Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Eks-ərimin bu addımına görə uşaqlarım havada qalıblar“ - Azərbaycanlı müğənni

Tarix 23.11.25, 16:10

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Leyla Rəhimova boşandığı həyat yoldaşı Zaur Cəlilin özünə və övladlarına məxsus sənədləri ondan almaqda ittiham edir.

Məsələ ilə bağlı "Space xəbər"ə danışan ifaçı aidiyyəti qurumlardan ona sənədlərini bərpa etməkdə yardım göstərməklərini istəyib.

O, iddia edir ki, keçmiş həyat yoldaşı müğənini valideynlərini ziyarət etmək məqsədi ilə Bakıya gətirib, lakin daha sonra ona və övladlarına aid olan sənədləri götürərək Amerikaya qayıdıb. L.Rəhimova bildirib ki, sənədləri eks-həyat yoldaşından istəsə də, Z.Cəlil cavabında onları itirdiyini deyib.

Leyla uşaqlarına sənədlər almaq üçün aiddiyyəti qurumlara müraciət edib:

"Boşanma Azərbaycanda oldu. Mənə elə gəlir ki, Amerikada hələ də nikahda varıq. Onu dəqiq deyə bilmirəm. Uşaqlarımın doğum haqqında şəhadətnaməsini və öz "green" kartımı bərpa etmək istəyirəm. Keçmiş həyat yoldaşıma müraciət edəndə, dedi ki, sənədləri itirmişəm. Çox istəyərdim ki, mənə kömək olsunlar. Çünki uşağımı burada harasa aparanda sənəd lazım olur. Uşaqlarım demək olar ki, havada qalıblar". 

Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. 2023-cü ildə o, Bakıya qayıdıb. Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, sosial şəbəkədə paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib.  (Axşam.az)



Xəbərin oxunma sayı : 340




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap