![]() |
|














“Qurana and içə bilərəm ki, rüşvət almamışam...“ - Aqil Abbas
Tarix 10.08.23, 18:54 |
|

“Kim deyirsə ki, yaşlı yazarlar ancaq bir-birini oxuyub tərifləyir, gözünün içinə qədər yalan deyir. Gəncləri oxuyuram, kitablarını alıram, saytlarda çıxan yazılarına baxıram”.
Bu sözləri Kulis.az-a müsahibəsi zamanı millət vəkili Aqil Abbas deyib.
Müsahibəni təqdim edirik:
- Aqil bəy, necəsiniz? İşləriniz necədir? Deyəsən, xəstələnmisiniz…
- Yaxşıyam, bala... İşlərdir də, gedir. Çalışırıq ki, daha yaxşı olsun. Əlimizdən gələni edirik. Xəstəlik deyəndə, şükür, ağır bir məsələ yoxdur. Yaş öz sözünü deyir də. Daha qocalmışam.
- Aqil bəy, deyirlər, məmur yazıçılar istedadları hesabına yox, məmurluğuna, vəzifəsinə, puluna görə tanınır, təqdir edilir...
- Ay oğul, belə şeylərə fikir vermək özünü məhv eləməkdir. Əvvəla, söhbət məndən gedirsə, mən çap olunanda, yazanda məmur deyildim. Kifayət qədər tanınır, oxunurdum. İndi millət vəkiliyəm deyə, bu o deməkdir ki, buna görə oxuyurlar, tanıyırlar məni? Xoflu, uğursuz adamlar həmişə danışmağa nə isə tapırlar. Onların hamısına cavab verəsi olsaq, buna ömür çatmaz. Mən imkanım çatdığı qədər hamıya köməklik edirəm, xüsusi ilə gənclərin yanında olmağa çalışıram. Allah mənə şans verib, istəyirəm ki, imkanlarım daxilində dəstək olum. Bunun nəyi pisdir? Buna görə kimsə məni tərifləyəcəksə, tərifləməsin heç. Təpəsinə dəysin elə tərif.
- Yaradıcılığınızda hansı yeniliklər var? Yeni nə isə yazırsınızmı?
- Əlbəttə. Hər gün yazıram. “Ədalət qəzeti”ndə yazılarım çap olunur. Ara-sıra hekayələr də yazıram. Sağlıq olsun, daha yaxşı işlər, yeniliklər də olacaq. Hələlik bu barədə bir məlumat vermək istəmirəm.
- Gəncləri necə, oxuyursunuzmu? Adətən, yaşlı yazıçılarımız ancaq bir-birini oxuyur, tərifləyir.
- Kim deyirsə ki, yaşlı yazarlar ancaq bir-birini oxuyub tərifləyir, gözünün içinə qədər yalan deyir. Gəncləri oxuyuram, kitablarını alıram, saytlarda çıxan yazılarına baxıram. Xeyli istedadlı müəlliflər var. Özlərinə də deyirəm, yazılarını da verirəm qəzetdə. Onlardan biri də sənsən. Amma hələ hamısı püxtələşməyib. Gənclər özündən əvvəlkilərə söz atmaqla məşğuldurlar. Oturub-durub Anarı, Azərbaycan Yazıçılar Birliyini söyürlər. Elə biri sən, Orxan Saffari. Anar sənə nə etsin? Əlini tutub ki, yazma? Ondansa, özünüzü inkişaf elətdirin, oxuyun, nə isə öyrənin, pul qazanın. Belə şeylərlə heç kim uğur qazanmayıb. Anarı və başqalarını söyməklə istedadlı olası deyilsiniz. O yazdığını yazıb, dediyini deyib. Unutmayın, Anar ədəbiyyatımızın pasportudur.
- Aqil Abbas deyəndə ağıla həm də Qarabağ, Ağdam, “Dolu” filmi gəlir…
- Mən həmişə Qarabağda qalib gələcəyimizə inanmışam, əsərlərimdə, yazılarımda da bunu yazmışam. Hamısı da ortada olan, bilinən məsələlərdir. Bu haqda üç roman, povest, hekayələr yazmışam. Demişəm ki, Qarabağa bayrağımız sancılacaq, “Cıdır düzü”ndə himnimiz oxunacaq. Həmişə də demişəm ki, ora bayrağı İlham Əliyev sancacaq. Seyran Səxavət məndən də gözəl deyib. Ondan Qarabağ haqqında əsər yazmaq haqda soruşmuşdular, cavab vermişdi ki, Qarabağa aid ən gözəl əsəri İlham Əliyev yazacaq. Və yazdı. Qarabağ bizim yaramız idi. Bu gün o yara artıq sağalıb. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
- Qələbə haqqında roman yazmaq fikriniz var?
- Qələbəmizə aid bir əsərim var. Film üçün nəzərdə tutulub. İnşallah o əsərə film çəkidirəcəyəm. Özü də çox əziyyətlə yazmışam. Bu “Dolu”dan da güclü olmalıdır. Olmasa, cırıb atacağam. Dediyim yeniliklər həm də bununla bağlıdır. Həmişə yazıçılar deyirlər ki, hələ ən yaxşı əsərimizi yazmamışıq. Ona görə ki, o yazıda nöqsanlarını görür, gələcək yazıda istəyir ki, o nöqsanlarını buraxmasın. Mən bu baxımdan ən yaxşı əsərimi yazmışam. Bundan sonra yazmasam da olar. Mənim nəzərimdə bu, “Qapqara uzun saçları” povestim və “Dolu”dur. Yazmışam və bu gündən sonra yazmasam da mənə bəsdir. Amma yazacağam.
- Aqil müəllim, nə vaxtsa rüşvət almısınız?
- O vaxt da demişdim, indi də deyirəm. Qurana and içə bilərəm ki, rüşvət almamışam. Qurandan böyük, müqəddəs nə var?
- Daim Anarı tərifləmisiniz, onun həyatınızdakı rolundan geniş danışmısınız. Bir müsahibənizdə demisiniz ki, Xalq yazıçısı olmaq istəyərəm, amma Azərbaycan Yazıçılar Birliyi, müvafiq qurumlar adımı gərək təqdim etsin. Görəsən, Anar sizin adınızı niyə təqdim etmir?
- Xalq yazıçısı, bəli, olmaq istəyərəm. Onsuz da, mənə həmişə belə deyiblər, səmimiyyətimlə həmişə xalqın yanında olmuşam. Qaldı təqdim etmə məsələsinə, bu barədə başqa nə isə deyə bilmirəm. Çətin sualdır…
Xəbərin oxunma sayı : 1516
Müsahibə
Xəbərlər
-
Azərbaycan Ordusunun Aprel qələbəsindən 9 il ötür
-
Pərvin Abıyeva “Tiktok”a bu səbəbdən girmir: “Çox iyrənc şeylər gördüm”
-
Mülkiyyətçi söküntüyə razı deyilsə, tikinti şirkəti nə etməlidir? - VİDEO
-
Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların sayı artırılıb - VİDEO
-
“Azərbaycan BMT-də xüsusi qətnamə irəli sürüb” - XİN
-
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadəsi: Meyitləri çıxaranda yaralandım
-
“Nizami City” şirkəti sakinlərin rahatlığını pozur - ŞİKAYƏT/VİDEO
-
Yeni toy mövsümü başladı: 450 manata da menyu var
-
Almaniya Prezidenti Azərbaycana rəsmi səfərə gəldi - FOTO
-
“Bu olsa, “Nürnberq“lə müqaviləmin müddəti uzadılacaq“ - Emreli
-
Pakistan liderinin səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirildi
-
Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Apreldə güclü maqnit qasırğaları olacaq - PROQNOZ
-
Sabiq deputatın tikintisi dayandırıldı - FOTO
-
Heydər Əliyev Fondu şəhid ailələri ilə birgə - Fotolar
-
848 min ziyan ödədi, həbsdə qaldı - Müdafiə Nazirliyindən oğurluq işi
-
“Azərbaycan azad olunmuş ərazilərin yenidən qurulması ilə bağlı bütün məsələləri öz gücünə həll edir” - Adəm İsmayıl Bakuvi
-
“Trampın bu məsələdə siqnalını eşitməmişik” - Rusiya XİN
-
Çernobıl əlilini 34 saylı Notariatda aldadıb 32 min manatını ələ keçiriblər - VİDEO
-
“Ermənistan sülh gündəliyinə sadiqdir“ - Paşinyan
-
“100 manat cərimə, 2 bal” – Taksi sürücüləri işə çıxmaqdan imtina edirlər + VİDEO
-
Özünü nazirliyin vəzifəli şəxsi kimi təqdim etdi - 100 minlik dələduzluq
-
“Top Qapı”nın sahibi barədə inzibati icraat başladılıb - Fotolar
-
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Rahib Məmmədov niyə həbs edilib? - Vəzifəli şəxslərlə münasibətlər...
-
2025-ci ildə uşaqlara daha çox hansı adlar verilib? - AÇIQLAMA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Göstərişi Fazil Məmmədov verib, xahişi Nəcməddin Sadıkov edib - 42 milyonluq mənimsəmə işi
-
Müəllimlərə “hinduşkabaş” deyən direktor işdən çıxarıldı - RƏSMİ
-
Sabahdan bəzi rayonlara sulu qar yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Hacı Vəliyev 22 sutkalıq həbs olundu - Məhkəmədən qərar
-
“Kanal S”in yayımı 1 sutka dayandırıldı - Nigar Fərhada görə
-
Azyaşlıdan uşağı olan kişi ilə bağlı hökm dəyişir - Həbs tələb edildi
-
Bu yerlərdə balıq tutmaq olmaz - YENİ QADAĞA
-
Xatirə geyiminə görə tənqid edildi - FOTOLAR
-
“Kəpəz“ MTK binanın damını söküb mərtəbə artırır“ - Yasamaldan şikayət
-
“Oğluma atasız qız almaram” deyən aparıcı haqda gerçək ortaya çıxdı - Öz qızı...
-
Bu ödənişi nağd edənlər cərimələnəcək - MƏBLƏĞ
-
İnterneti bağladığı üçün keçmiş arvadını döydü - Məhkəməlik oldu
-
Dövlət Su Ehtiyatları Agentliyinə 5 milyon ayrıldı - Sərəncam
-
Bu şəxslərə təqaüd veriləcək - Prezident pul ayırdı
-
Pezeşkianın müşaviri İlham Əliyevin qəbulinda - FOTO
-
Yeni cərimə müəyyən edilir - 500-dən 1000 manatadək
-
Boşanmış ər arvadın mənzildən çıxara bilərmi? - Ali Məhkəmənin qərarı
-
“Mircəlal həkim dedi ki, get Aysel müəllimənin yanına, pulu ona ver” - Məhkəmə
-
Hacı Vəliyev saxlanıldı - Xuliqanlıqda ittiham olunur
-
Bu şəxslərin təhsilhaqqını dövlət ödəyəcək - Qanunda dəyişiklik
-
Avropada qazın qiyməti kəllə-çarxa çıxdı - Artım 60%-i keçdi
-
Ramiz Mehdiyevin qızı məhkəməni uduzdu - Şikayəti əsassız sayılıb
-
Nazir Mədət Quliyevin kadrlarını işdən çıxardı - Yeni təyinatlar
-
Milli Məclisin iclası başladı: Gündəlikdə 15 məsələ var
-
Endokrinoloji Mərkəzin direktoru işdən çıxarıldı - Yeni təyinat
-
AZAL təyyarəsində qəza anında nələr yaşandı? - VİDEO
-
Ən varlı rusların sərvəti 11,5 milyard dollar artdı - “Bloomberg”
-
Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
-
Radar bəzi nömrələri niyə düz oxumur? - VİDEO
-
Türkiyə konstitusiyasını dəyişək! - Bağçalıdan növbəti tarixi ÇAĞIRIŞ
-
Bayram günləri 53 nəfər xilas edilib - Video
-
Ov mövsümü bitib, amma restoranlarda ov quşlarının ətindən yeməklər təklif edilir - VİDEO
-
Mövqelərimiz fasilələrlə atəşə tutuldu - RƏSMİ
-
Pərvinin leopart naxışlı geyimi - FOTOLAR
-
“Futbol əvvəllər başqa idman növü idi“ - Ançelotti yenə şikayətləndi
-
Ermənistan Azərbaycan dilində danışan gəncə cinayət işi açdı - VİDEO
-
Bu yolayrıcında sürücülər üçün təhlükə var - VİDEO
-
Meyvələrin qiyməti artacaq - Dəyişkən hava bazara necə təsir edəcək?
-
Dünyanın ən varlı ikinci adamının nağıl kimi toyu: Milyonlar xərclənəcək
-
İcra başçıları ilə Mehbalıyevin kürəkənini nə bağlayır? - Milyonluq maliyyə əməliyyatlarının görünməyən tərəfləri
-
“Nigar Fərhadla bağlı tədbir görüləcək“ - Kanal S-in Baş direktor müavini
-
Milli Məclis sabah toplaşacaq - Gündəlikdə 15 məsələ var
-
“Yeni idxal rüsumları bütün ölkələrə təsir edəcək“ - Donald Tramp
-
Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Mövqelərimiz yenə atəşə tutuldu - Erməni silahlı bölmələrinin təxribatları davam edir
-
Ucarın Qaracallı kəndində içməli su problemi yaşanır - VİDEO
-
Bəzi rayonlara leysan yağır - Faktiki hava
-
“Trampın hava zərbələriylə bağlı bəyanatı BMT nizamnaməsinə ziddir“ - İran XİN başçısı
-
Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər - The Economist
-
Xaçmazın 4, Qubanın 1 kəndində yanğın çıxdı - FHN məlumat yaydı
-
67 və 64 yaşlı sabiq vəzifəli şəxslər elektron qolbaqda gəzəcək: Özlərini mükafatlandırıblar
-
“Almaniya və bütün Avropa Cənubi Qafqazda sabitlik olmasında maraqlıdır“ - Ştaynmayer
-
Fransada prezidentliyə əsas namizəd həbs edildi - Məhkəmədən qərar
-
“Tramp Putinin davranışlarından narazıdır“ - Leşşenko
-
İran ordusu savaşa hazırlıq səviyyəsinə gətirildi: “Yeraltı hərbi bazaların yerləşdiyi bütün şəhərlərdə...“
-
Zakir Fərəcovun vəzifə verdiyi Seymur Məmmədov bu şirkəti qalib etdi - Vergi borcu var
-
Anaların biri 19, digəri 20 yaşında imiş - TƏBİB-dən açıqlama
-
“Türkiyə yeni bir dövrə qədəm qoyur” - Dövlət Baxçalı
-
Ombudsmandan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT
-
İlham Əliyevlə İran prezidenti telefonda danışdı - Nələr müzakirə olunub?
-
Antiperspirantın içindən “patı” çıxdı - FOTO
-
Genetik Ehtiyatlar İnstitutunda nə baş verir? - 60-70 illik ağacları kəsirlər…
-
“Mən oturmuşam, pullar da gəlir“ - Şərurlu İsfəndiyar (VİDEO)
-
Zelenski nadir torpaq mineralları sazişindən geri çəkilmək istəyir - Tramp
-
Avtomobili qəza yerindən uzaqlaşdırmaq qayda pozuntusu hesab edilir? - VİDEO
-
“Ekrem İmamoğlu-İstanbulu fəth edən yunan” və ya “Ayasofyanın intiqamı” - TƏHLİL
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirirmək istədilər - Fotolar
-
Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq - VİDEO/FOTO
-
Sərxoş halda yola kreslo qoyub oturdu, qadına ilişdi - Həbs edildi
-
“Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək“ - Xamenei
-
Xankəndinin mərkəzində “edam otağı“ - VİDEO
-
Sabirabadda 10 gündə 3 körpə ölüb - Baş Prokurorluq araşdırır
-
Erməni atəşi altındakı kənd: Heç bir təxribat Qaraağac sakinlərini çəkindirmir (VİDEO)
-
Ukrayna heç vaxt NATO üzvü olmayacaq, Zelenski bunu anlayır - ABŞ lideri
-
Mehriban Əliyeva Soyqırımı Günü ilə bağlı paylaşım etdi - FOTO
-
Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb - RƏSMİ
-
Binəqədidə Gülüstan qəsəbəsində evləri su basıb - VİDEO
-
“Çukurun Yamacı varsa, Füzulinin də İlhamı var” paylaşımı ölümə səbəb oldu - Kriminal söhbətin TƏFƏRRÜATI
-
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi - FOTO
-
Şirkət rəhbəri özünü komitə işçisi kimi təqdim edib - İş adamları zərərçəkmişdir
-
Bu il ali məktəblərə daha çox tələbənin qəbulu gözlənilir - VİDEO
-
31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir
-
Pərvinin leopart naxışlı geyimi - FOTOLAR
-
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 107 il ötür
-
La Liqada ayın ən yaxşı oyunçusu açıqlandı - Bu, Mbappe deyil
-
64 yaşlı şirkət rəhbəri özünü komitə işçisi kimi təqdim edib - İş adamları zərərçəkmişdir
-
“Mahal“ MMC tikinti şirkəti sakinlər evdə olarkən mənzilləri sökür? - VİDEO
-
“Son 10 günündə baş verən küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdidir” - Ərdoğan
-
Taksi sürücüləri AYNA-nın qaydalarına etiraz olaraq işə çıxmaqdan imtina edirlər - VİDEO
-
Xocalı soyqırımı erməni vəhşiliyinin bariz nümunəsidir
-
Masazırda heyvan qanı kanalizasiya suyuna qarışaraq küçəyə axır - VİDEO
-
“Netanyahu Orbanla qəzzalıların köçürülməsini müzakirə edəcək“ - The Times of Israel
-
İmamoğlunun telefonu araşdırıldı - Digər şübhəlilərlə əlaqəsi olub
TOP 10
ARXİV