“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

ABŞ-nin “ExxonMobil” şirkəti Rusiya bazarına qayıdır? - Putin fərman imzaladı

Tarix 22.08.25, 10:30

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin Amerika korporasiyası “ExxonMobil”in 2022-ci ildə tərk etdiyi “Saxalin-1” neft-qaz layihəsindəki payını geri qaytarmaq üçün yerinə yetirməli olduğu şərtləri sadalayan fərman imzalayıb.

Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, fərmanda Qərbin Rusiyaya qarşı sanksiyalarının aradan qaldırılması, idxal olunan avadanlıq və texnologiyanın tədarükünün bərpası, layihə çərçivəsində maliyyə əməliyyatlarına yardım kimi tələblər yer alıb.

“Saxalin-1” layihəsi Saxalin adasının şimal-şərqində yerləşən üç dəniz yatağını əhatə edir. Burada çıxarıla bilən ehtiyatlar 307 milyon ton neft və 485 milyard kubmetr qazla qiymətləndirilir. Layihənin operatoru olan “ExxonMobil” 2022-ci ilin martında Rusiya bazarını tərk etdiyini açıqlamış, oktyabrda isə Kremlin qərarı ilə şirkətin hüquq və öhdəlikləri “Rosneft”in törəməsi olan “Sakhalinmornefteqaz-Şelf”ə verilib. “ExxonMobil” həmin ilki itkilərini 2,3 milyard dollar dəyərində qiymətləndirib.
Ekspertlərə görə, “ExxonMobil”in geri qaytarılması ehtimalı Rusiya ilə ABŞ arasında iqtisadi münasibətlərin bərpası üçün simvolik məna daşıyır. “Alfa Bank”ın baş analitiki Nikita Bloxin hesab edir ki, bu addım Vaşinqtonla dialoqun mümkün olduğuna işarədir:
“Söhbət böyük Amerika şirkətindən gedir və əgər “ExxonMobi” qayıdarsa, digər sərmayədarların da geri dönməsi istisna deyil”.
Analitiklər hesab edir ki, əgər “ExxonMobil” geri dönsə, onun ardınca “Baker Hughes”, “Halliburton” və SLB kimi ABŞ-nin neft-mədən xidmətləri şirkətləri də Rusiya bazarına maraq göstərə bilərlər.
Lakin bəzi mütəxəssislər Qərb şirkətlərinin yaxın zamanda geri dönməsini real hesab etmir. Onların fikrincə, dəyişən qlobal enerji bazarı və geosiyasi risklər bu prosesi xeyli mürəkkəbləşdirir.



Xəbərin oxunma sayı : 385




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap