“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Villa İnşaat``dan ev almaq istəyən şəxsin 30 min manatı mənimsənilib - VİDEO

Tarix 17.09.25, 11:27

Font ölçüsü : - / +
bitmap-img6


"Villa İnşaat``dan ev almaq istəyən şəxsin 30 min manatı mənimsənilib
Sosial şəbəkədə gördüyü ev elanına aldanan şəxs 30 min manatından olub.

Xezerxeber.az-ın məlumatına görə, belə bir vəziyyətlə paytaxt sakini Müseyib Nəzərov üzləşib.

``Xəzər Xəbər``ə müraciət edən şəxs iddia edir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində ucuz həyət ev tikilib satılması ilə bağlı reklamı ``TikTok``sosial platformasında görüb. Bir az araşdırma apardıqdan sonra Müseyib həmin şirkətdən ev almaq istəyib. 

Özünü müdirin katibəsi kimi qələmə verən Əfsanə adlı şəxs daha sonra Müseyib Nəzərovu ``Villa İnşaat`` MMC-nin ofisinə dəvət edərək şirkətin müdiri İbrahim Şıxəliyevlə tanış edib. Tərəflər razılaşdıqdan sonra Müseyib Nəzərov şirkətin daxili müqaviləsinə imza atıb.

Evin tikintisinin gecikdiyini görən Müseyib Nəzərov ``Villa İnşaat`` MMC-nin rəhbəri İbrahim Şıxəliyevlə danışıb. O da hər dəfə müxtəlif vədlər verməyə başlayıb. Bir müddət sonra isə qarşı tərəf vəd etdiyi kimi nə evi tikib, nə də pulun geri qaytarılması ilə bağlı hər hansı addım atıb. Əksinə, ofisi bağlayıb, reklam lövhələrini də söküblər.

Biz də elə zərərçəkmişlə bərabər şirkətin ofisinə getdik. Ərazidə olanlar bildirdilər ki, həmin şəxslər bir neçə gündür ofisi bağlayaraq gediblər. Telefonlarını da bağlayıblar. Zərərçəkmiş bu barədə ərazi üzrə 30-cu polis şöbəsinə gedərək aldadıldığına dair ərizə yazıb.

Daxili İşlər Nazirliyindən ``Xəzər Xəbər``ə bildirdilər ki, aidiyyəti üzrə polis orqanlarında faktla bağlı araşdırma aparılır.





Xəbərin oxunma sayı : 751




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap