Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Sumqayıtda ağacları doğratdırıb obyekt tikən Telman Rzayev kimdir? - FOTO

Tarix 22.05.25, 18:44

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtda "ağacların qənimi” kimi tanınan Rzayev Telman Bəylər oğlu yeni obyekt tikdirir. 

Xatırladaq ki, 2 il öncə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, "Sumqayıt” şadlıq evinin yanında qarağac ağaclarını qanunsuz olaraq budamış vətəndaş Rzayev Telman Bəylər oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə əsasən akt və protokol tərtib edilərək fiziki şəxs qismində 8400 manat məbləğində cərimə tətbiq olunmuşdu. Amma görünür, nazirliyin cərimə sanksiyası həmin vətəndaş üçün yetərli olmayıb. Çünki həmin vətəndaş pul qazanmaq xatirinə ekologiyaya qənim kəsildiyini bir daha sübut edib və onu cərimələyən nazirliyə özünəməxsus tərzdə cavab verib. Əgər həmin gün 1,5-2 metr hündürlükdə budanmışdısa, sonra isə həmin ağaclar kökündən çıxarılıb və yerləri torpaqla doldurulub.


media-544
Həmin günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Ətraf Mühitin Mühafizəsi Şöbəsində sektor müdiri vəzifəsində çalışan Raqub Mirzəyev qeyd etmişdir ki, ərazi nazirlik tərəfindən nəzarətə götürüləcək və orada heç bir tikinti işlərinin aparılmasına yol verməyəcək.

R.Mirzəyev qeyd olunan məsələ ilə bağlı aidiyyatı dövlət strukturlarına müvafiq məktublar göndəriləcəyini bildirmişdir. Onun sözlərinə görə, məsələnin məktublarda bu qurumlar tərəfindən də nəzarətə götürülməsi və yeni ağacların əkilməsinin təmin olunması tələb olunacaq.

Belə məlum olur ki, görülən tədbirlər ölkə ekologiyasına qənim kəsilmiş  Rzayev Telman Bəylər oğlunun qarşısını ala biləyib…
Belə ki, Yenixeber.org-a daxil olan məlumata görə, Telman Rzayev Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə Böyük Qafqaz küçəsinin kəsişməsində yeni ticarət obyekti tikdirdirir. Ümumi sahəsi 448 m2 olan obyektin yaxın günlərdə fəaliyyətə başlayacağı bildirirlir. (yenixeber.org)



Xəbərin oxunma sayı : 580




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap