“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Xarici diplomlar hansı hallarda tanınır? - VİDEO

Tarix 17.09.25, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


"Rəqəmsallaşma saxta diplom və şəhadətnamələrin üzə çıxarılmasına dəstək verir".

Xezerxeber.az-ın məlumatına görə, bu  sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, saxta diplomlar illər əvvəl müəyyən şəxslər tərəfindən təqdim olunub. Nəticədə bəzi vətəndaşlar bu prosesin qurbanına çevriliblər.

Agentlik sədri deyib ki, son 8 ayda diplom tanınması ilə bağlı 491 mənfi rəy verilib. Onun sözlərinə görə, 3480 müraciət əsasında müvafiq ekspertiza həyata keçirilib. 2989 müraciətə isə müsbət rəy verilib. Bununla bərabər diplomların tanınmasında uğursuz nəticələrin daha çox hansı ölkələrin payına düşməsinə də diqqət çəkilib.

Tural Əhmədov bildirib ki, hazırda xaricdə təhsil üzrə ən çox müraciət edilən və eyni zamanda imtina qərarı verilən ixtisaslardan biri hüquqşünaslıqdır. Həmin şəxslərin isə böyük əksəriyyəti Rusiya və Ukrayna ali məktəblərini bitirənlərdir.
İbtidai sinif müəllimliyi üzrə xaricdə təhsil alanların isə 90 %-i uğursuz nəticə əldə edib.

Mövcud qaydalara əsasən, xarici diplomların tanınması üçün universitetin fəaliyyət göstərdiyi ölkədə akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması vacibdir. Bununla yanaşı, tələbə təhsil aldığı ölkədə müəyyən müddət fiziki olaraq iştirak etməlidir. Əyani təhsildə - tələbə ümumi təhsil müddətində azı 21 ay, qiyabi təhsildə hər il ən azı 25 gün təhsil aldığı ölkədə olmalıdır.

Tural Əhmədov bildirib ki, bu şərtlər yerinə yetirilmədiyi halda xarici diplomların tanınması mümkün deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.




Xəbərin oxunma sayı : 484




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap