“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Başından böyük danışmışdı... - Dərsi verildi

Tarix 31.07.25, 10:20

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisinin rəqibi bu uğura hər iki oyunda Rumıniyanın FCSB klubunu məğlub edərək nail olub- 1:0, 2:1.

“Qafqazinfo”nun məlumatına görə, bu məqamda FCSB-nin prezidenti Cici Bekalinin bir neçə gün öncə verdiyi açıqlama yenidən gündəmə gəlib.

Belə ki, o, püşkü dəyərləndirərkən Azərbaycan çempionunu aşağılamış, klub rəhbərinə və idman etikasına yaraşmayan açıqlama vermişdi: “Çox yaxşı püşkdür. Biz artıq “Qarabağ”ı məğlub etmişik. “Qarabağ”ı udmayandan sonra Çempionlar Liqasına düşmək istədiyini necə deyə bilərsən? Onlar bizim səviyyədə deyil, futbolları da bizim futbolla müqayisəyə gəlmir. Onlar oyunçularını itirib, ritmdən məhrum olub. Biz onları darmadağın edəcəyik! Yaxşı ki, ilk oyunu evdə keçirəcəyik – 2:0 və ya 3:0 udarıq ki, pley-offa vəsiqəni təmin edək”.

Arxı tullanmadan “hop” deyənə isə dərsi “Şkendiya” verdi. Qeydə alınan nəticələr onu göstərir ki, Rumıniya klubunun özü “Qarabağ”la oynamaq səviyyəsində deyilmiş.

Qeyd edək ki, klub prezidentinin bu açıqlamasına Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov belə reaksiya vermişdi: “Mənim xarakterimi bilirsiz. Bizim hələ cavab oyunumuz var, iki oyunun qalibi olmamışıq. Bütün diqqətimiz sabahkı oyunadır. Hansısa atmacalara gəldikdə, buna cavab verə bilmərəm. Hansısa insanla heç bir kontaktım, münasibətim yoxdursa, onun haqda fikir bildirə bilmərəm. Hələ bəlli deyil, onlarla düşəcəyik, ya yox”.



Xəbərin oxunma sayı : 475




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap