“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Məcnun Məmmədov Yaponiya səfiri ilə görüşdü - Fotolar

Tarix 17.09.25, 18:11

Font ölçüsü : - / +
bitmap-img6


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə görüşüb.

AzFakt.com xəbər verir ki, qonağı salamlayan nazir Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycanla Yaponiya arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan Yaponiya ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.

Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, mütərəqqi texnologiyalar sahəsində təcrübə mübadiləsi məqsədilə Yaponiyanın müvafiq universitetləri ilə əlaqələrin qurulması, Yaponiya Beynəlxalq Əməkdaşlıq Sistemi tərəfindən təşkil edilən təlimlərdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin mütəmadi iştirakının təmin olunması, biofermaların yaradılması və hidroponik üsulla becərmə sahəsində Yaponiya təcrübəsinin öyrənilməsi, aqrar tədqiqat və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Katsuya Vatanabe ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı, innovasiya və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Tərəflər müzakirə olunan istiqamətlər üzrə qarşılıqlı maraqlı olduqlarını ifadə ediblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.






Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap