![]() |
|














Bayram tətilində hara getməli? - “Bu tətil qiymətlər əlverişlidir“
Tarix 20.03.25, 21:15 |
|

Martın 20-dən etibarən Azərbaycanda 12 günlük bayram tətili başlayır. Nazirlər Kabinetinin qərarına əsasən, aprel ayının 1-dək ölkədə qeyri-iş günü hesab edilir. Belə uzunmüddətli istirahət, xüsusilə də yaz fəslində gözəl fürsətdir.
Bəs 12 günlük tətili məhsuldar və maraqlı keçirmək üçün necə dəyərləndirə bilərik? Ölkə daxilində və xaricində bu fəsildə gəzməli yerlər haradır? Ən əsası, qiymətlər necədir?
Suallarımızı turizm mütəxəssislərinə ünvanladıq.
Ölkə daxilində xüsusi aktivlik gözlənilir
Turizm mütəxəssisi Ceyhun Aşurov “Kaspi”yə açıqlamasında deyir ki, 12 günlük tətildə ölkə daxilində xüsusi aktivlik gözlənilir: “Bu il Qəbələ, Şəki, Quba, Qusar, Lənkəran və Gəncə istiqamətlərinə maraq var. Xüsusilə Gəncə istiqamətində sürət qatarı olduğu üçün daha çox səyahət gözlənilir. Bakı sakinləri üçün ən yaxın ərazilər isə paytaxtdan iki-üç saatlıq məsafədə yerləşən ərazilərdir. Buraya Quba, Şabran, Şamaxı və Qəbələni misal göstərmək olar. Həmin bölgələr turizm baxımından çox tələbatlıdır və formalaşmış infrastruktura malikdir. Ona görə də insanlar bu ərazilərdə istirahət etməyə daha çox üstünlük verirlər”.
“Villalar ailələr üçün sərfəlidir”
Qiymətlərə gəldikdə isə, mütəxəssis deyir ki, qalma yerləri və hotellərin kateqoriyasına görə qiymətlər fərqlidir: “Regionlarda üç ulduzlu hoteldə iki nəfərlik otaqda qiymətlər gecəsi 80 manatdan, beş ulduzlu hotellərdə isə 200-250 manatdan başlayır. Eyni zamanda, həmin istiqamətlərdə villalar var ki, bu, ailələrə daha çox sərfəlidir. Villanın da qiymətləri yerləşmə yeri, şəraitinə görə dəyişir. Qiymətlər günlük 250-300 manatdan başlayır. Ona görə sərfəlidir ki, villada daha çox adam qala bilir. Hotellərdə isə bir otaqda maksimum dörd nəfər gecələyə bilər, qiyməti də təbii ki, yüksək olur”.
Batumi, Dubay, İstanbul, Maldiv...
Həmsöhbətimizin sözlərinə görə, bayram tətilində ölkə xaricinə gedənlər də az deyil: “Artıq bu ayın əvvəlindən turizm şirkətləri sosial şəbəkələrdə ölkə xaricinə səfərlərlə bağlı müxtəlif təkliflər irəli sürürdü. Batumi, Tbilisi, İstanbul, Doha, Dubay istiqamətlərinə üç-dörd günlük turların qiyməti hoteldə qalma və təyyarə bileti də daxil olmaqla, 400-500 dollar ətrafında dəyişirdi. Eyni zamanda, Misirə də sərfəli turlar mövcuddur. Qiymətlər 500 dollardan başlayaraq, 1000 dollara qədər dəyişir. Hətta Maldiv, Şri-Lanka istiqamətinə də 1000 dollardan başlayan turlar mövcuddur. Vətəndaşların ölkə xaricində istirahət üçün kifayət qədər vaxtları olduğundan, istədikləri ölkəyə rahat səyahət edə bilirlər”.
"Bu tətil qiymətlər əlverişlidir"
Mütəxəssis vurğulayır ki, bayram tətili Ramazan ayına təsadüf etdiyi üçün ölkəyə gələn turistlərin sayında azalma var. Tələbat az olduğu üçün qiymətlər də nisbətən aşağıdır: “Çünki Ramazan ayında, xüsusilə İslam ölkələrindən gələn turistlərin sayı çox olmur. Bu da tələbatın kəskin qalxmasının qarşısını alır. Ona görə də qiymətlər hazırda ötən ilkindən yüksək deyil, hətta ötən illə müqayisədə nisbətən əlverişli qiymətlər əldə etmək mümkündür. Ölkə daxilində də aktivlik əsasən qohum və dost ziyarətlərində daha çox olacaq. Çünki insanlar öz rayonlarına, qohum, dostlarını ziyarətə gedirlər. Amma sırf istirahət üçün hotelə gedənlərin sayı çox olmayacaq, bu da qiymətlərin kəskin artmasının qarşısını alan faktordur”.
"Avropa ölkələrinə maraq azdır"
Turizmçi Sürəyya Axundova deyir ki, 12 günlük tətildə Avropa ölkələrinə maraq azdır: “Avropa ölkələri soyuq olduğu üçün bu tətildə tələbat az oldu. Daha çox Asiya - Tailand, Vyetnam, Maldiv istiqamətinə qeydiyyatlar oldu. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərindən Dubay şəhəri, Türkiyədən İstanbul şəhərinə turistlər tərəfindən maraq daha çoxdur”.
Turizmçi bildirir ki, öncədən rezervasiya edənlər Asiya istiqamətinə bir adam üçün turu 1800-2500 manata əldə etdilər.
"Ən sərfəlisi Lerik və Şəkidir"
S.Axundovanın sözlərinə görə, ölkə daxilində ən sərfəli rayonlar Lerik və Şəkidir: “Quba və Şamaxı Bakıya yaxın olduğu üçün daha bahadır”.
Məlumat üçün bildirək ki, Maldiv turu 2600 manatdan, İstanbul turu və Dubay 1000 manatdan başlayır.
Ən çox turist qəbul edəcək ərazi Qarabağdır
Turizm eksperti Rəhman Quliyev isə deyir ki, tətildə Azərbaycana Rusiyadan, Hindistandan, Pakistandan turistlərin gəlməsi gözlənilir: “Novruz milli bayram olduğu üçün yerli əhali bu bayram tətilinə daha çox maraq göstərir. Xüsusilə də Quba, Qusar, Şəki, Zaqatala, Balakən və Qax istiqamətinə bu tətildə səfər üçün daha çox üstünlük verilir. Bu il ən çox turist qəbul edəcək ərazi isə Qarabağ zonasıdır. Çünki bu, yeni turizm destinasiyasıdır. Şuşada və Xankəndidə fəaliyyət göstərən lüks hotellər, Laçının nisbətən ekonom büdcəli hotelləri Novruz şənlikləri təşkil edəcək, bu da həm o bölgənin əhalisi, həm də yerli turistlər üçün olduqca maraqlıdır”.
Turizm mütəxəssisi deyir ki, 12 günlük tətildə ölkə xaricinə gedənlərin də sayında artım müşahidə olunur: “Ümumi olaraq hər il olduğu kimi bu il də Türkiyəyə gedən yerli turistlərin sayında daha çox artım var. Eyni zamanda Dubay, Misirdə temperatur mülayim olduğu üçün bu istiqamətlərə də maraq olur”.
Xəbərin oxunma sayı : 961
Sosial
Xəbərlər
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Futbol tarixində Leandro Andrade kimisi olmayıb - “Qarabağ“lıdan inanılmaz nəticə
-
Hindistanda dini gərginlik: Qılıncla rəqs edən qrup məscidi hədəf aldı
-
Təmirə bağlanan yol körpənin ölümünə səbəb oldu - VİDEO
-
“Bu həm mənim, həm də ABŞ liderinin səhvi olar” - Putin
-
Arayik və dəstəsinin məhkəməsi davam etdirilir - Bu şəxslərin ifadələri elan olundu
-
Məktəb direktorlarının təyinatında yeni qaydalar - VİDEO
-
Donald Tramp Si Cinpinlə görüşəcək - Oktyabrın 30-da
-
Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət müəyyənləşdi - Siyahı
-
Paytaxtda daha bir yola sarı tor çəkildi - FOTO
-
“Kiyevin iştirakı olmadan Budapeştdə heç bir görüş olmayacaq“ - Zelenski
-
Agentliyə aparat rəhbəri təyin olundu - İcra başçısının oğludur
-
Müəllimlərin sertifikatlaşdırılması başa çatdı - NƏTİCƏ
-
“Yeni sanksiyalar Rusiyaya təzyiq cəhdidir“ - PUTİN
-
“Turanbank” rəhbərliyi əmanətçinin 100 min dollarını mənimsəyib? – Hüquqşünas baş bankirə məlumat verdi
-
Bu şəxslərin təhsil güzəştləri gələn il də qüvvədə qalacaq - SİYAHI
-
Kiçik mühərrikli avtomobillər hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
Əraqçıdan sərt mesaj: “İranı hədələyənlər növbəti uğursuzluğa gedirlər“
-
“Azparking”dən toplanan pullar hara xərclənir? - AÇIQLAMA
-
Rektor özünə 117 minlik xidməti avtomobil alır? - GDU Xəlilovun şirkəti ilə müqavilə imzaladı
-
Xəstəxananın direktoru xəstə baxıcısını döydürüb? - FOTO/ VİDEO
-
Evləri kirayə verənlərin gəlirlərindən vergi tutulacaq - 10%
-
“Tomohawk” raketlərini Avropa ölkələrindən də ala bilərik“ - Zelenski
-
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi - Əsədov qərar imzalayıb
-
Hibrid avtomobillər bahalanacaq? - Güzəşt ləğv olunur
-
Tibb ixtisası üzrə verilən şəhadatnamə... - Agentlikdən xəbərdarlıq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda kart ovuna çıxan şəbəkə - 78 minlik əməliyyat ifşa olundu
-
5,2 milyon doza dabaq peyvəndi gətiriləcək - MƏBLƏĞ
-
Media subyektlərinə vergi güzəştinin müddəti uzadılır - 3 il
-
Gələn il pensiyalar nə qədər artacaq? - MƏBLƏĞ
-
Erməni əsirliyində olmuş şəxs: “Ruletka” oynayıb Tağını öldürdülər”
-
“Yıxılana balta vurmaq Əli Nağıyevə layiq hərəkət deyil” - Keçmiş nazir
-
Ölkəyə gətirilən mobil telefonlara aksiz vergisi də tətbiq ediləcək - 100 MANAT...
-
Heyvan bazarlarında fəaliyyətlər nə zaman bərpa olunacaq? - Rəsmi açıqlama
-
Tikinti şirkəti su sayğaclarını oğurlatdırır - İddia - VİDEO
-
Milyonlarla borcu var - Mərkəzi Bank AEV-i cərimə etdi
-
Suriyadan altı azərbaycanlı ölkəyə gətirildi - XİN-dən açqılama
-
Neft gəlirləri azalır, vergilər artırılır - 2025 və 2026-cı il büdcə gəlirlərinin müqayisəsi
-
Yüz min manatlıq dələduzluq etmişdi - Hakim cəzasını azaltdı
-
“Səma LTD“ hansı qaydaları pozub? - Maliyyə sanksiyası və cərimə...
-
“Heç bir ərazi güzəşti olmayacaq“ - Zelenski
-
“Vaşinqton bəyannaməsi konkret nəticələr verir“ - Paşinyan
-
Şəmkirdə maskalı basqın - Ev sahibinə xəsarət yetirən şəxs saxlanıldı
-
Həyat yoldaşının səhifəsində narkotiki təbliğ edən video paylaşdı - Bloger həbs edildi
-
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxma faktı aşkarlanmayıb - RƏSMİ
-
Narazılıq artır: “Ay AYNA, bizim pullar hara gedir?!“ (VİDEO)
-
Bakının iki rayonundakı qəzalı binaların söküntüsünə başlanılır - ÜNVANLAR
-
İlham Əliyev Macarıstanın Baş nazirinə məktub göndərdi - MƏTN
-
Həmin hadisəyə görə məhkəməlik oldular - Vatsapda ikisi də nalayiq danışıb...
-
“Məsələn, ailənin 5 üzvü var və həmin ailənin...“ - Sosial yardım nə qədər artırılacaq?
-
Sosal sığorta haqqının ödənilməsinə dair dəyişiklik müzakirə mərhələsindədir - RƏSMİ
-
“Hamısına rüşvət vermişəm, kimə istəyirsən, de!“ - “Faktor Lizinq“ sakinlərin evini əlindən alıb?
-
“Tomahawk” raketlərini ukraynalılara öyrətmək üçün uzun müddət lazımdır - Tramp
-
Maşınlarını məktəb işçilərinə yuduzduran Arifə Məmmədova direktor təyin olundu - FOTO
-
Bakıda avtomobildə partlayış olub - Xəsarət alan var
-
ABŞ Rusiya ilə nəticəsi olacaq görüşlərə hazırdır - Rubio
-
İcbari tibbi sığortada dəyişiklik: İşsizlər də gələn ildən ödəniş edəcəklər
-
“Çelsi”, “Liverpul” və “Bavariya”dan böyükhesablı qələbə - Çempionlar Liqası
-
Məşhurlar instaqramda nələr paylaşdılar - FOTOLAR
-
Günəşdə güclü partlayış baş verdi - Maqnit qasırğası ola bilər
-
II Qareginin bir qrup şəxslə erməni kilsəsini ələ keçirib - Paşinyan
-
Azərbaycanın strateji valyuta ehtiyatları artıb - VİDEO
-
“Nə qədər ki, ABŞ əsassız tələblər irəli sürür, İran danışıqlara getməyəcək“ - Əraqçı
-
İmişlidə pambıqyığan kombayn çatışmazlığı yaşanır, məhsul itkiyə gedir - VİDEO
-
Çempionlar Liqası: “Qarabağ“ İspaniyada uduzdu
-
ABŞ Senatı Rusiyaya qarşı - Üç qanun layihəsi müzakirəyə çıxarılır
-
Yeni şəxsiyyət vəsiqəsinin verilməsinə başlanıb: Hansı üstünlükləri olacaq?
-
Qubad İbadoğlunun qardaşının məhkəməsi olub - İki maddə ilə təqsirli bilinir
-
Azərbaycanda 111 qadın taksi sürücüsüdür - Yaxınlarda avtobus da sürəcəklər
-
Putinin rəhbərliyi ilə nüvə qüvvələrinin təlimi keçirildi - VİDEO
-
Nesrin Cavadzadə sevgili kriteriyasını açıqladı: “Qarın əzələsi!“
-
Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş olub - İrəvanda
-
10 aydır itkin düşən kişinin qətlə yetirildiyi məlum olub - Arvadı tutulub
-
Süni intellekt gələcəkdə bütün insanları sıxışdıracaq - İlon Mask
-
Azərbaycan dizeli hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb...
-
“Hadisədən əvvəl bir neçə nəfəri cərəyan vurub“ - MƏHKƏMƏ
-
Altı ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bank
-
Bələdiyyə sədrinə “stop“ qoyuldu - Vergi borcu var
-
“Putin G20 sammitində iştirak etməyəcək” - Peskov
-
7 illik vergi güzəşti ləğv olunur - Bu qədər ödəyəcəyik
-
“Ərdoğanla dostluğum NATO-nu xilas etdi“ - Stoltenberq
-
Xəzərdə ciddi təhlükə - Bu ərazilər xəritədən silənə bilər (VİDEO)
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Makron vahid Avropanın ideoloqundan yorucu siyasətçiyə çevrilib” - Politico
-
Rusiya Xarkovdakı uşaq bağçasını bombaladı - Ölü və yaralılar var
-
Ölkəyə TIR-la narkotik gətirdi - Saxlanıldı - VİDEO
-
Mənzil bazarında köpükləmə müşahidə edilmir - Taleh Kazımov
-
Saatlıda yolları vaxtilə “zapçast“ satan şirkət təmir edəcək - 785 minlik müqavilə
-
General-mayora yüksək vəzifə verildi - Bir xidmətdən digərinə keçid oldu
-
“Azərbaycan TRİPP layihəsinin ən qısa zamanda reallaşmasını gözləyir“ - Rəsmi Bakı
-
Prezident Eyyubova “İstiqlal” ordenini təqdim etdi - FOTO
-
Bakıda yaşayış binasında yanğın - 1 nəfər yanaraq öldü
-
Aİ-nin Ukraynadakı səfiri gecəni vanna otağında keçirib - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Qanunsuz estetik əməliyyat edən “Dr Gülü” haqqında nə zaman tədbir görüləcək? - VİDEO/FOTO
-
Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi! - FOTO
-
Prezident dabaq xəstəliyi ilə bağlı - Qanunu təsdiqlədi
-
Dövlət Agentliyinin şirkətləri külli miqdarda borca düşüb - SİYAHI
-
İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - Nələr müzakirə olunub?
-
Azərbaycanda mal əti bahalaşdı - Yeni qiymətlər
-
Nazim Qasımov həkim olmayan Nigar Sultanovaya necə şəhadətnamə verib? - Araşdırma
-
Prezident Yaqub Eyyubova “İstiqlal“ ordeni verdi - Sərəncam
-
Ramiz Mehdiyevin çətiri altında olan iş adamları... - Və ya Əziz Quliyev kimdir?
-
Azərbaycan və BƏƏ xüsusi təyinatlılarının birgə təlimi keçirilir - VİDEO
-
Mərkəzi Bank uçot dərəcəsi və faiz dəhlizinin yuxarı həddi barədə qərar verib - Açıqlama
-
Qarabağa getmək üçün rüsum ödəmək lazımdır? - DİN-dən cavab
-
AZAL-ın təyyarəsi İrəvana endi - Uzun fasilədən sonra bir İLK
-
Taksi sürücüləri avtomobilini dəyişəndə nə etməlidirlər? - AYNA-dan açıqlama
-
Nazirliyin kvadratı 435 manata satdığı mənzillər “yoxa çıxıb“ - Açıqlama
-
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
-
Binaların beton arakəsmələri necə olmalıdır? - ARAŞDIRMA
-
7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq?
-
“Noyabrın 1-dən Çinə qarşı 155 faizlik rüsumlar tətbiq ediləcək“ - Tramp
-
Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı - VİDEO
-
Ebru Gündeş xəyanətə görə boşanıb - Murat Özdemir müğənni Elif Buse ilə mesajlaşırmış
-
“Atletik“ə qarşı layiqli mübarizə aparmaq istəyirik - Kevin Medina
-
Sertifikasiyası olmayan 45 nəfər bu cərrahlardır - VİDEO
-
“Euronews” Əliyevaların Vatikan səfərindən reportaj hazırladı - VİDEO
TOP 10
ARXİV