“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Direktor müəllimlərin oturduğu sinfə “donuzxana” deyibmiş - VİDEO

Tarix 01.08.25, 8:46

Font ölçüsü : - / +
bitmap-img6


Məktəblilərin yay tətili davam edir, amma təhsil ocaqlarındakı qalmaqallar sosial şəbəkələrin gündəmindən düşmür. Bu dəfə isə sosial şəbəkələrdə Xətai rayonundakı 171 saylı məktəbin direktorunun səs yazısı yayılıb. İddialara görə, səs yazısında direktor Zemfira Məsiyeva pedoqoji kollektivi təhqir və tənqid edir. 

Xezerxeber.az-ın məlumatına görə, Bakıda yerləşən 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərlə kobud rəftarı ilə bağlı səsyazısı və şikayətlər ortaya çıxıb.

İngilis dili müəlliməsi Leyla Hüseynova deyib ki, direktor müəllimləri əsassız ittihamlarla üz-üzə qoyub. Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə qarşı davamlı şəkildə təhqiredici münasibət göstərir, iş mühitini dözülməz hala gətirir.  

Səs yazısının ona aid olub-olmadığını dəqiqləşdirmək məqsədilə elə məktəbin həyətində Zemfira Məsiyevanın mobil telefonu ilə əlaqə saxladıq, amma telefona cavab vermədi.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən direktorun uyğunsuz davranışı və səsyazısı ilə bağlı araşdırma aparılacaq.

Məlumatda qeyd olunur ki, hazırda məktəbin pedaqoji heyəti məzuniyyətdə olduğu üçün araşdırmanın məzuniyyət dövründən sonra aparılması nəzərdə tutulur:  
"Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".






Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap