbəti köç karvanı yola düşdü - Fotolar
-
MN-də milyonluq mənimsəmə ilə bağlı məhkəmə: “Pulu Almaniyadan qardaşının göndərdiyini dedi”
-
Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul etdi - FOTO
-
Xırdalandakı 1 saylı məktəbin direktoru Arifə Balakişiyeva şagirdi döyüb? - ŞİKAYƏT
-
“ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları tarixi səhv idi” - Hakan Fidan
-
Bəzi yerlərdə duman müşahidə olunur - Faktiki hava
-
“Tikinti bumu“nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?
-
Bakıda qəbiristanlıqdakı gəlinlik insanları qorxudur - VİDEO
-
Çin panikaya düşərək yanlış addım atdı - Tramp
-
Aliment ödəyənlərin diqqətinə: Yeni qayda gəlir!
-
NATO-nun bir ilə istehsal etdiyi sursatı Rusiya cəmi üç aya istehsal edir - Mark Rütte
-
Unun topdansatış qiymətləri açıqland: 50 kq-lıq...
-
Bu gün instaqramda önə çıxanlar - FOTOLAR
-
“Xankəndi” restoranında kabab bu ətdən hazırlanırmış - FOTO
-
Kiyev Britaniya və Fransa ilə Ukraynada qoşun yerləşdirməyi müzakirə edib - Zelenski
TOP 10
ARXİV