“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA

Tarix 08.07.25, 20:51

Font ölçüsü : - / +
bitmap-img6


Boşanma rəsmiləşəndən sonra bəzi hallarda insanlar hələ də sistemdə evli kimi görünə bilər. Bu isə bəzən çaşqınlıq yaradır. Bəs bu nə vaxtadək davam edir?

AzFakt.com xəbər verir ki, vəkil Vamiq Şükürov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, boşanma məhkəmə qaydasında və məhkəmədənkənar qaydada həyata keçirilir:

“Məhkəmə qaydasında boşanma zamanı məhkəmənin nikahın pozulması barədə qəbul etdiyi qətnamə qüvvəyə mindikdən sonra həmin qətnamənin çıxarışı elektron qaydada Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına (yəni məhkəmənin yerləşdiyi yer üzrə qeydiyyat orqanına) elektron qaydada göndərilir. Həmin qeydiyyat orqanı bu məlumat əsasında sistemdə nikahın pozulması barədə qeyd aparır. Bu vaxta qədər şəxslər sistemdə evli kimi görünür, qeydiyyat aparıldıqdan sonra isə subay kimi qeyd olunurlar və hüquqi cəhətdən boşanmış hesab olunurlar”.

V.Şükürov qeyd edib ki, məhkəmədənkənar boşanma isə tərəflərin birbaşa qeydiyyat orqanına müraciəti ilə həyata keçirilir:

“Əgər nikahdan doğulmuş övladları yoxdursa və ya övladları varsa, lakin onlar artıq 18 yaşına çatıbsa, tərəflər birlikdə qeydiyyat orqanına ərizə ilə müraciət etməklə boşana bilərlər. Qanunvericiliyə əsasən, ərizə təqdim edildikdən bir ay ərzində boşanma şəhadətnaməsini götürə bilərlər. Bir aydan sonra qeydiyyat orqanına müvafiq imzanı atırlarsa, həmin tarixdən etibarən boşanmış hesab olunurlar”.



Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap