Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Bacısını 7-ci dəfə ərə getməsin deyə öldürüb - 17 yaşlı Rasimin törətdiyi dəhşətli QƏTL

Tarix 11.03.25, 15:43

Font ölçüsü : - / +
bitmap-img6


Yevlaxda bacısını qətlə yetirməkdə təqsirləndirilən 17 yaşlı Rasim Salmanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Məlum olub ki, Rasim bacısını 7-ci dəfə ailə həyatı qurmaq istədiyi üçün öldürüb.

Musavat.com xəbər verir ki, Rasimin cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Rasim Salmanova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Rasim Salmanov 21 yaşlı bacısı Başxanım Salmanovanı odlu silahla qətlə yetirib.

Hadisə ötən ilin fevralında Yevlax şəhərində, “Qaraçılar məhəlləsi”ndə baş verib. Salmanovlar ailəsi də qaraçılar millətindən olub və uzun illərdir bu ünvanda yaşayıb.

Rasim bacısının 7-ci dəfə ailə həyatı quracağını eşidib. Belə ki, Rasim 20 yaşlı bacısı Başxanımın 6-cı dəfə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Nurlandan boşanaraq yenidən evlənəcəyini, qızını da nənəsinə verəcəyini eşidib. O, bu söhbətləri Başxanımla bacılarının danışığından eşidib.

Bundan sonra yan otaqda atasına məxsus ov tüfəngini götürərək bacısının baş nahiyəsindən vurub.

Rasim ifadəsində bacısının ailə həyatındakı davranışlarının onun adına xələl gətirdiyini deyib. Bildirib ki, məqsədi bacısını öldürmək yox, qorxutmaq olub. Rasim deyib ki, əli silahın tətiyinə istəmədən dəyib.

Qətl hadisəsi baş verən zaman Başxanımın nənəsi və bacısı da otaqda olub.

Məhkəmədə şahid qismində dindirilən şəxslər də Başxanımın ailə vəziyyətinə görə qardaşı Rasimlə tez-tez mübahisələrinin olduğunu deyiblər.

Rasim Salmanov törətdiyi əmələ görə 10 il müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 961




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap