Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Sahibə Qafarova Şimali Makedoniya prezidenti ilə görüşdü - Fotolar

Tarix 12.03.25, 19:49

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzFakt.com xəbər verir ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova diqqətə çatdırıb ki, iki ölkə arasında siyasi əlaqələrin inkişafında yüksəksəviyyəli səfərlər və görüşlər xüsusi rol oynayır.

Spiker bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə güclü təkan verəcəyinə inamını ifadə edib.

Bildirilib ki, bu səfər Azərbaycan və Şimali Makedoniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi ilə üst-üstə düşür. Ötən illər ərzində Azərbaycan və Şimali Makedoniya dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanaraq ikitərəfli əlaqələr qurublar.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycanı dost və yaxın ölkə adlandırıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçiridyi görüş barədə təəssüratlarını bölüşüb. O, yaşıl enerjiyə keçidin perspektivləri, Azərbaycanın bu sahədə gördüyü işlər, COP29 konfransının və XII Qlobal Bakı Forumunun bu sahəyə verəcəyi mühüm töhfələr barədə fikirlərini açıqlayıb.

Söhbət zamanı S. Qafarova diqqətə çatdırıb ki, ikitərəfli və çoxtərəfli əlaqələrə müsbət və əhəmiyyətli təsir göstərən amillərdən biri parlamentlər arasındakı qarşılıqlı əlaqələrdir. Bu baxımdan qanunverici orqanları arasında münasibətlərin daha da genişləndirilməsinin, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.

Söhbət zamanı Milli Məclisin sədri qonağa Azərbaycanın öz torpaqlarını azad edərək ərazi bütövlüyünü və suverenliyi bərpa etməsi, Ermənistanla sülh prosesinin gedişi, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.








Xəbərin oxunma sayı : 1012




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap