“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“

Tarix 01.07.25, 23:07

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadçı-hüquqşünas Əkrəm Həsənov gələn ildən tətbiq olunacaq yeni vergi siyasəti ilə bağlı narahatlığını ifadə edib. 

AzFakt.com xəbər verir ki, o, 2026-cı il yanvarın 1-dən etibarən bütün şəxslərin əməkhaqqından gəlir vergisi tutulacağını iddia edib. Bildirib ki, 2019-cu ildən bəri özəl sektor üçün qüvvədə olan vergi güzəştləri artıq sona çatır.

Əkrəm Həsənov qeyd edib ki, hazırda 7 illik vergi güzəşti çərçivəsində dövlət və neft sektorunda çalışan şəxslər istisna olmaqla, digər şəxslərin əməkhaqqının yalnız 8000 manatdan yuxarı olan hissəsinə 14 faiz gəlir vergisi tətbiq olunur. 

Ancaq yeni ildən bu mexanizm dəyişəcək: “2026-cı ildən maaşın 2500 manatadək olan hissəsindən 14 faiz, ondan yuxarı olan hissəsindən isə 25 faiz gəlir vergisi tutulacaq”.

İqtisadçının sözlərinə görə, güzəştin müddətinin uzadılması ilə bağlı hökumətdən heç bir rəsmi açıqlama yoxdur. Halbuki dövlət büdcəsi paketi – o cümlədən Vergi Məcəlləsinə dəyişiklik layihəsi – artıq hazırdır və hər zaman olduğu kimi, ictimai müzakirədən yayınaraq, qapalı şəkildə hökumət daxilində nəzərdən keçirilir.

Əkrəm Həsənov vurğulayıb ki, hazırda vergi orqanları büdcəni doldurmaq üçün müxtəlif üsullara əl atırlar: “Təkcə sahibkarlara qarşı əsassız vergi hesablamaları ilə kifayətlənmirlər, hətta sadə vətəndaşlara ƏDV-nin bir qisminin geri qaytarılmasından da müxtəlif bəhanələrlə yayınırlar”.

Onun fikrincə, bütün bu faktlar hökumətin güzəşt müddətini uzatmaq niyyətində olmadığını göstərir. 

“Yaxın ehtimalla ya ümumiyyətlə güzəşt ləğv ediləcək, ya da uzaqbaşı cüzi bir dövrə və ya şərtlə uzadılacaq. Mümkündür ki, ictimai narazılıq yaranacağı təqdirdə güzəşt yalnız qismən – məsələn, 14 faiz əvəzinə 7 faiz tutulmaqla davam etdirilsin”, – deyə Həsənov əlavə edib.

Əkrəm Həsənov sonda cəmiyyəti aktiv və ayıq olmağa çağırıb: “İctimaiyyət olaraq artıq indidən sual etməliyik: yeni ildə bizi nə gözləyir? Real gəlirlərin azaldığı, qiymətlərin isə artdığı bir vaxtda, əlavə vergi yükünə hazırlaşmalıyıqmı? Bu vergi artıq yeni ildən ailə büdcələrimizdə ‘xərc’ qismində yer alacaqmı?”



Xəbərin oxunma sayı : 409




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap